Bazar günü günü, 08 noyabr 2026
     

"Azərbaycan AXC-nin hüquqi varisidir, AXC-nin isə anklavları yox idi" - ermənilərin yeni uydurması...

Image


44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistan ərazisində olan anklavlarının qaytarılması məsələsinin aktuallaşması ermənilərin yatağına qor doldurub. Bilmirlər ki, hansı bəhanə ilə anklav məsələsini gündəlikdən çıxarsınlar. Bilirlər ki, gec və ya tez Azərbaycanın anklavlarını qaytaracaqlar, bu səbəbdən də ortaya saxta iddialar atırlar.

Son zamanlar erməni alimləri də bu prosesə qoşulub, öz saxta dəlilləri ilə çaşqınlıq yaratmağa çalışırlar.

Bu saxtakarlıq kampaniyasına başçılıq edənlərdən biri də erməni coğrafiyaşünası və kartoqrafı Ruben Qaliçyandır. R. Qaliçyan Media Center platformasında təşkil olunan “Xəritələr nə deyir” müzakirəsi zamanı deyib ki, Azərbaycan müstəqillik bəyannaməsinin ikinci maddəsində  1918-1920-ci illərdə möbvud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu elan edib. Üzdəniraq kartoqraf  o illərdə anklavların olmadığını və  Azərbaycanın əlində "yoxlanılmamış" və "saxta xəritələr"in olduğunu iddia edib. Üstəlik deyib ki, Azərbaycan o xəritələri toplayıb keçmiş SSRİ-nin  hüquqi varisi olan Rusiya Müdafiə Nazirliyinin hərbi qərargahına təhvil verməlidir.

Erməni mediası yazır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı keçirdiyi görüşdə Azərbaycan Prezidenti İlham Əliyev səkkiz anklavın adını çəkib və  “Ermənistan tərəfindən işğal edilib və onlar azad edilməlidir”-deyib.

Qalıçyan müzakirə zamanı SSRİ-nin 1926-cı il xəritəsini göstərib və bununla da haqlı olduğunu (?) sübut etməyə çalışıb. İddia edib ki,  Daxili İşlər Nazirliyi tərəfindən “təsdiq edilmiş” xəritəyə görə, nə Ermənistan ərazisində, nə də Azərbaycan ərazisində heç bir anklav yoxdur. Guya Ermənistan SSR-in “1200 kvadrat kilometr ərazisinin bəzi hissələri sonradan Azərbaycana verilib. Həmin xəritəyə görə, Ermənistan Qarabağdan yalnız Aqavno çayı ilə ayrılıb. Sonralar qonşu ərazilər də azərbaycanlılara keçdi”. Belə çirkin iftira, iddia olar?

Qaliçyan SSRİ-nin 1932-ci ilə aid xəritəsini də göstərib və iddia edib ki, heç bir ölkədə anklavlar yox idi. Guya anklavlar 1940-cı ilin xəritəsində “peyda olub”. İddia edir ki, bu anklavların xəritələri çəkilsə də, onlar haqqında “heç bir sənəd yoxdur, yəni arxivlərimizdə onları təsdiqləyən heç bir hüquqi əsas yoxdur. Buna baxmayaraq,  Azərbaycan 2014-cü ildə  Ermənistan ərazisində yerləşən anklavların daxil olduğu atlas dərc edib, lakin “Artsvaşenin” (Başkənd-İ.S) adını çəkməyib”.

O qeyd edib ki, Azərbaycan XİN Ermənistan ərazisində Azərbaycan anklavların olduğunu bəyan edib, amma rəsmi sənəd təqdim etməlidir. Coğrafiyaçı deyib ki, “bu ərazilər Ermənistan Respublikasının daxilində yerləşdiyinə görə Ermənistana məxsusdur. Əgər Azərbaycanın adıçəkilən ərazilərə hər hansı iddiası varsa, o zaman əslində mövcud olmayan hüquqi əsaslar təqdim etməlidir. Yeri gəlmişkən, bizim ərazimizdəki üç anklavın ümumi sahəsi 45 kvadrat kilometr, təkcə Artsvaşen ərazisi isə 44 kvadrat kilometrdir. İki il əvvəl baş nazir Nikol Paşinyan anklavlar mövzusuna toxunaraq, onların mübadiləsindən danışmışdı ki, bu, problemi həll etməyin ən sadə yoludur”, - kartoqraf bildirib.

Qaliçyan ənənəvi erməni xasiyyətini biruzə verərək Azərbaycana qarşı ərazi iddialarının olduğunu gizlətməyib, hansısa strateji yüksəkliklərin Ermənistana “qaytarılmalı” olduğunu idda edib.  

Qaliçyan deyib ki, SSRİ Hərbi Qərargahının məlumatına görə, xəritələr 1960-70-ci illərdə Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı ilə ratifikasiya edilib və bunun əsasında 1991-ci ildə Alma-Ata Bəyannaməsi qəbul edilib. Bir sözlə, erməni alim o ki var, qondarma iddialar irəli sürüb, az qala Azərbaycanı Ermənistan ərazisinə “təcavüzdə” suçlayıb.

  • “...Bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi Azərbaycan Xalq Cumhuriyyətinin  ərazisi olub...”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, AXC dövüründə Azərbaycanın Ermənistan ərazisində anklavının olmaması təbiidir, çünki o ərazilər AXC ərazisi idi,  Sovet dövründə  Azərbaycanın bir sıra əraziləri Ermənistana verilib.  “Əslində, Ruben Qaliçyanın Ermənistanın əsassız mövqeyini əsaslandırmağa çalışarkən istifadə etdiyi cümlələr doğrudur. Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) hüquqi varisidir. AXC-nin mövcud olduğu dövrdə isə Ermənistan ərazisində anklavları olmayıb, çünki bu günkü Ermənistan ərazisinin böyük bir hissəsi Azərbaycan Xalq Cumhuriyyətinin  ərazisi olub, o cümlədən, bu gün Qərbi Zəngəzur adlandırılan bölgə. Halbuki, Sovet dövründə  vahid Zəngəzur  Qərbi və Şərqi Zəngəzur hissələrinə bölünüb. Qərbi Zəngəzur adlandırılan hissə Azərbaycan Xalq Cumhuriyyətinin ayrılmaz tərkib hissəsi olub. Eyni zamanda digər istiqamətlərdə, Şərur-Dərələyəz AXC-nin ərazisi olub və bu o dövrdə fransız dilində çap olunan xəritələrdə də öz əksini tapıb. Ruben Qaliçyana və onun dostlarına maraqlıdırsa, bu xəritəni çox asanlıqla həm arxiv mənbələrindən, həm internet üzərindən ələ edə bilərlər. Qaliçyan doğru söyləyir, Ermənistan adlanan dövlətinin ərazisinin böyük bir hissəsi o vaxt AXC-nin hüquqi olaraq torpaqları hesab edildiyi üçün o zaman anklav mövcud olmayıb. Hətta cumhuriyyətlərin müstəqilliklərini elan etdikləri dövrdə İrəvanın özünün belə ermənilərə heç bir aidiyyatı olmayıb, AXC dövründə İrəvan ermənilərə verilib. Əgər Ermənistan gerçəkdən də Cumhuriyyət dövrünün xəritələri ilə, o dövrdəki vəziyyətlə bu günkü ərazi-sərhəd məsələlərini həll etmək istəyirsə, Azərbaycan tərəfi üçün bununla bağlı heç bir problem mövcud deyil. Bundan əlavə, məlumdur ki, XX əsrin 20-ci illərində Azərbaycanın Naxçıvan MR-ın əraziləri daha geniş olub. 20-ci illərin əvvəllərində Rusiyanın  Baş Ştab Akademiyasının müdavimlərindən biri olan M.Pereşin tərəfindən Azərbaycan SSR-in Fövqəladə Komissarına və Naxçıvan SSR-in Xalq Hərbi Komissarına məruzə şəklində hazırlanan  “Naxçıvan MSSR-in inzibati-ərazi quruluşu’’ adlı hesabatda indi Ermənistan adlanan dövlətin ərazisində qalmış onlarla kənd o zaman Naxçıvanın, Azərbaycanın tərkib hissəsi olaraq göstərilib. Bu ərazilər 1921-ci ildən sonrakı dövrlərdə əsassız şəkildə Ermənistana verilib”-deyə E.Kəlbizadə qeyd etdi.

Şöbə müdiri bildirdi ki, Arazdəyən stansiyası, Əfşar kəndi və başqa bir çox kəndlər həmin sənədlərdə Azərbaycan əraziləri olaraq göstərilib.  “1929-cu ildə isə Naxçıvan Muxtar Respublikasının yenidən bir neçə kəndi əsassız olaraq Ermənistana verilib. Beləliklə, Qaliçyanın “o zaman Azərbaycanın Ermənistan ərazisində anklavları yoxdur” fikrini o şəkildə doğru qəbul etmək olar ki,  Ermənistan adlanan dövlətin böyük bir hissəsi o dövdə AXC-nin ayrılmaz parçası olub, sonradan bunlar müxtəlif proseslərin, siyasi şəraitlərin təsiri altında Azərbaycandan qoparılaraq Ermənistana verilib”-deyə E.Kəlbizadə vurğuladı.

E.Kəlbizadənin fikirlərindən belə qənaətə gəlmək olar:  o zaman AXC-nin Ermənistan ərazisində ona görə anklavı olmayıb ki, o ərazilər hamısı AXC-nin ərazisi olub və onun süqutundan sonra torpaqlarımızın bölünməsi prosesi başlayıb və nəticədə bizim torpaqlar hesabına indiki Ermənistanın ərazisi genişlənib və anklavlar da Sovet dövründə yaranmağa başlayıb. Tarixçi haqlıdır, o dövrdə AXC-nin öz ərazisində anklavı ola bilməzdi, bu proses bolşevik işğalından sonra başlayıb. Bütün hallarda Ermənistan Azərbaycanın anklav ərazilərini qaytarmalıdır və əsassız ərazi iddialarından əl çəkməlidir.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər - CANLI YAYIM

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ