Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyan 75-ci il xəritəsindən qopa bilmir - məqsəd pozuculuqdur...

Image


Paşinyan yenə sərhədlərin dəqiqləşməsində  1975-ci il xəritələrinə istinadın  zəruriliyini vurğulayıb. Bizim XİN deyib ki, belə xəritə mövcud deyil:

“SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığı, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur. Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən, delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bugünədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır”.

Paşinyanın iddia etdiyi 1975-ci il xəritəsində nə ola bilər ki, ondan belə möhkəm yapışıb?

Politoloq Turab Rzayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan Azərbaycanla sərhədlərinin delimitasiya  və demarkrasiyasını yekunlaşdırmaq istəyir: “Paşinyan açıq şəkildə çalışır ki, Rusiya ilə yolları ayırsın və Qarabağ məsələsini Ermənistan Respublikasından uzaqlaşdırsın. O bunu bütün davranışlarında bildirir. Sülh bəyanatı üç tərəf arasında imzalansa da, Ermənistan vaxtaşırı Qarabağı sırf Azərbaycanla Rusiyanın məsələsi kimi qabardaraq, özünü sülh bəyanatından uzaqlaşdırır. Sülh məsələsi ilə bağlı ancaq Azərbaycanla Rusiya görüşür. Amma Qarabağla bağlı ərazi iddialarından əl çəkərək, Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Qəribədir ki, bu günlərdə Rusiyanın Qarabağdakı erməniləri tərksilah etmək və silah anbarları ilə bağlı açıqlamalarına Paşinyan cavab verərək bildirib ki, bütün bu silahları Rusiyanın bölgədən çıxarmağını istəyir. Ermənistan istəmir ki, hansısa şəkildə separatçı rejim, yaxud Qarabağda olan ermənilər yenidən silahlana bilsin. Hətta Paşinyan təklif edir ki, istər Azərbaycan, istərsə də Ermənistan üzərindən bu silahları çıxara bilər. Görünən odur ki, Paşinyan istənilən halda Qarabağ məsələsini özündən uzaqlaşdırmaq istəyir. Hətta Qranada sammitində olan təkliflərdə də bu vardı ki, Azərbaycan və Ermənistan ordularını sərhəddən kənara çəksinlər və delimitasiya, demarkasiya olsun, sülh imzalansın. Bununla Rusiyanın Qarabağ məsələsində Ermənistana təzyiq etmək, Paşinyan hakimiyyətini devirmək planlarının önünə sədd çəkmək istəyir. Ona görə də, 1975- ci il xəritəsi Paşinyanın çox da dərindən bildiyi bir xəritə deyil. Paşinyan sadəcə düşünür ki, həmin illərdə Ermənistan - Azərbaycan sərhədi Ermənistanın maraqlarına uyğun olaraq ən ideal sərhəd olub. Ona görə də, həmin illərin xəritəsi götürülərək delimitasiya və demarkasiyanı tamamlamaq istəyir. Nə üçün 75 - ci il? Bu sualın cavabı heç kəsdə yoxdur. 75 - ci illə bağlı Azərbaycan tərəfi açıqlama verib ki, həmin illər ərzində orda xəritələr hazırlanıb, sırf 75 - ci il xəritəsi yoxdur. Hazırlanan xəritələr də detallı hərbi xəritələrdi və hər bir şey qeyd olunub. Qeyd olunan məsələlər də öz aktuallığını saxlamaya da bilər. Qarabağ işğaldan azad olunanda bəlli olub ki, İrandan Ermənistana gedən yolu neçə yerdən Azərbaycan ərazisi kəsir. Burda landşaft pozulur, ərazi pozulur, ərazidə yerdəyişmə ola bilər. Ermənistan heç vaxt Azərbaycanla sərhəd saxlamayıb. Düşünüb ki, Azərbaycan o torpaqları azad edə bilməyəcək. Ona görə də, 75 - ci illə bağlı dəqiq xəritə olması qənaətində deyiləm. Yəni varsa, Ermənistan tərəfi bunu təqdim etsin, ortaya çıxarsın. Azərbaycan tərəfi belə bir xəritənin olmadığını deyir. Ancaq düşünürəm ki, Paşinyanın niyyəti sırf həmin illərdə Ermənistana sərf edəcək şəkildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşməsi, Rusiyanın təzyiq imkanlarının qarşısının alınmasıdır. Burda aydın məsələdir ki, Azərbaycan tərəfinin ayrı gündəmi ola bilər. Belə bir xəritə varsa, Azərbaycan tərəfi də özünə uyğun xəritəni seçə bilər. Mən düşünürəm ki, xəritə məsələsi sülh müqaviləsinin imzalanmasında elə də əhəmiyyətli deyil”.

Ümumiyyətlə, yaxşı olardı ki, daha əvvəlki xəritələrə müraciət edilsin. SSRİ formalaşmadan əvvəlki xəritələrdə daha aydın təsəvvür formalaşa bilər. Əslində, Ermənistan hamıdan gözəl bilir ki, ortaya çıxacaq mənzərə onlara sərf edən deyil. Çünki onlar türk birliyinə qarşı bir layihə dövlət kimi formalaşıb. SSRİ Baş Qərargahının çoxlu xəritələri var, onların bir çoxu nəşr olunub: “Ermənistan-Gürcüstan dövlətlərarası yolunun keçdiyi Qazaxın 7 və Naxçıvanın Kərki kəndi Ermənistanın 29.8 min kvadratkilometr ərazisinə daxil deyil. Bundan başqa, həmin xəritələrdə Gorus-Qafan yolunun bir hissəsi də Azərbaycan ərazisindən keçir. Artıq Azərbaycan həmin yola nəzarəti bərpa edib. 70-ci illərin və ya Paşinyanın dediyi kimi, 1975-ci ilin xəritələri əsasında demarkasiya işlərinin aparılması həm də anklavların geri qaytarılması deməkdir.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ