İlham Əliyev hələ aylar öncə xarici KİV-ə müsahibəsində Qarabağ üzrə üçtərəfli Brüssel formatının (Əliyev- Paşinyan-Mişel) digər formatlarla müqayisədə üstünlüklərini çox aydın dildə belə izah etmişdi: "Brüssel formatı birbaşa təmaslara və konkret razılaşmalara imkan verir"...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Bu günlərdə Avropa Siyasi Birliyinin Qranada zirvəsi ərəfəsində Fransanın pozuculuğu üzündən Azərbaycan Prezidentinin iştirakdan imtinası və Şarl Mişelin oktyabrın sonlarına Brüsseldə üçtərəfli format görüşlərini bərpa etməyə çağırması bir daha sübut edir ki, Əliyev burada da haqlı oldu.
Üçtərəfli Brüssel formatları bütün mərhələlərdə konkret nəticələr verirdi. Lakin əvvəlcə Makron, sonra isə Almaniya kansleri prosesə qoşulandan və format genişlənəndən sonra üçtərəfli formatın effektivliyi zəiflədi. Makron hər şeyi korladı...
Çıxış yolu İlham Əliyevin dediyi kimi üçtərəfli formatın üstünlüklərindən istifadə etməkdir, ya da qardaş Türkiyənin də prosesə fəal tərəf kimi qatılmasıdır...”
Tahir TAĞIYEV