Bazar günü günü, 08 noyabr 2026
     

"Gəncədə, Bərdədə, Tərtərdə törədilən terror aktları tarixdə erməni vəhşiliyi kimi əbədi qalacaq" - Vüqar Rəhimzadə

Image


Tarixin müxtəlif illərində Azərbaycana qarşı soyqırımı törədən, deportasiya nəticəsində azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salan, törətdiyi cinayətlərə, vəhşiliklərə görə cavab vermək əvəzinə başına sığal çəkilən Ermənistanın 1988-ci ildə baş qaldıran əsassız torpaq iddiası nəticəsində yaranan Qarabağ münaqişəsi 30 ilə yaxın müddətdə dünyadan ədalətli həllini gözlədi. Baxmayaraq ki, haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan torpağı olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapsa da, bu sənədlər 27 il kağız üzərində qalıb saraldı.

Səbəb dünya güclərinin ikili standartlara əsaslanan siyasətdən yaxa qurtara bilməməsi, qətnamələrin icrası prosesinə fərqli yanaşması idi. Münaqişənin davam etdiyi 30 ilə yaxın dövrdə Ermənistanın təcavüzünə “dur!” deyən “tapılmadı”. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan, danışıqlarda beynəlxalq hüquq normalarına istinad edən Azərbaycandan fərqli olaraq Ermənistan ən həlledici məqamlarda müxtəlif bəhanələrlə əsas məsələdən yayınmağa çalışır və istəyinə də nail olurdu. Havadarlarının dəstəyi əsasında danışıqlara imitasiya naminə qatılan işğalçı dövlət vaxt qazanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdə Azərbaycan ərazilərini raket atəşinə tutması bu istəklərini sübut etdi. Səbir kasası dolan Azərbaycan bu təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmirini alan Silahlı Qüvvələrimiz müharibənin başlandığı ilk andan zəfər müjdəsi ilə xalqımızı sevindirdi. Vətən müharibəsinin davam etdiyi 44 günün hər günü Azərbaycanın çoxəsrlik tarixinə qələbə səhifəsi kimi yazıldı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V. Rəhimzadə qeyd edib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində ermənilər öz xislətlərinə xas olan terror əməllərini davam etdirdilər. Məğlubiyyətə düçar olan Ermənistan rəhbərliyi milli birliyimizə xələl gətirmək, əhali arasında çaxnaşma yaratmaq, qələbə əzmimizi sındırmaq məqsədilə yenə günahsız insanlarımızı hədəf aldı. Münaqişə bölgəsindən xeyli kənarda yerləşən ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə Konvensiyalarına və onların Əlavə Protokollarına tamamilə zidd idi. Ermənilərin 44 günlük Vətən müharibəsi dövründə Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktları Xocalı soyqırımının davamı kimi xarakterizə edilir. Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmadı, yalnız döyüş meydanında düşmənin başını əzdi. Amma Ermənistanın dinc insanlarımıza qarşı törətdiyi bu müharibə cinayətləri millətin əzmini, iradəsini qıra bilmədi, əksinə bizi daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq milli həmrəylik və birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız tarixi Zəfərimizə doğru böyük inamla irəliləməkdə davam etdi. Dünyanın hansı ölkəsində yaşamasından, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs bir yumruq kimi birləşdi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının nə qədər yenilməz, məğrur xalq olduğunu təsdiqlədi. Müharibənin davam etdiyi 44 gündə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edildi. Bu amansız terror aktları nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak oldu, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Gəncədə baş verənlərlə hadisə yerində tanış olan Azərbaycandakı diplomatik korpusların rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri erməni vəhşiliyinin günahsız qurbanlarının yaşadıqları dəhşətləri öz gözləri ilə gördülər. Dövlətimizin başçısı xalqa müraciətində bu terror hadisələri ilə bağlı xüsusi vurğulayırdı ki, Ermənistanın günahsız insanları və mülki obyektləri raket hücumuna məruz qoyması müharibə cinayətidir və bunun üçün cavab verilməlidir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncə ilə yanaşı, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimiz də Ermənistan tərəfindən intensiv atəşə məruz qaldı. Lakin öz Liderinə sonsuz inam bəsləyən Azərbaycan xalqı mətanəti, dönməzliyi ilə erməni vəhşiliyinə qalib gəldi. Xalqımız tam əmin idi ki, Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Milli Ordumuzun qətiyyəti ilə tezliklə işğal altında olan bütün ərazilərimiz azad ediləcəkdir. Nəticədə 44 gündə 30 ilin işğalına son qoyuldu. Tarixi ədalət bərpa olundu. Bu gün artıq soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizə Zəfərlə başa çatdıqdan sonra dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən haqq və şərəf işimiz uğrunda qəhrəmancasına həlak olan əsgər və zabitlərimizin, erməni təxribatları zamanı hədəf alınan mülki vətəndaşlarımızın xatirəsinə böyük ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Gəncəyə səfəri zamanı həmin ərazidə Gəncə Memorial Kompleksinin təməlini qoydu. Erməni vandalizminin yaddaşlardan silinməməsi üçün belə bir kompleksin yaradılması mühüm addımdır. Gəncə Memorial Kompleksində erməni vəhşiliyini, terrorunu unutmamaq, gələcək nəsillərə çatdırmaq və bütün dünyaya nümayiş etdirmək üçün dağıdılmış binalar olduğu kimi qalacaq. Şübhəsiz atılan bu kimi addımlar dünyaya belə bir çağırışdır ki, ikili standartlara əsaslanan siyasətə son qoyub həqiqətlərə ədalətin gözü ilə baxmaq zamanıdır. Erməni vəhşiliklərini, təxribatlarını ört-basdır etmək üçün susmağa üstünlük vermək deyil, bu kimi terror aktlarının təşkilatçılarını və icraçılarını cəzalandırmaq üçün beynəlxalq hüquq çərçivəsində lazımi addımları atmaq gərəkdir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:26
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ