Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə, Rusiya) görüşün keçirilməsinə razılıq verib.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
“Vaxtilə "3+3" formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu, biz bu formatda davam etməyə hazırıq”, - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, regionun problemlərini region dövlətləri özləri həll etməlidir.