Bazar günü günü, 08 noyabr 2026
     

Yəhudi - ərəb müharibələrinin bitəcəyi şərtlər var, bunlarsız kiməsə haqlı tərəf demək olmaz...

Image


Dünyanın Orta Şərqi ərəb - yəhudi müharibəsinin alovlarından qurtarmaq çabalarına baş vurduğu indiki anlarda hər kəsin bilməli olduğu konkret mətləblər var...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Müharibə, münaqişə içində olan iki tərəfin arasında birini üstün şəkildə müdafiə etməyin, tərəf saxlamağın, subyektivliyə yol verməyin nə qədər dağıdıcı və səmərəsiz olduğunu kim də olmasa, biz azərbaycanlılar 30 illik Ermənistan təcavüzü dövründə yaşadıq axı... Kimisə müdafiə etməkdənsə , daha asan və səmərəli yol olan həqiqətin əlindən tutmaq nə qədər çətin işdir, dostlar?!

Kimisi "ərəblər bizim dindaşlarımızdır" deyərək Fələstin mücahidlərini dəstəkləyir. Guya haqq burda imiş... Halbuki müsəlman ölkələrinin bir çoxu 30 ildə ya Ermənistanı dəstəklədi, ya bitərəf oldu, ya da çox yumşaq əks mövqe tutdu. Tək qardaşımız Türkiyə, Pakistan və Əfqanıstan istisna oldular...

Kimisi "İsrail 44 günlük müharibədə bizə dəstək oldu" deyərək yəhudiləri birmənalı dəstəkləyir. Halbuki İsrail bizə silahı müftə vermirdi. Qədərincə haqqını alırdı. Azərbaycanın yox, Ermənistanın küllü miqdar pulu olsaydı, bu halda davranışların necə olacağını bir düşünək. Dünyanın bütün dövlətlərinin praqmatik olduğunu, gözlə görünməyən etik-mənəvi prinsiplərə düşkün olmadığını, dədələrimizin sözləri ilə desək, "qarın qardaşdan irəlidir" prinsipi ilə hərəkət etdiklərini heç vaxt unutmaq olmaz. 44 günlük müharibə vaxtı İsraildəki erməni katolikosu Yəhudi dövlətini Azərbaycana silah verdiyi üçün kəskin ittiham etdi və ardınca da ermənilərə xitabən  əlavə etdi ki, elə edərdiniz sizin də pulunuz olardı və sizə də silah satanlar tapılardı. Və ya yadınızdan çıxıbmı ki, 2016-cı ildə İsrail parlamentində Xolokost müzakirələrinə Ermənistanın prezidenti Sarkisyan dəvət edilmişdi və yəhudiləri soyqırım etmiş faşist canilərinin quyruqlarına heykəl qoymuş bu dövlətin başçısına xüsusi məruzə də vermişdilər. Halbuki bu müzakirəyə bizim Prezident İlham Əliyev dəvət edilməli və faşizmin məhv edilməsində, yəhudilərin himayə edilməsində xüsusi xidmətləri olmuş Azərbaycanın lider oğlu kimi ən mötəbər məruzə ona verilməli idi...

Bəziləri "Fələstin xalqı başqa, silahlı radikallar başqa" kimi yanlış fikirlər səsləndirir. Xeyr, onlar başqa deyillər, əlində silah döyüşənlər, adına radikal terrorçu deyilənlər elə məhz Fələstin xalqının bir hissəsidir. Bütün xalq əlinə silah götürüb döyüşə bilməz ki... Fələstin xalqının 10 illər boyu haqsızlıqla üzləşməsi sonda onun təəssübkeş oğullarını silah götürüb vuruşmağa, terrorçuluğa vadar edib. Heç bir fələstinli anadan terrorçu doğulmayıb. Terrora və terrorçuya haqq yoxdur, olmamalıdır. Ancaq terroru və terrorçunu doğuran səbəbləri açıq görmək lazımdır.

Görürsünüz, İsrailə və ərəb ölkələrinə birmənalı yanaşmamızı mümkünsüz edən nə qədər əsaslar var...

Odur ki, şərti olaraq 4-cü hesab edilən Yəhudi - Ərəb müharibəsində haqlı və ya ədalətli tərəf yox, haqlı və ədalətli yanaşma prinsipini axtarmaq lazımdır.

Ədalətli mövqe isə budur. Nə qədər ki, BMT-nin 1947-ci il qətnaməsinə uyğun olaraq müstəqil Fələstin dövləti yaradılmayıb, bu ərazidə qan kəsilməyəcək. Nə qədər ki, dünya Fələstin dövlətinin paytaxtı kimi nəzərdə tutulmuş Şərqi Qüdsün zorakılıqla İsrailin paytaxtına çevrilməsinə dözür və ABŞ kimi dövlət də onu dəstəkləyir, Orta Şərqdə qan dayanmayacaq. Nə qədər ki, fələstinlilər İsrailin müstəqil dövlətini rəsmən tanımayıblar, qan durmayacaq. İsrail Suriyanın Colan təpəliyini niyə işğalda saxlamalıdır? Çox da ki, Hafiz Əsəd və sonra isə oğlu Bəşər Suriyada sülalə rejiminə dünya yəhudi lobbisinin dəstəyini qazanmaq xatirinə Colanın İsraildə qalmasına razılaşmış kimi özünü aparır. Sinay yarımadası İsraildən geri alındığı kimi İordan çayının işğal edilmiş Qərb sahilləri də İsraildən niyə geri alınmasın?! İsrailin qanunsuz məskunlaşma siyasəti niyə durdurulmasın?!

1967-ci il sərhədləri çərçivəsində Fələstin dövləti yaranmayınca, qan kəsilməyəcək...

Azərbaycan dövlətinin 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin yaranmasını dəstəkləməsi düzgün və perspektivli mövqedir...

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ