Moskva Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır və danışıqlar üçün öz meydançasını təmin edə bilər. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
"Bu köhnə münaqişədə (Ermənistan-Azərbaycan - IF) son nöqtəni qoymaq üçün sülh müqaviləsinin hazırlanması gündəmdədir. Rusiya tərəfi, şübhəsiz ki, bu işdə tərəfdaşlarımıza hərtərəfli kömək göstərməyə hazırdır, xüsusilə Moskvada danışıqların təşkilində razıdır", - Putin cümə günü Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
Dövlət başçısı bununla yanaşı danışıqların istənilən formatda keçirilə biləcəyini qeyd edib.
«Əvvəlcə lazım gələrsə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ekspertləri formatında və əlbəttə ki, danışıqların bu ölkələrin liderlərinin imzalayacağı sülh sazişinin əldə edilməsi ilə başa çatmasına kömək edəcəyik», - Putin vurğulayıb.
O, eyni zamanda qeyd edib: «Seçim hər zaman müvafiq ölkənindir, biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq».