Bazar günü günü, 08 noyabr 2026
     

Bu dəfə İsrail Azərbaycan təcrübəsini təkrarlayır...

Image


Yaxın Şərqdə başlanan növbəti qarşıdurmanın dünyanın geosiyasi durumuna, o cümlədən Cənubi Qafqazdakı vəziyyətə təsiri indi ekspert dairələrində ən çox müzakirə edilən mövzular sırasında yer alır. Məsələ burasındadır ki, Cənubi Qafqazın qonşuluğunda yerləşən İran İsrail-HƏMAS qarşıdurmasında prosesləri idarə edən əsas tərəflərdən biridir. Bu hal nəticə etibarı ilə Cənubi Qafqaza da təsir edir.

Qeyd edilən xüsusda ABŞ-ın Demokratiyaları Müdafiə Fondunda enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şaffer qeyd edir ki, Yaxın Şərqdə vəziyyətin daha da pisləşəcəyi göz qabağındadır: “HƏMAS-ın İsrailin cənubunda dinc israillilərə hücumu dövlət tərəfindən dəstəklənən terrorun bütün əlamətlərinə malikdir. HƏMAS tək başına belə həqiqətən mürəkkəb ordu yarada bilməzdi. Bunun arxasında açıq şəkildə İranın izi var və bilirsiniz ki, İran “Hizbullah”ı şimal sərhədindən gətirərək vəziyyəti gərginləşdirməyə çalışmaqda maraqlıdır. Son bir neçə həftə ərzində müxtəlif terrorçuların, Livandan səddi aşmış İsrail vətəndaşlarının əlində çoxlu sayda bomba tapılıb. Deməli, İsrailin daxilində də bombalar var. Düşünürəm ki, İran, xüsusilə ABŞ-da Bayden administrasiyası ilə son razılaşmadan sonra İranda girov götürülən hər bir ABŞ vətəndaşı üçün bir milyard dollar aldıqlarına görə çox arxayındır və məncə, bu inamla bunun onların çəkindirmə qabiliyyətini və gücünü artıracaq regional bir müharibə olmasını istəyirlər”. Ekspert qeyd edir ki, İranın prosesə cəlbi  sadəcə iştirak, dəstək və ya maliyyə deyil, əslində planlaşdırmadır: “Buna bütün işarələr var. Məsələn, HƏMAS-ın bütünlüklə İsraildə panika yaratmaq üçün mediadan bir növ terror texnikası kimi istifadə etməyə hazır olduğu hibrid müharibə. Bunun birinci mərhələsi 8 hərbi postun elektronikalarını sıradan çıxarmaq idi ki, onlar bir növ kor və kar olsunlar və ünsiyyət qura bilməsinlər. Bu, hər bir amerikalı və ya müharibədə çox yüksək texnologiyalardan istifadə edən istənilən zəngin ölkəyə aiddir, çünki onlar elektronika ilə əlaqə kəsilən və kommunikasiyalar itən kimi tamamilə işlək vəziyyətdən çıxırlar. Əvvəlki illərdə olduğu kimi, insanların postda öz gözləri ilə baxıb öz silahları ilə keşik çəkməsi və insanlara zəng etməsi, yəqin ki, bütün bu yüksək texnologiyalı nəzarətdən qat-qat təsirli olardı. Beləliklə, bu bir çox yüksək texnologiyalı ordular və inkişaf etdirilən müasir texnologiya üçün böyük bir sual olacaq. Amma yenə də terror qruplaşması tək başına, bəli, təəccübləndirə bilər, mülki bölgəyə çox zərər verə bilər, lakin əslində, müharibə aparmaq üçün dövlət olmalıdır, dövlət tərəfindən dəstəklənən terror qruplaşması olmalıdır. Buna görə də İran terror qrupları ilə, HƏMAS, “Hizbullah” və hətta Azərbaycanda terror qrupları ilə belə uğur qazanıb. Belə görünür ki, onlar çox şeydən yaxa qurtara bilirlər, çünki əsl günahkarlar terrorçu qruplardır, lakin bütün dəstək, təlim, rəhbərlik İrandan gəlir. Amerika rəsmilərinin bunu söyləməsi çox xoşdur, lakin ironiya ondan ibarətdir ki, HƏMAS rəsmiləri artıq İrana yardıma görə təşəkkür edib və İranın onlara kömək etdiyini bildiriblər. Yəni bu rəsmi bəyanatlarla, hətta HƏMAS-ın İrandan dəstək aldığını dedikləri arasında böyük ziddiyyət var”. Bunun regionun digər ölkələri, o cümlədən Türkiyə və Azərbaycan üçün hansı təsirləri ola biləcəyi haqqında Brenda Şaffer “Amerikanın səsi”nə açıqlamasında qeyd edir: “İlk növbədə, İranın bu qədər güclü və arxayın olduğu bu vəziyyətə gəlməyimiz dünya ölkələri, o cümlədən ABŞ, Avropa ölkələrinin geosiyasi baxımdan düşünə bilməməsi ilə bağlıdır. Sonra da düşünürlər ki, Azərbaycan bizim tanıdığımız öz qanuni ərazisi üzərində suverenliyini təsdiq edir, Qərbin və İsrailin müttəfiqidir. Bununla belə, Ermənistan Rusiyanın üç bazasına ev sahibliyi edir və onun aviabazasına Rusiyaya silah göndərən İranın müttəfiqi olan, İrana sanksiyalardan yayınmağa kömək edən Moskva nəzarət edir. Amma mən bilmirəm, hansı səbəblərdənsə Qərbdə müttəfiqini “avtobusun altına” atıb əvəzində İranla, Rusiyanın müttəfiqi olan Ermənistanın tərəfində olmaq kimi daxili siyasi təzyiqlər var. Amma bu cür hərəkətlərin nəticələri olacaq. Mən təbii ki, bu müharibənin genişlənəcəyinə inanıram və əlbəttə ki, İran bütün dünyada yəhudi və İsrail hədəflərini axtaracaq və təbii ki, bu yerlərdən biri də Azərbaycan olacaq. İran, eləcə də Türkiyədəki yəhudi və İsrail hədəflərinə hücum etməyə çalışacaq. Aydındır ki, Türkiyə və Azərbaycan hökumətləri bunun qarşısını almaq üçün əlindən gələni edəcək, lakin bu reallıqdır. Burada başqa məsələ də var və bu, 11 sentyabrdan bir qədər sonra və İŞİD-ə cavab verilən zaman gördüyüm bir şeydir. Türklərdən, azərbaycanlılardan, hətta mənim tanıdığım inanclı müsəlmanlardan gələn mesajlarda onlar kiminsə İslamın adını çəkib bir qadını zorlaya, kiminsə başını kəsə və ya uşağı əsir götürə bilməsini nə qədər ağrı hissi ilə qarşıladıqlarını bildirirlər. Xüsusilə də Azərbaycandan gələn mesajlarda. Azərbaycandan gələn belə bir mesaj axınına görə sevindim. Mömin müsəlmanlar, məscidə gedən insanlar bilirlər ki, zorakılıq İslamın onlara öyrədəcəyi son şeydir və insanlar öz dinlərindən sui-istifadə edirlər. Düşünürəm ki, bəlkə də qısa müddətdə bu, HƏMAS üçün, İran üçün böyük bir qələbədir. Lakin uzunmüddətli perspektivdə müsəlman dünyasında bir dəyişikliyin olacağını və qərblilərə və ya digər insanlara qarşı zorakılıq olduğu müddətcə buna tolerantlıq göstərməyəcəyini söyləyən bəzi ölkələr olacağını düşünürəm. Bəlkə də toleratnqlıq göstərilə bilərdi, amma məncə, onlar başa düşürlər ki, bu, digər insanlar kimi müsəlmanlar üçün də fundamental problemdir. Fikrimcə, hətta bəzi rejimlər daxildə təhlükəsizliyi qorumaq üçün ekstremistlərə qarşı o qədər də şiddətli mübarizə aparmamağa çalışsalar belə, bunun hamı üçün təhlükə olduğu ilə bağlı fundamental anlayış var. Mən əksəriyyəti müsəlman olan ölkələrdə, cəmiyyətlərdə gedib əsir qadınları zorlaya bilən birinin evə gəlib çox gözəl ailə üzvü ola biləcəyinə inandıqlarına şübhə edirəm. Buna görə də düşünürəm ki, bu, sanki yeni dünyanın düşüncəsində bəlkə də bir oyanış kimidir. Yəni, məsələn, bilirsiniz ki, Azərbaycan 27 il ərzində müəyyən mənada sülh prosesini sınaqdan keçirib, Minsk qrupunun vasitəçiliyilə danışıqlara cəhd edib, BMT-nin qətnamələri olub. Mən bəzən beynəlxalq qurumların bir qədər sadəlövh olduğunu düşünürdüm, amma belə deyil. Onlar əsasən hər cür maraqları əks etdirir, lakin öz qərarlarını həyata keçirə bilmirlər, bunu etmirlər. Azərbaycan müəyyən mənada beynəlxalq qurumların sizdən istədiklərindən uzaqlaşmalı və BMT qətnamələrini təkbaşına həyata keçirməli oldu. Və əslində, Azərbaycanın son raund da daxil olmaqla gördüyü işlər təkcə sülhə şans verməyəcək, həm də regionun Rusiya və İrandan asılılığını azaltmaq şansı verəcək. Bu, əslində, hətta Ermənistana bəlkə də Rusiya və İrandan hansısa formada siyasi müstəqillik əldə etmək üçün ilk şans verə bilər”. Ekspert qeyd edir ki, İsrail tərəfində də bütün qaydalar pozulub: “Bu, Azərbaycanın Xankəndidə son antiterror əməliyyatında suverenliyini bərpa etdikdən sonra baş verənlərə bənzəyir. Bəlkə də dünyanın yarısı, media Azərbaycanı qınadı. Azərbaycan hökuməti bunu tamamilə sakit qəbul etdi, çünki bilir ki, düzgün iş görüb. Bu, region üçün ən yaxşı şeydır. Bu, Azərbaycan üçün ən yaxşı, əslində, əvvəllər dediyim kimi, elə ABŞ və Qərb üçün də ən yaxşı şeydir”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ