Bazar günü günü, 08 noyabr 2026
     

"Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik" - Elçin Əmirbəyov

Image


Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibə verib.

O, müsahibəsində son vaxtlar Fransanın Azərbaycanla bağlı mövqeyi, Ermənistanla Azərbaycan arasında başlamalı olan sülh danışıqları, regiondakı vəziyyət, həmçinin cinayətkar xunta rejiminin Azərbaycan tərəfindən saxlanılan üzvləri ilə bağlı radionun suallarını cavablandırıb.

- Azərbaycan tərəfindən Fransaya qarşı çox ağır sözlər səsləndirilib. Fransanı nədə günahlandırırsınız?

- 1997-ci ildən bəri Fransa Minsk qrupunun üç həmsədrindən biri (redaktorun qeydi: münaqişənin siyasi həllinə cavabdehdir) kimi vasitəçilik rolunu oynayıb. Fransa həmişə Azərbaycanla Ermənistan arasında kifayət qədər balanslı münasibət sxlamağa çalışıb - əvvəlcə Prezident Jak Şirakla, sonra prezidentlər Nikola Sarkozi və Fransua Ollandla. Lakin əfsuslar olsun ki, son illərdə biz bu balansın pozulduğunu gördük. Fransanın Ermənistanla Azərbaycan arasında asanlaşdırıcı rol oynamaq ambisiyası var. Amma, eyni zamanda, biz mütəmadi olaraq Fransadan Azərbaycana qarşı və Ermənistanın xeyrinə hər cür ittihamlar eşidirik. Onlar bizi ermənilərin Qarabağı zorla tərk etməsində, bizi “cinayətdə” ittiham edirlər.

Hər şeydən əvvəl, bu, bəyanatlardan kənara çıxan amillərdir. Belə bir qərar var ki, Azərbaycana qarşı olan Ermənistana müharibə materiallarının verilməsi ciddi şəkildə nəzərdən keçirilsin. Ona görə də hazırda Fransanın “vasitəçi” və ya “asanlaşdırıcı” kimi etibarlılığı demək olar yoxdur. Bu qərar bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanı silaha sarılmaqla ölkəmizə yenidən hücuma təhrik etməsi kimi şərh edə bilərik. Biz ərazimizin 20 faizinin qanunsuz işğalına yenicə son qoymuşuq. (redaktorun qeydi: Bu ərazidəki qondarma “respublika” heç vaxt beynəlxalq səviyyədə tanınmayıb və Dağlıq Qarabağ həmişə hüquqi baxımdan Azərbaycana məxsus olub). Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik. Biz sülh müqaviləsi layihəsinə nail olmaq üçün Ermənistanla danışıqları həqiqətən də bərpa etmək istəyirik və bu sözümüzün üstündəyik. Əgər Ermənistan da iki ölkə arasında sülhün və sabitliyin bərqərar olması üçün bu səylərimizə qoşularsa, biz üzərimizə düşən işi görməyə tam hazırıq. Həmçinin deməliyəm ki, biz Avropa İttifaqının rolunu yüksək qiymətləndiririk. Şarl Mişel Avropa İttifaqı Şurasının Prezidenti kimi danışıqların bərpasına kömək etmək üçün yaxşı iş görüb. Azərbaycan bu gün məhz bu çərçivədə, Avropa İttifaqı ilə üçtərəfli formatda yenidən həll prosesi ilə məşğul olmağa hazırdır.

- Bu sülh hansı formada ola bilər? Həm İrəvanda, həm də ondan kənar dairələrdə narahatlıqlar var. Yəni, insanların beynində Ermənistanın cənubunda, Zəngəzur dəhlizi ətrafında, həmin Sünik bölgəsində mümkün münaqişə riski haqqında çox düşüncələr var...

- Sülh müqaviləsində biz ölkələrimizin hər birinin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə bağlı öhdəliyimizi bir daha təsdiq edəcəyik. Biz demək olar ki, 30 ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Azərbaycanın öz ərazisinə qarşı müharibə edəcəyi ilə bağlı Ermənistanın iddiaları isə tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Azərbaycan da, həmçinin uzun illər ərzində öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib.

- Bizə açıq şəkildə deyirsiniz ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq?

- Hər halda, Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur. Təbii ki, Ermənistan bizə hücum etsə, biz sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağında olsun. Hesab edirəm ki, bizə, sadəcə olaraq, danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq, sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda, bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan kimi ikili oyun oynamaq lazım deyil.

- Siz diplomatik müharibədən danışırsınız?

- Bəli, Ermənistan sülhdən danışarkən öz diplomatik korpusunu müxtəlif təsisatlarda, o cümlədən BMT-də azərbaycanlıları ittiham etmək üçün istifadə edir. Fransanın Ermənistana dəstəyi sayəsində bu ölkə dəfələrlə Təhlükəsizlik Şurasına müraciət edib. Amma Ermənistan həm də yeni, tamamilə anti-Azərbaycan və qərəzli qətnamələr qəbul edən Avropa Şurasını, Avropa Parlamentini təşvişdə saxlayır. Bu, diaspor vasitəsilə Azərbaycanı sistemli olaraq nüfuzdan salmaq kampaniyasıdır. Bu, ermənilərin həll yollarını tapmaq üçün real səmimiyyətinin olmadığını göstərir. Cənab Paşinyan həmkarları ilə görüşəndə deyir ki, Azərbaycan Ermənistana hücum etmək istəyir. Amma bunlar iddiadır. Bunun heç bir sübutu yoxdur. Mən onun niyə belə dediyini bilmirəm. Bu ittihamların heç bir əsası yoxdur. Hesab edirəm ki, Ermənistanın müharibədən qaçmasının ən yaxşı yolu real danışıqlara başlamaqdır.

- Qarabağda, demək olar heç bir erməninin qalmadığına, və yaxud çox az sayda erməninin qaldığına görə etnik təmizləmə ittihamlarına nə cavab verərdiniz?

- Bu yaxınlarda Qarabağda baş verənləri etnik təmizləmə kimi səciyyələndirmək vicdanən doğru deyil. Bu, çox ciddi ittihamdır. Bu o deməkdir ki, hökumət əhalinin bir hissəsini etnik və ya dini mənsubiyyətinə görə öz ərazisini tərk etməyə məcbur etmək istəyir. Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan sentyabrın 19-da başladığı antiterror tədbirləri ilə yalnız qanuni hərbi hədəfləri hədəfə alıb. Biz separatçıların mövqelərinin harada olduğunu dəqiq bilirdik və dərhal yerli mülki əhaliyə onların hədəfə alınmadığını bildirdik. Onlara dedik ki, narahat olmayın, evdə qalın. Biz heç vaxt mülki infrastrukturu və ya mülki əhalini hədəf almamışıq. Bunu mən demirəm. Oktyabrın 1-də həmin əraziyə həm də BMT missiyası baş çəkib.

BMT rəsmiləri hələ də orada olan ermənilərlə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar sülhməramlı qüvvələrin kontingenti olan Rusiya hərbçilərinin nümayəndələri ilə də danışıblar. Bu, mülki şəxslərin hədəf alınmadığının sübutudur. İyirmi üç saat davam edən bu tədbirlər başa çatan kimi biz oradakı əhaliyə, o cümlədən Bakıdan külli miqdarda humanitar yardımın çatdırılmasına təşəbbüs göstərdik. Qida, dərman... nə lazımdırsa. Elektrik enerjisini bərpa etdik, qaz xətlərini çəkməyə başladıq. Biz onları bu ərazini tərk etmək qərarına yenidən baxmağa çağırdıq. Biz onlara dedik: “Bu, sizin şəxsi seçiminizdir. Azərbaycanı tərk etməyinizi istəmirik. Amma bunu etsəniz, bilin ki, sizin geri qayıtmaq hüququnuz var”. Bunu necə etnik təmizləmə adlandıra bilərəm?!

- Amma hələ də doqquz aylıq blokada var idi ki, Azərbaycan hərəkəti qadağan etdiyi üçün oraya ərzaq, dərman və yanacaq keçmirdi.

- Biz tam blokadadan danışa bilmərik. Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi evakuasiya işlərini yerinə yetirmək, əhaliyə lazımi dərman preparatları gətirmək azadlığı var idi. Yolun niyə qismən bağlandığına baxsaq, bunun səbəbi atəşkəs imzalanandan sonrakı iki il yarım ərzində Ermənistanın öz ərazisindən Qarabağa hərbi heyət, minalarla yanaşı, bütün növ silahlar da gətirmək üçün istifadə etməsi olub. Bütün bunlara son qoymaq üçün keçid məntəqəsini qurmalı olduq.

- Geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz yaşayacaqlarına əmin ola bilmələri üçün hansı təminatlar və ya şərtlər olacaq?

- Antiterror tədbirləri başa çatdıqdan bir gün sonra biz Azərbaycanın mərkəzi hakimiyyəti ilə oradakı erməni icmasının nümayəndələri arasında dialoqa başladıq. On gün ərzində üç görüş keçirdik. Həyatlarının müxtəlif sahələrində, o cümlədən hər cür sosial, iqtisadi, siyasi, humanitar, dil və dini hüquqlarla bağlı onların gələcəyinə dair baxışlarımızı təqdim etməyə çalışdıq. Bu, açıq şəkildə göstərir ki, Azərbaycan hökumətinin bu insanları hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla birgə və dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər. Onlar ölkəmizin suverenliyini tanımalıdırlar. Artıq bəziləri Azərbaycan vətəndaşı olmaq istəklərini bildiriblər. Düzdür, bu çaxnaşma və stress mühitində ölkəni və ya evini tərk edəndə bir həftədən sonra geri qayıtmağı seçmək asan deyil. Ona görə bəlkə də bir az gözləmək lazımdır ki, bu insanlar Azərbaycanı tərk etmək qərarına yenidən baxsınlar. Onlar geri qayıtmaq istədiklərini bildirdikdə, biz onlarla həqiqətən əlaqə qura bilərik.

- Sanksiyalardan qorxursunuz?

- Fransanın bir müddət əvvəl irəli sürdüyü bu ideyanın Avropa İttifaqı ölkələrinin əksəriyyətinin dəstəyini alıb-almadığını bilmirəm. Bu sanksiyalar tam olaraq nəyə cavab olacaq? Azərbaycanın onilliklər boyu davam edən strateji səbrindən sonra beynəlxalq ictimaiyyət, o cümlədən Fransa tərəfindən ona məxsusluğu tanınan suveren ərazisi üzərində öz nəzarətini bərpa etmək istəyi? Hesab etmirəm ki, hüququ bərpa edən ölkəni cəzalandırmaq və ya cəzalandırmağa cəhd etmək lazımdır. Ərazimiz hücuma məruz qalıb və nəinki hücuma məruz qalıb, o, işğal edilib və etnik təmizləməyə məruz qalıb. Bu gün hamı etnik təmizləmədən danışır, amma heç kim Ermənistanın 1990-cı illərin əvvəllərində, ovaxtkı 7 milyonluq əhalinin təxminən 1 milyonunun ya köçkün, ya da qaçqın vəziyyətinə düşdüyü zaman real etnik təmizləmə aparmasından danışmır. Heç kim - nə Fransa, nə də avropalılar Ermənistana qarşı sanksiyalar tətbiq etmək istəyini dilə gətirməyib və heç vaxt onu qınamayıb. Söhbət ikili standartlardan gedir.

- Sülh danışıqlarında Qarabağın həbsdə olan "lider"lərinin taleyi müzakirə olunacaqmı?

- Əvvəlcə onu vurğulamalıyıq ki, silahlarını təhvil verən separatçılara amnistiya elan etmişik. Onların Laçın yolu ilə ərazimizi tərk etmək azadlığı var idi. Amma həbs olunanlara gəlincə, söhbət Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı sübuta yetirilən kiçik bir qrup şəxsdən gedir. Bizdə sübut var. Məhkəmə bunu nümayiş etdirəcək. Bu hərbi cinayətlər üçün heç bir müddət yoxdur və yalnız bu cür insanlar həbs olunur. Onların məhkəməsi zəruridir. Onların azad edilməsi ilə yaxınlarını itirmiş insanlara münasibətdə ədalətli ola biləcəyimizi düşünmürəm. Biz onları sırf xoş niyyət jesti kimi azad edə bilmərik. Çünki hesab edirəm ki, bu münaqişənin bu qədər uzun sürməsinin səbəblərindən biri də cəzasızlıqdır.

-Ruben Vardanyan üçün də belədir?

- Bəli, o, terrorizmin maliyyələşdirilməsi ilə məşğul olub. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törədən qrupların yaradılmasını maliyyələşdirib.

Bu gün istintaq təcridxanasında olan insanlar bu münaqişənin ən böyük qırğınlarına görə məsuliyyət daşıyırlar. Bir gecədə 613 dinc azərbaycanlı, o cümlədən uşaqlar, hamilə qadınlar, qocalar azərbaycanlı olduqları üçün qətlə yetirilib. Bu, soyqırımı aktıdır. Düşünürəm ki, bu sözü işlədərkən diqqətli olmalıyıq. Amma sırf düşmən hesab etdiyiniz etnik qrupa mənsub olduğu üçün bir əhalini hədəf seçsəniz, bu, soyqırımı aktıdır. Ona görə də bu tarixə göz yuma bilmərik. Bunlar otuz il bundan əvvəl törədilmiş dözülməz, qəbuledilməz sui-istifadə faktlarıdır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ