Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər Qarabağı əsasən bu 2 səbəbdən tərk etdilər - reinteqrasiyaya mane olmasaydılar...

Image


Qarabağdan ermənilərin öz xoşlarına Ermənistana miqrasiya etməsinə bəzi beynəlxalq təşkilatlar tamam başqa cür don geydirməyə çalışırlar. Son günlər bəzi beynəlxalq təşkilatlar hədsiz dərəcədə qərəzli olan "səbəb" icad ediblər ki, guya Azərbaycan  onları təqib etdiyi üçün Qarabağdan köçüb gediblər. 

Təbii ki, beynəlxalq təşkilatların bu iddiası qəbuledilməzdir və səbəb qətiyyən onların burada hansısa təqibə məruz qalması deyil. Azərbaycan, ümumiyyətlə, ermənilərə qarşı belə bir niyyətdə olmayıb, yeganə niyyəti ermənilərin reinteqrasiyasını həyata keçirmək olub ki, bu istiqamətdə səylərini davam etdirib. Beynəlxalq qurumun reallıqdan uzaq iddialarını təhlil edərkən onların açıq qərəzi hiss olunur. Biz də Qarabağdan gedən ermənilərin bu addımının səbəblərini analiz etmişik və kiçik araşdırma zamanı iki əsas faktor diqqətimizi cəlb etdi. 

Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçmə səbəblərinə dair səslənən iddialar əsassız və böhtan xarakterlidir. Ermənilərin Qarabağdan köçməsinin birinci səbəbi  onlara təbliğ edilən  etnik dözümsüzlük olub. İkinci səbəb isə Ermənistanın ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olmaq cəhdidir. Ermənistan və məhv edən xunta rejimi heç bir vaxt istəməyib ki, ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunsun. Çünki onların kütləvi reinteqrasiyası Ermənistanın çirkin planlarının suya düşməsi, 30 il apardıqları etnik nifrət kampaniyasının bir andaca dağılması demək idi. 

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Prezidenti də dedi ki, onların buradan getməsinin səbəbkarı separatçı xuntanın "rəhbərləri" olub. Yəni xuntanın "rəhbərləri" onları getməyə sövq ediblər: həm Ermənistanın, həm də xuntanın təbliğ etdiyi və  onların qanına yeritdiyi etnik dözümsüzlük nəticəsində, eləcə də onların inteqrasiya səylərinə mane olduqlarına görə gediblər. Burada başqa yozuma, izaha ehtiyac yoxdur. 

  • "Buna başqa rəng vermək reallıqdan uzaqdır və birmənalı şəkildə qərəzli yanaşmadır"

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Qarabağda yaşayan ermənilərdə çox ciddi etnik dözümsüzlük formalaşdırılımışdı və onlar bunu hər zaman büruzə verirdilər. Xüsusən də "Azadlıq Radiosu", BBC kimi beynəlxalq media institutlarının onlardan hazırladıqları filmlərdə, reportajlarda ermənilər separatçı xuntanın təsiri altında Azərbaycan xalqına nifrət püskürürdülər. Sadə ermənilərin özlərinə qalsaydı onların reinteqrasiya olunmağa, bizimlə birgə dinc şəkildə yaşamağa hazır olduqlarını deyən F.Balabəyli qeyd etdi ki, amma Ermənistan, xunta və xaricdəki diaspor təşkilatları və bəzi beynəlxalq qurumların rəhbərliyi ermənilərin bu istəklərinə ciddi mane oldular. 

 "Bildiyimiz kimi, beynəlxalq təşkilatların çoxu Azərbaycan və Türk dünyasına qarşı qərəzli mövqe sərgiləyir. Ermənistan adı ilə dünya xəritəsinə pərçim edilən ərazidə yaşayan toplumdan və Qarabağdan gedən ermənilərdən də  elə bu mövqe üçun istifadə edilir. Onlar uzun illər Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa çalışdılar, amma cəhdləri alınmadı. Beynəlxalq təşkilatlar da, müxtəlif məqsədlərə xidmət edən "yardım fondları" da, diaspor da, Ermənistan da, Fransa da çalışdı ki, ermənilər Qarabağda qalıb yaşasınlar və Azərbaycan ərazisində onlara dövlət yaratsınlar. Lakin bunların heç biri baş tutmadıqda başladılar məlum "blokada", "aclıq" şousunu ortaya atmağa, bu da baş tutmadı. Azərbaycan öz ərazilərində suverenliyini bərpa etdi. Təbii, bu da antiazərbaycan qüvvələrinin ciddi narahatlığına səbəb oldu. Azərbaycanın qələbələrindən qıcıqlandıqları üçün qara piar kampaniyası aparmağa başladılar. Azərbaycanın qələbəsi onların bütün planlarının üstündən qara bir xətt çəkdi. Bu vəziyyətdə onlar ermənilərin Qarabağdan köçüb getməsi planını işə saldı ki,  bundan  Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər. 

Ermənilərin Azərbaycan ərazisindən könüllü köçməsindən indi onlar çirkin məqsədlər üçün istifadə edirlər. Faktiki olaraq, ermənilərin Qarabağı tərk etməsinin səbəblərindən biri onların içində kök salan etnik dözümsüzlük, digəri isə  Ermənistanın ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olması amili idi ki, nəticədə onların çox hissəsi könüllü miqrasiya etdi. Bu amil daha realdır bə vəziyyəti tamamilə əks etdirir"-deyə F. Balabəyli qeyd etdi. 

Bu gün Qərbin, xüsusən də Fransanın, bəzi beynəlxalq qurumların Qarabağdan miqrasiya etmiş ermənilərdən Azərbaycana qarşı istifadə etmək cəhdləri qərəzdən, ikili standartlardan başqa bir şey deyil. Onlar dərk etməlidirlər ki, ermənilərin Qarabağdan köçüb getməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur. F. Balabəyli hesab edir ki, ermənilərin Qarabağdan köçürülmə planı əvvəlcədən Paşinyan-Makron cütlüyü tərəfindən hazırlanırmış. "Fikrimcə, bu plan çoxdan hazırlanıbmış. Qarabağda yaşayan erməniləri uzun illər etnik nifrət, dözümsüzlük ideologiyası təsiri altında saxlayan xunta da göstərişi havadarlarından alırdı. Çox təəssüf ki, xunta da, Ermənistan da, onların xarici havadarları da erməni toplumuna sərbəst seçim imkanı vermədilər, onların düşüncəsinə birbaşa təsir etdilər ki, siz reinteqrasiya edə bilməzsiniz. Bu reinteqrasiyasının qarşısını alanlar Qarabağdan gedən ermənilərin gələcəyini əllərindən aldılar. Təsəvvür edin ki, onlar Azərbaycan cəmiyyətinə reinteqrasiya edilsəydilər tez bir zamanda inkişaf edəcəkdilər və bu corabı 30-35 il onların başına kimlərin hördüyünü biləcəkdilər. Bu da Ermənistana qətiyyən sərf etmirdi"-deyə F. Balabəyli vurğuladı. 

 F. Balabəyli qeyd etdi ki, onlara etnik dözümsüzlük həddən artıq çox təlqin edilib, nəticədə də onlar çıxıb gediblər. Ermənistanın reinteqrasiya  səylərinə mane olması onların Qarabağdan çıxıb getməsinə səbəb olub:"Yəni buna başqa rəng vermək reallıqdan uzaqdır və birmənalı şəkildə qərəzli yanaşmadır. Faktlar ortadadır" - deyə müsahibimiz vurğuladı. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ