Şuşa şəhəri beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edir. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Bu gün burada keçirilən iclas bunun növbəti təzahürüdür. Azərbaycan çoxsaylı regional formatlarda iştirak edir. Bu platformalarda Azərbaycanın özünəməxsus fəal dəsti-xətti mövcuddur. İclas zamanı regiondakı vəziyyət, Azərbaycanın sülh gündəliyi, azad olunan ərazilərdə bərpa-quruculuq işləri barədə ətraflı məlumat verdim”, - deyə nazir əlavə edib.