Məlum olduğu kimi, əli Azərbaycan xalqının qanına batmış, birinci və ikinci Qarabağ müharibələri zamanı günahsız insanlara olmazın işgəncə və cinayətlər törətmiş erməni caniləri həbs olunaraq ədalət məhkəməsinə cəlb olunublar. 1988-ci ildən başlayaraq xalqımıza qarşı genosid və terror siyasəti yürüdən bu canilərin həbs edilməsi, həm də Azərbaycan dövlətinin gücünü, qüdrətli mövqeyini nümayiş etdirir.
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə maraqlı paylaşım edib. Politoloq erməni canilərinin ədalət məhkəməsinə cəlb olunmasını böyül hadisə adlandıraraq yazır:
"Böyük hadisədir. 30 ildən çox müddətdə Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı misilsiz cinayətlər törədərək heç bir cəza atmayacağını düşünən Qukasyan, Saakyan, Arutunyan və digərləri kimi canilər tutuldular, haqq divanına çıxarılmaq ərafəsindədirlər..Aylar öncəyə qədər az adamlar bunun baş verəcəyinə inanırdılar.Göründüyü kimi, Azərbaycan prezidenti, Azərbaycan dövləti , Xüsusi xidmət orqanlarımız daha bir möcüzəni yarada bildilər...Mütləq əksəriyyətin inana bilmədiyi hadisəni reallığa çevirdilır...Bir gün Köçəryan və Sarkisyan kimi canilər də Bakıya qandallı gətiriləcək..
Bir vaxtlar 2- ci Dünya müharibəsində əli 6 milyon yəhudinin günahsız qanına batmış faşist canilərin tutularaq İsrailə gətirilməsi, cəzalandlrılması ətrafında ax qala əfsanələrin qoşulduğunu müşahidə edirdik .İsrail kəşfiyyatının müharibədən xeyli sonra SS generalı Ayxmanı heç kimin bilmədiyi üsullarla hansısa ölkədən İsrailə gətirməsi,qanuni hökmlə güllələnməsi " real əfsanələrdən" biri kimi tarixdə yaşayır... Necə ki, İsrail faşist canilərini cəzalandırdı, eyni prinsiplərlə Azərbaycan dövləti və onun başçısı da erməni faşistlərini Bakıya gətirib cəzalandırır...
"Canilər cəzalanmalıdır " prinsipinin 2 nümunəsi- İsrail və Azərbaycan nümunələri oldu…"
Mətləb Salahov