Lavrov Bişkekdə MDB XİN başçılarının görüşündən sonra diqqətçəkici bəyanatlar verib. Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Məsələn, deyib ki,
1. Biz Ermənistanın vasitəçiliyi ilə NATO ölkələrinin maraqlarını bu bölgəyə daşımaq cəhdlərini görürük və bu işdə əsas rolu Ermənistanda yaradılmış saysız QHT oynayır.
2. Lakin əminik ki, Paşinyan ölkəsinin xarici siyasət orientasiyasını dəyişməyəcək, belə ki, iki gün əvvəl Paşinyan xarici siyasət kursunun dəyişməyəcəyini bəyan edib.
Lavrov kimi peşəkar diplomatın az qala çarəsizlik ovqatı göstərən bu bəyanatına təəccüb etməmək olmur. Görün Rusiyanın xarici siyasət planlaşdırılmasını nə günə qoyublar ki, Paşinyanın "sözlərindən tutub gedirlər". Paşinyanın hər gün fərqli şeylər danışdığının fərqinə varmayan Rusiya diplomatlarının bu qədər sadəlövh görünməsi həqiqətən başadüşülən deyil.
Paşinyanın hər gün xarici siyasət orientasiyasını dəyişməyə doğru addımlar atdığını görmək üçün daha nə baş verməlidir?! İndiyə qədər olanları hamı bilir. Ən "sveji" fakt isə budur ki, Paşinyan KTMT-nin Bişkek toplantısından imtina etdiyi gün Ermənistan ordusunun Avroittifaq mülki missiyası ilə birgə keçirdikləri "hope-2023" xilasetmə təlimlərinə fransız əsgərlərini də dəvət etdi.
Bunlar kifayət deyil? Paşinyan xarici siyasəti dəyişmir?..
Tahir TAĞIYEV