ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Bakıda Cənubi Qafqazda sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin paylaşımında deyilir.
“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb”, - deyə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Qeyd olunub ki, fikir ayrılıqlarının aradan qaldırılması üçün Bakı ilə İrəvan arasında dialoq lazımdır.