Bazar günü günü, 08 noyabr 2026
     

İran müharibəyə qoşulur, İsrail beş cəbhədə vuruşacaq…

Image


İsrail və HƏMAS arasında hazırki münaqişə olduqca uzunmüddətlidir və geniş eskalasiya üçün başlanğıc nöqtələri mövcuddur. Bu fikirlər Səudiyyə Ərəbistanı və Bəhreyndə yerləşən “Le Beck” Yaxın Şərq mərkəzinin ekspertlərinin təhlilində yer alır. Qeyd edilir ki, rəqibləri İsrailə qarşı 5 cəbhə aça bilər: Qəzza sektoru, Livan, Suriya, İran və Fələstindən.

Bildirilir ki, İran və müttəfiqləri Fələstin məsələsini öz ideologiyalarının dayağına çeviriblər və buna görə də kənarda dayana bilməzlər. Artıq Livanla bağlı verilən proqnozlar özünü doğruldur. BMT-nin Baş katibi Antonio Quterreş də Livan və İsrail sərhədində gərginlikdən narahatlığını bildirib. Quterreş Fələstin-İsrail münaqişəsinin bütün regiona yayılmasının qarşısını almağa çağırıb: “Biz münaqişənin eskalasiyasından qaçmalıyıq. İsrail və Livan sərhədindəki gərginliklə bağlı xəbərlərdən narahatam”. İsrail artıq Livan daxilində təhdid hesab etdiyi obyektlərə zərbə endirib. Bu fonda İsrailin baş naziri Benjamin Netanyahu və müxalifət partyasının lideri Benny Gantz fövqəladə hökumət və “müharibə kabineti” yaratmağa razılaşıb. “Müharibə kabineti”nə üç üzv daxildir: baş nazir, müdafiə naziri və müxalifət partiyasının lideri. Bu o deməkdir ki, müharibə dövründə müharibəyə aid olmayan heç bir dövlət layihəsi və ya qərarı təbliğ edilməyəcək və bütün yüksək vəzifəli təyinatlar müharibə dövründə avtomatik olaraq uzadılacaq. HƏMAS-ın arxasında dayanan qüvvələr, indiki halda İran bu terror qruplaşmasına dəstək verir. İranın ali dini lideri Ayətullah Əli Xamneyi bu xüsusda bildirib: “Biz bacarıqlı və ağıllı dizaynerlərin və fələstinlilərin alınlarından və əllərindən öpürük". Ayətullah Əli Xamneyi hücumdan bəri ilk dəfə televiziya ilə baş verənlərə münasibət bildirib və bunu təqdir edib. İran uzun illərdir ki, HƏMAS silahlılarını dəstəkləyir və onları silahlarla təmin edir, təlimlər keçir. Bu arada İranın dini liderinin müşaviri Əli Əkbər Vilayəti HƏMAS lideri İsmayıl Haniyə və “İslami-Cihad”ın rəhbəri Ziad Nəxali ilə danışıb. Vilayəti “Fələstin xalqının müqavimətini” tərifləyib və Qəzzada göstərdikləri qəhrəmanlıqları alqışlayıb. O bildirib ki, “Əqsa tufanı” əməliyyatında HƏMAS və “İslami-Cihad”ın əldə etdiyi uğur müasir islam tarixinin şərəfli səhifələrindən biridir. Vilayəti Qəzzanı “sionist rejimə qarşı qala” adlandırıb: “Bu qələbələr düşmənlərimiz üçün ağlasığmaz idi, lakin biz inandıq, çünki fələstinlilər səlibçilər və monqollar da daxil olmaqla, düşmənə qarşı duran və qalib gələn müqavimət cəbhəsinin bir hissəsidirlər. Ona görə də tarix boyu Fələstin xalqı həmişə müsəlmanların müdafiəsi və islam davasının mühüm qalalarının bir hissəsi olub”. O, İranın Fələstin xalqının daim yanında olacağını da bəyan edib: “Bilin ki, islam dünyası sizə dəstək olmaq üçün ayağa qalxıb. Bu uğurlarda müqavimət liderləri kimi sizin rolunuz təqdirəlayiqdir”. Haniyə cavabında İranın dəstəyini yüksək qiymətləndirib: “Biz sizə Fələstin xalqının müqaviməti və daimi iradəsinə sadiqliyinizə görə həmişə minnətdarıq. Son qələbəyə qədər davam edəcəyik və təslim olmayacağıq. Düşmənlər müdafiəsiz insanları və mülki insanları qətlə yetirməklə böyük müharibə cinayəti törədiblər, lakin biz vurğulayırıq ki, döyüşən qüvvələr öz güclərini və ümidlərini qoruyub saxlayır və onların hüquqlarını müdafiə edirlər. Fələstin milləti mübarizə meydanında qalacaq”. Ziad Nəxali isə Xamneinin dəstəyini “çox ümidverici” adlandırıb və əlavə edib ki, onun mesajı məzlum Fələstin xalqına sevinc, ümid və ruh verir.

Beləliklə, İran HƏMAS-ın bu həftə İsrailə qəfil hücumunda birbaşa əli olmadığını desə də, çoxsaylı qələbələrini bayram etməkdən də özünü saxlaya bilmir. Bunlar fonunda İsrail İranın ali dini lideri Əli Xamneiyə cavab verib: “Klaviatura arxasında gizləndiyiniz zaman cəsarətli olmaq asandır. Siz və HƏMAS dostlarınız çox tezliklə barbar hərəkətlərinizdən peşman olacaqsınız”.  İsrail  politoloqu Yakov Kedmi isə bildirir ki, “Hizbullah” da Tehranın təhriki ilə savaşa qoşulsa, İran bundan ciddi təsirlənəcək: “İsrail “Hizbullah”ı İranın yaratdığı və Tehrana tabe olan bir təşkilat kimi görür. Odur ki, hadisələr çox tez İranın özünə qarşı birbaşa hərbi əməliyyatlarla nəticələnə bilər ki, buna da, böyük ehtimalla, ABŞ da qoşulacaq. İran üçün bu özünəqəsd ssenarisidir. İranın bütün siyasi, texnoloji, iqtisadi nailiyyətləri məhv ediləcək”. Kedminin sözlərinə görə, İranın özü məhv edilməyəcək: “Çünki o güclü dövlətdir və bunu etmək mümkün deyil, lakin zərbələr ölkənin iqtisadiyyatı və infrastrukturu üçün ölümcül olacaq”. Eksperlərtin fikrincə, İranın və belə olan halda ABŞ-ın  müharibəyə daxil olması ilə münaqişənin genişlənməsi hamı üçün fəlakətli, gözlənilməz nəticələrlə səbəb ola bilər. Bu fonda Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb ki, İran İsraillə müharibə etmək niyyətindədir. Bildirilir ki, SEPAH “Hizbullah” ilə hər hansı birgə əməliyyatın bir hissəsi kimi İsraillə müharibəyə hazırdır. Amerikanın “The Wall Street Journal” qəzeti də HƏMAS və “Hizbullah” hərəkatlarının yüksəksəviyyəli rəsmilərinə istinadən yazıb ki, İran oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında HƏMAS-a kömək edib, həmçinin, oktyabrın 2-də Beyrutda keçirilən toplantıda hücumun həyata keçirilməsinə dəstək verib. Qəzetin yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri avqust ayından HƏMAS nümayəndələri ilə planın təfərrüatını hazırlayıblar. Görüşlər Beyrutda baş tutub. Nəşr iddia edir ki, İranın bu işdə əlinin olması barədə məlumatı hətta adı açıqlanmayan avropalı məmur və Suriya hökumətinin bir müşaviri də təsdiqləyib.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ