Bazar günü günü, 08 noyabr 2026
     

Ombudsman hər Qarabağ ermənisindən bir yalan toplayıb BMT-yə göndərdi...

Image


Qarabağda yaşayan ermənilərin böyük hissəsinin könüllü olaraq Ermənistana köçməsi  bu ölkənin rəsmi və qeyri-rəsmi təşkilatlarının əlinə fürsət verib ki, BMT-yə, eləcə də başqa beynəlxalq təsisatlara üz tutub onları aldatsınlar, yalan informasiyalar versinlər.

Ermənistan Respublikasının Ombudsmanı Anahit Manasyan da təxribatçı fəaliyyətə qoşulub. Belə ki, A.Manasyan Qarabağdan gedən erməniləri danışdırıb və saxta fikirlər əsasında ingilis dilində “hesabat” hazırlayaraq BMT-yə göndərib. Guya “məcburi köçkünlərin” qeydiyyatı aparılıb, onların şəxsi söhbətləri “təhlil” edilərək ingilis dilində “qeyri-adi ilkin hesabat dərc edilib”. Ombudsman heç bir fakta söykənmədən və gerçəkliyi çeynəyərək qeyri-real məsələlərdən bəhs edib. O özündən elə şeylər uydurub ki, adam məəttəl qalır. Guya Qarabağdan köçənlərlə danışıb, guya faktlar yığıb, guya erməniləri azərbaycanlılar “döyüblər”, “maşınları atəşə tutulub”,  guya “uşaqlar təhqir olunub”, “tibbi yardım maşınlarına atəş açılıb” və sair. Belə absurd hesabat hazırlayan ombudsman bütün dünyanın gözü qarşısında baş verən olaya saxta don geydirərək iddia edib ki, guya “məcburi köçkün düşmüş” şəxslərin, uşaq və qadınların “hüquqlarının pozulması” faktları “sənədləşdirilib”, mülki əhaliyə və infrastruktura “dəyən ziyan” da hesablanıb təqdim olunub. Guya “etnik təmizləmə” “halı baş verib” (?). Bir sözlə, “hesabat”da əks olunan iddiaların hamısı yalandan başqa bir şey deyil. Bu “hesabat”ın insan hüquqlarının müdafiəsinə cavabdeh beynəlxalq təşkilatlara, habelə səlahiyyətli dövlət orqanlarına təqdim edildiyi qeyd edilir.

  • “Bunlar hamısı absurd iddialardır və başdan-başa yalandır”

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün “Bakı-Xəbər”ə şərhində bildirdiyinə görə, Ermənistan belə rəy yaratmaq istəyir ki, guya Qarabağdan gedən erməniləri Azərbaycan dövləti zorla qovub çıxarıb, əslində isə əksinədir, Azərbaycan dövləti onlara vətəndaşlıq, yüksək yaşayış təminatı təklif edib, amma onlar havadarlarının təkidi ilə çıxıb gediblər. “Ermənistanın, erməni toplumunun, onların havadarlarının məqsədi söndürülmüş münaqişə ocağını yenidən alovlandırmaqdır. Azərbaycan ərazisindəki bu münaqişə ocağını söndürdü, problemi həll etdi. Bizim bu problemi həll etməyimiz bizimlə bərabər ermənilərin də, bütövlükdə regionun da xeyrinə olan bir məsələdir. Çünki münaqişə heç kimə fayda verən bir proses deyil. Bu mənada biz əslində erməniləri xilas etmişik, amma onlar bunu başa düşmür. Erməni toplumu vəziyyəti yenidən qızışdırmaqda maraqlı görünür. Onların bütün davranışlarında bu hiss olunur. Paşinyan əlinə tribuna keçən kimi Qarabağdan könüllü gedən ermənilərin “hüquqları” məsələsini vurğulayır, mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir. İndi də ombudsman yalan və təxribatçı hesabatla beynəlxalq qurumları erməni toruna salmağa çalışır. Könüllü olaraq çıxıb gedən ermənilərlə bağlı qəbuledilməz “məlumatlar” və “faktlar” hazırlayıb. Guya Azərbaycan ermənilərə qarşı “zorakılıq” edib, “təzyiq” göstərib, onları “zorla” çıxarıb, guya uşaqların, qadınların “hüquqları” pozulub. Bunlar hamısı absurd iddialardır və başdan-başa yalandır. Ermənistanın ombudsmanı BMT-yə saxta hesabat göndərərkən heç olmasa bir neçə gün əvvəl bu təşkilatın yaydığı obyektiv hesabata nəzər yetirərdi. BMT-nin bu hesabatı erməniləri elə qəzəbləndirdi ki, onlar bu qurumu qeyri-obyektivllikdə suçladılar. Halbuki, BMT-nin hesabatında gerçəklik əks olunmuşdu. BMT missiyasının açıqlamalarında qeyd edilrdi ki, heç bir mülki obyektə ziyan dəyməyib, zorakılıq olmayıb, etnik təmizləmə baş verməyib, orada 500-100 nəfər civarında erməni qalıb.  Qarabağdan köçüb gedən ermənilər özləri də müsahibələrində deyiblər ki, Azərbaycan onları zorla çıxarmır, “yerli rəhbərlik” onlara “çıxın” deyib, onlar da çıxıblar. Faktiki olaraq separatçı “rəhbərlər” erməni əhaliyə Qarabağı tərk etmələri barədə “göstəriş” vermişdi, bunu ermənilər özləri etiraf edir. Təbii ki, separatçıları da bu cür “göstəriş” verməyə Fransa və Ermənistan rəhbərliyi məcbur edib”-deyə qeyd edən  M.Göyüşlü qeyd etdi ki, Qarabağda qalan ermənilərdən 100 nəfərə yaxını Azərbaycan vətəndaşlığı almaq üçün müvafiq dövlət orqanlarımıza müraciət edib.

Azərbaycanın bu məsələni beynəlxalq hüquq çərçivəsində həll etdiyini deyən M.Göyüşlü bildirdi ki, heç bir erməni sakin nə təhqir olunub, nə döyülüb, nə də hansısa bir maşına atəş açılıb, əksinə, Azərbaycan dövləti ermənilərə hər cür köməklik edib, polislərimiz, hərbiçilərimiz camaata ərzaq, su, şirniyyat verib. Azərbaycan xalqının heç zaman hansısa aşağılayıcı üsullarla davranmadığını deyən M.Göyüşlü əlavə etdi ki, erməni ombudsmanın yaydığı yalan məlumatlar ermənilərin özlərinə ziyandır və sülhə zidd davranışdır. “Erməni ombudsmanın saxta məlumatlar əsasında hazırladığı “hesabat” BMT-nin Qarabağla bağlı  hesabatına həqarətdir”-deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ