BMT-nin Qarabağdakı bir günlük missiyası son on il ərzində ilk dəfə Qarabağa səfər edib. Moskva missiyanın fəaliyyətinin nəticələrini təhlil etmək niyyətindədir və hesabat gözləyir.
Trend xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin brifinqdə deyib.
"Bildiyimiz qədərilə, söhbət BMT-nin bir günlük missiyasından gedir və biz hazırda hesabat gözləyirik", - deyən nazir müavini BMT-nin bu cür missiyasının son il ərzində əraziyə ilk dəfə getdiyini əlavə edib.
"BMT-nin bir günlük missiyası mahiyyətcə hazırki vəziyyətdə mümkün olanı etdi, bu isə sakinlər arasında sorğu keçirərək baş verənlərin infrastruktura nə dərəcədə təsir göstərdiyini müəyyən etməkdən ibarətdir. Hələ ki məlum olanlar ciddi dağıntıların olmadığını, dini məbədlərin və s. zərər görmədiyindən xəbər verir", - o deyib.