Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, onun fikrincə, Ermənistan MDB-dən çıxmaq niyyətində deyil, baş nazir Nikol Paşinyanın Bişkekdə olmamasının səbəbləri olduqca aydındır.
«Anladığım qədər, Ermənistan MDB-dən çıxmır», - Putin cümə günü jurnalistlərlə görüşdə Ermənistan liderinin Bişkekdəki tədbirlərdə iştirak etməməsinə toxunaraq bildirib.
Rusiya Federasiyasının prezidenti qeyd edib ki, daha öncə Paşinyanla telefonla danışıb.
"Biz onunla, o cümlədən bugünkü sammitlə bağlı danışmışıq. Bununla bağlı olduqca aydın hesab etdiyim səbəblər var, indi bu barədə danışmayacağam. Ermənistanın baş nazirindən soruşun", - Putin bildirib.
TAHİR