Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər hətta Şirvana və Naxçıvana qayıtmaq xülyasındadırlar...

Image


Azərbaycan Respublikasının şəhər və mahallarının adları altında mövcud olan qondarma erməni təşkilatları beynəlxalq miqyasda dezinformasiyalar yaymaqla, əsassız iddialarla çıxış etməklə dövlətimizin ərazi bütövlüyünü şübhə altına alan “bəyanatlar” səsləndirirlər.

Belə süni yaradılan təşkilatlardan birinin də “Girdiman-Şirvan-Naxçıvan” ümumerməni birliyi olduğu məlumdur. Son dövrlər ortaya çıxan bu psevdotəşkilat, guya Azərbaycanın Naxçıvan, Girdiman və Şirvan bölgəsindən  köçüb gedən ermənilər tərəfindən yaradılıb.
Həmin bu üzdəniraq Girdiman-Şirvan-Naxçıvan qurumu oktyabrın 5-də Qranadada Ermənistanın Baş naziri, Fransa Prezidenti, Almaniya Kansleri və Aİ Şurasının prezidentinin iştirakı ilə keçirilən dördlü  görüşlə bağlı “bəyanat” yayıb. Başdan-başa saxta iddialar əsasında qurulan bu kağız parçasında ermənilərin Qarabağdan “zorla çıxarıldığı” iddia edilir və “qaçqınların” geri qayıtmaq hüququnun təmin edilməli olduğu deyilir. Deyirlər ki, “məcburi köçkünlər” öz evlərinə və yaşayış yerlərinə heç bir şərt qoyulmadan, beynəlxalq nəzarət altında  qayıtmaq hüququndan istifadə etməlidirlər. Özlərini də Qarabbağdan könüllü gedən ermənilərlə bərabərləşdirərək iddia edirlər ki, guya “bu hüquq” 1988-1992-ci illərdə Girdiman, Şirvan və Naxçıvandan - “tarixi ərazilərindən məcburi köçkün düşmüş ermənilərə” də “aid edilməlidir”. Sözügedən təşkilat beynəlxalq aləmdən dəstək istəyir ki, onların da, Qarabağdan gedən ermənilərin də geri  qayıdışına dəstək verilsin. “Qaçqın” və “məcbur köçkün” libasına bürünən bu şovinist erməni təşkilatının yazdıqlarının hamısı cəfəngiyatdır. Təbii, nə Girdimanın, nə Şirvanın, nə Naxçıvanın, nə də Qarabağın onlara heç bir aidiyyəti yoxdur, bu ərazilər onların əzəli tarixi torpaqları deyil. Sadəcə, onlar bizim ərazilərimizdə məskunlaşdırılıblar, sonra isə ərazilərimizə qarşı iddialar irəli sürüblər. Bu gün də ermənilər bizə qarşı ərazi iddiasından geri çəkilmirlər və yenidən Azərbaycan ərazilərinə qayıtmaq xülyasına düşürlər. Qarabağdan gedən ermənilərə Azərbaycan dövləti dəfələrlə çağırışlar edib, onlara vətəndaşlıq təklifi irəli sürüb, amma onlar gediblər, burada Azərbaycanın heç bir məsuliyyəti  yoxdur.  Onlar 2020-2023-cü illərdə Qarabağdan gedən ermənilərin və  1988-1992-ci illərdə  Azərbaycan ərazilərindən “qovulmuş şəxslərin” “hüquqlarının tam bərpa edilməsi”, “tarixi ədalətin və insan ləyaqətinin təmin edilməsi” üçün beynəlxalq təşkilatları səy göstərməyə çağırıblar, amma unudublar ki, onların tarixi vətəni Azərbaycan və indiki Ermənistan ərazisi deyil, gedib başqa yerdə vətən axtarmalıdırlar.

  • “Ermənilərin nə Girdimanda, nə Şirvanda, nə Naxçıvanda tarixi ərazisi olub, nə də onlar burada tarixən yaşamayıblar, onların heç bir geri qayıtmaq hüququ yoxdur”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər” qəzetinə şərhində “Ermənilər uzun illərdən bəri başlatdığı münaqişəni XX əsrin sonlarında ona görə daha da dərinləşdirdilər ki, Sovet dövründə bu münaqişə ətrafında birləşən erməni Qriqoryan kilsəsi və erməni diasporu güclü təbliğatına uyğun olaraq Ermənistanın əhatəsində olan bəzi əraziləri də ona birləşdirsinlər. Erməni Qriqoryan kilsəsinin və erməni diasporunun “xeyir-duası” ilə qonşu dövlətlərə əsassız ərazi iddiaları münaqişənin dərinləşməsinə əsas səbəb olan amillərdən biri oldu. Bildiyiniz kimi, bu sonda da müharibəyə gətirib çıxardı, yüz minlərlə insan burada ziyan çəkdi. Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, ermənilərin o vaxt da, indi də avantürası qondarma, saxta tarix əsasında yaranıb. Onlar saxta tarix yazıb bölgənin tarixini təhrif edirlər, saxtakarlıq, avatüra, miflər əsasında ideologiya yaradıblar, bu qondarma ideologiyanın əsasında da ordu düzəldirlər, Fransa və başqa dövlətlərdən aldıqları ianələr hesabına münaqişəni dərinləşdirib müharibəyə çevirmək istəyiblər. Onların apardığı indiki siyasət də ona uyğundur.          

Bu gün erməniərin “Girdiman-Şirvan-Naxçıvan” adı altında hansısa bir təşkilat yaratmasının heç bir əsası yoxdur, bu saxtakarlıqdır. Girdiman dövləti Qafqaz Albaniyası adlandırılan Azərbaycan Albaniyasında ən böyük Azərbaycan dövlətlərindən biri idi. Arşakilər sülaləsindən sonra həmin ərazidə hakimiyyəti Cənubi Azərbaycan ərazisində yaranmış böyük sülalələrdən biri - Mehranilər sülaləsi idarə edirdi. Mehranilər sülaləsində çox böyük sərkərdələr olub, onlar tariximizdə də var. Albaniya dövlətinin ən böyük sərkərdəsi və hökmdarı Cavanşir, Cavidan, sonra Babək var. Bunlar hamısı Albaniya dövləti ilə bağlı olan tarixi şəxsiyyətlərdir. Ərəblər o dövləti dağıdandan sonra yenə də Arran adı ilə Azərbaycan dövlətlərini birləşdirdilər və hakimiyyəti idarə etdilər. O, ərəb dövlətinin Şimaldakı sərhədi idi. Amma iş burasındadır ki, nə Mehranilərin, nə Şirvanşahların, nə də Naxçıvanın ermənilərlə heç bir əlaqəsi yoxdur. Görün, ermənilər nə qədər avantürüst, nə qədər saxtakar, uydurmaçıdırlar ki, 10-12 əsr bundan əvvəlki dövrlərin tarixini eşələyirlər, məqsədləri də oradan hansısa “dividend” qazanmaqdır. Amma onların burada heç nəyi yoxdur. Odur ki, sözügedən təşkilatın Azərbaycan torpaqlarına iddiası əsassızdır. Ermənilərin nə Girdimanda, nə Şirvanda, nə Naxçıvanda tarixi ərazisi olmayıb, nə də onlar burada tarixən yaşamayıblar, onların heç bir  geri qayıtmaq hüququ yoxdur. Onların bizim ərazilərdə məskunlaşdırma tarixi məlumdur. Digər tərəfdən də, Azərbaycan ərazisindən gedən heç bir erməni “məcburi köçkün”, “qaçqın” sayıla bilməz. Qondarma təşkilat ermənilərin Girdimana, Şirvana, Naxçıvana  köçüb  gəlmək xülyalarını beynəlxalq aləmə “bəyan” edərkən, kaş ki, öz torpaqlarından güclə deportasiya edilən Qərbi azərbaycanlıları da yada salardı, əsl didərgin azərbaycanlılardır. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulublar, onların geriqayıdışına beynəlxalq səviyyədə dəstək verilməlidir. Qərbi azərbayacanlıların öz tarixi vətənlərinə qayıtmaq məsələsi aktuallaşıb. Ermənistan azərbaycanlıların qayıdışının qarşısını almaq üçün  “Girdiman-Şirvan-Naxçıvan” kimi qondarma təşkilatlardan istifadə edir, onların adından beynəlxalq qurumlara müraciət edib bu kimi əsassız iddialar irəli sürür”.

Bu torpaqların Azərbaycan torpaqları olduğunu və Azərbaycan xalqına məxsus olduğunu deyən Q.Hacıyev qeyd etdi ki, Azərbaycan xalqı və prezidenti öz torpaqlarını müdafiə etməyi bacarır. Əfşarlar dövründən bəri  parçalanan torpaqlarımızın bir hissəsinin qaytarıldığını qeyd edən Q. Hacıyev bildirdi ki, lokal antterror tədbirləri zamanı da ölkəmizin suverenliyi bərpa olundu.  

Q.Hacıyev qeyd etdi ki, Azərbaycandan gedən ermənilər könüllü gedib və onlara qarşı hansısa pis davranış olmayıb. Ermənistan hökumətinin apardıdığı avantürüst siyasətin nəticəsidir ki, ermənilər Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürür deyən Q.Hacıyev xatırlatdı Ermənistan dövləti  Azərbaycan torpaqları üzərində qurulub. Bu gün ermənilərin qondarma adlar altında beynəlxalq aləmə müraciət etməsinin yalnız Makron kimi ermənipərəstlərin diqqətini çəkə biləcəyini deyən Q.Hacıyev hesab edir ki, Makron nə tarixi, nə siyasəti, nə diplomatiyanı bilir, o yalnız ləyaqətsiz oyunlar qurmağı bacarır. Girdiman, Şirvan və Naxçıvan iddiasında olan ermənilərin bura köçüb gəlmək xülyasının əsassız olduğunu deyən Q.Hacıyev bildirdi ki, onların burada torpağı yoxdur.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ