Bazar günü günü, 08 noyabr 2026
     

Qafqazda böyük güclərin intriqası şiddətlənir - Ermənistan yenə ən zəif bənddir

Image


ABŞ-ın İrəvan-Bakı münasibətlərində yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyi təmin etməkdir. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alan fikirlərinə münasibət bildirərkən deyib.

Miller vurğulayıb ki, ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsidir. Dövlət Departamentinin rəsmisi onu da əlavə edib ki, ABŞ həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır. Qeyd edək ki, daha əvvəl Lavrovun səsləndirdiyi iddiya əsasən, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik toxumu səpməyə davam edir. O əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır. Bütün bunlar Cənubi Qafqazda ABŞ və Rusiya ziddiyyətlərinin yenidən alovlanmaqda olduğunu göstərir. Hazırda bu güclər regionda çəkişmə predmetində ərazi olaraq Ermənistanı seçiblər. Görünən budur ki, ABŞ və Avropa İttifaqı Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqda israrlıdırlar. Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, deputat Marina Kalyurand bu fonda qeyd edir: “Ermənistanın Avropa İttifaqının dəstəyinə indi həmişəkindən daha çox ehtiyacı var”. Onun sözlərinə görə, böhrandan çıxmaq üçün Ermənistana Avropa İttifaqının həm maliyyə, həm də siyasi dəstəyi lazımdır. Avropa İttifaqının Ermənistana təhlükəsizlik təminatı verməyə nə dərəcədə hazır olması məsələsinə gəlincə, Kalyurand qeyd edir ki, bu, Ermənistan rəhbərliyinə ünvanlanmalı olan sualdır, bir çox qərarları Ermənistanın özü verməlidir: “Yardıma gəlincə, bəli, mən hesab edirəm ki, Ermənistan bu gün böhranın öhdəsindən gəlmək üçün Avropa İttifaqının dəstəyinə, o cümlədən siyasi, maliyyə dəstəyinə həmişəkindən daha çox  ehtiyac duyur. Mən çox şadam ki, Avropa İttifaqı artıq dəstək verir, ilk qərar qəbul edilib, kömək üçün vəsait ayrılır. Təhlükəsizlik təminatlarına gəlincə, bu, daha çox Ermənistanın məsələsidir. Ermənistan bu gün KTMT-nin üzvüdür. Ermənistan Rusiya qüvvələri ilə əməkdaşlıq etdiyi halda təhlükəsizlik sahəsində Avropa İttifaqı ilə necə əməkdaşlıq edə bilər?”. Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan  da bildirir ki, ölkəsi Rusiya ilə yollarını ayırıb Qərbə üz tutur: “Düzdür, “Rusiya strukturlarından çıxmaq üçün vaxt lazımdır. Gürcüstan iki muxtar dövləti itirərək rus buxovlarından xilas olub. Rusiya Federasiyasına arxalanaraq, onların Qarabağda ancaq müşahidəçi olduqlarını gördük. Qarabağı itirdik. Rusiya Azərbaycana yumşaq şəkildə kömək etdi. Qarabağı itirdikdən sonra Ermənistan hələ də təhlükə altındadır. Rus xalqı bizim dostumuzdur, amma Rusiya hökuməti yox. Roma Statutunun və Ermənistan-Fransa hərbi əməkdaşlığının ratifikasiyası müxalifəti və Rusiyanı komaya salıb”.

Təbii ki, Kreml baş verənlərdən, Ermənistanın Qərbə meyllənməsindən ciddi narahatdır. Onsuz da Roma Statutunun ratifikasiyasından sonra Rusiya ilə gərginləşən münasibətlər pik həddə çatmaq üzrədir. Rusiyanın siyasi elitası Ermənistanın son hərəkətindən çox narazıdır. Artıq Rusiyanın bir sıra siyasi ekspertləri şərhlər verərək Ermənistan dövlətinin silinəcəyini, bu ölkədə Ukrayna ssenarisinin təkrarlanacağını bildirirlər.  Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin bildirib ki, Ermənistanı yeni geosiyasi oyunlara qoşmaq üçün Qərb yeni planlar hazırlayır: “İndi Fransa Ermənistana silah verməklə Cənubi Qafqazda özünün təsir dairəsini yaratmağa çalışır. Fransızlar özlərinin istehsalı olmayan silahları çətin ki, Ermənistana sata bilsinlər. Eyni zamanda, fransızlar indi Ukraynaya verməyə silahlarının olmamasından şikayətlənir. Maraqlıdır, bir tərəfdən silah satmağa hazırlaşırlar, digər tərəfdən isə silahlarının olmamasından gileylənirlər. Ermənistan həmişə şikayət edib ki, Qərb KTMT-nin üzvü olduğu üçün ona silah satmır. İndi nə baş verdi, Ermənistan KTMT-dən çıxdı? Deməli, KTMT İrəvana Qərbdən silah tədarük görməyə heç bir maneə yaratmır. Fransa Ermənistanla hərbi texnikanın tədarükü ilə bağlı müqavilə imzalamağa hazırdır. Amma  Fransadan alınan silahlar Ermənistan silahlı qüvvələrində effektli olmayacaq”.  Xramçixin Ermənistanın silah arsenalındakı sovet, rus, İran və Hindistan silah növlərinin ahəngdar işləyəcəyinə şübhə ilə yanaşır: “Buna baxmayaraq, ölkələr bir-birindən silah alır. Ən çox silah idxal edən Misirdir. Onlar 10-dan çox ölkədən silah alır və çox güclü orduya malikdirlər. Amma müxtəlif ölkələrdən alınan silahlar modifikasiya edilir”.  Türkiyədən olan ekspert Abdullah Ağar isə məsələni belə şərh edir: “Ermənistan Rusiyadan çox asılıdır və bu asılılıqdan Moskva müxtəlif yollarla istifadə edə bilər. Amma Ermənistan da öz asılılıqlarından qurtulmağa meyllidir və bu məqamda həll yolunu Fransa, Avropa İttifaqı və ABŞ-la əməkdaşlıqda görə bilər. Bu çox gərgin, çox təhlükəlidir. Region müharibədən təsirlənir. Yəni Ermənistan bunu tarazlaya bilərmi? Bundan o qədər də əmin deyiləm. Çünki Rusiya kimi bir ölkəni öz qarşısına almaq ortaya çıxacaq risqlərlə, birgə hərəkətlərlə üzləşmək kimi bir nəticə ortaya çıxaracaq. O zaman bir sual verməliyik: Fransa, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı real vaxtda çəkindirici təsir göstərə bilərmi? Açığı, mən hesab edirəm ki, bu çox asan deyil. Başqa sözlə desək, Rusiya real vaxtda təsirini ortaya qoyarkən, Ermənistanın əməkdaşlıq etdiyi Fransa, Avropa İttifaqı və ya ABŞ üçün bu təsirə cavab vermək çətin görünür. Buna cəhd etsələr, bölgə çox istiləşəcək və gərginlik artacaq”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:26
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ