Ermənistan İstintaq komitəsi maraqlı cinayət işi açıb. "Arsaxbank"ın Martuni (Xocavənd) filialının direktoru İK-yə məlumat verib ki, sentyabrın 22-də ermənilər Qarabağdan kütləvi çıxarkən bankın Martuni (Xocavənd) filialının 150 min dollar pulunu və qızılları şəxsi avtomobilinə yığıb ki, İrəvana aparsın. Lakin gecə kimlərsə avtomobili talan edib.
Bu da erməni...
İstintaq komitəsi sırf erməni oğurluğunun dəst-xəttinə bənzər bu hadisəni də azərbaycanlıların adına yazmasa yaxşıdır. Ermənilərdən nə desəniz çıxar...
Namiq Quliyev