Bazar günü günü, 08 noyabr 2026
     

Qazaxlar tarixlərini yenidən yazır - işğal olunmuşuq, aclıq 1930 yox, 1917-dən başladı...

Image


Qazaxıstanda qazax tarixinə dair yeni yeddi cildlik kitabın buraxılacağı bildirilir. 2024-cü ildə nəşr olunacaq yeddi cildlikdə Sovet dövründə Qazaxıstanda baş verən neqativ hadisələrə diqqət yetiriləcək. Qazaxıstan tarixçiləri öz tarixlərini yenidən nəzərdən keçirmək qərarına gəliblər və tarixlərini yenidən yazmağa başlayıblar.

Məlumata görə, yaxın gələcəkdə bu ölkənin tarixinin yeddi cilddən ibarət yeni nəşri çıxacaq. Bu nəşrin əsas xüsusiyyəti Qazaxıstanın sovet dövrünün yeni şərhi olacaq. Respublikanın Sovet İttifaqının tərkibində olduğu dövr daha tünd rənglərlə təsvir olunacaq. Sovet dövründə bu ərazidə baş verən neqativ proseslərə diqqət yetiriləcək. Qazaxıstanın “Qədim dövrlərdən bugünə qədər tarixi” akademik nəşrinin inkişafı mərkəzinin rəhbəri Altın Ualtaevanın sözlərinə görə, yeddi cilddən ikisi sovet dövrünə həsr olunacaq. Onlar V və VI seriya nömrələrini alacaqlar. Qazaxıstan tarixini gözləyən əsas dəyişiklik Qazaxıstanın SSRİ-yə könüllü qoşulmasının adının müstəmləkəçilik aktına çevrilməsidir.Tarixçilərin diqqət yetirəcəyi mənfi hadisələrdən biri də Qazaxıstandakı aclıqdır. Yeni nəşrə görə, aclığın başlanğıc tarixi 1930-cu il deyil, 1917-ci il olaraq qeyd ediləcək. Ualtaevanın sözlərinə görə, bu hadisə qazax xalqının hüquqlarının pozulması ilə müşayiət olunub. “Aydındır ki, aclıq qazax xalqının hüquqlarının pozulması ilə müşayiət olunurdu. Totalitar rejimin bu siyasəti böyük neqativlik gətirdi və qazax cəmiyyəti sisteminin son deqradasiyasına səbəb oldu”, - alim mətbuat konfransında bildirib. Ümumiyyətlə, qazax alimlərinin fikrincə, Qazaxıstanın sovet dövrünü inkorporasiya adlandırmaq lazımdır və bu, onların ölkəsi üçün müsbət heç nə gətirməyib. Qazax tarixçiləri də qazaxların təhsili ilə bağlı başqa versiyanı əvəz etmək niyyətindədirlər. Qazaxların 1917-ci ilə qədərki savadına dair məlumatlar, onların fikrincə, yanlış hesab edilməlidir, çünki Sovet hökuməti yalnız kiril əlifbasını bilən qazaxları savadlı hesab edirdi ki, bu da real rəqəmləri xeyli təhrif edir. Ancaq gələcək nəşrin müəlliflərinə hörmət etməyə dəyər, onlar hələ də müsbət cəhətlər haqqında yazmağı unutmadılar, onların arasında çətin anlarda "millətlərarası yardım" və sənaye inkişafı kimi müsbət dəyişiklikləri qeyd etdilər. Ualtaevanın sözlərinə görə, Qazaxıstanın yeni tarixi üzərində iş prezident Kasım-Jomart Tokayevin tapşırığı ilə aparılır. İndi bu ölkənin tarixini yeniləmək üçün belə işlər həyata keçirilir.

  • “Qazax tarixçiləri çox böyük vətənpərvərlik addımları atırlar, öz xalqlarının tarixini yenidən işləyirlər”

AVCİYA-nın vitse-perzidenti, tarixçi alim Məhərrəm Zülfüqarlı  “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qazaxıstanda qazax tarixinin yenidən yazılması prosesinə start verilməsi çox müsbət haldır və qardaş xalqın tarixi də digər türk xalqlarının tarixi kimi totalitar Sovet İttifaqı tərəfindən ciddi şəkildə təhrif edilib. Bolşevik Rusiyasının Qazaxıstana da, başqa respublikalara da fəlakət gətirdiyini qeyd edən M.Zülfüqarlı bildirdi ki, qazaxlar milli zəmində ən çox əziyyət çəkən xalqlardan olub, aclıq kimi tarixi sınaqdan keçiblər. “XIII-XIV əsrlər tarixinə yeni baxış” adlı kitabından danışan M.Zülfüqarlı bildirdi ki, bu kitabda Qazaxıstan haqqında da məlumat yer alıb. “Birincisi, nə baş verdi ki, qazaxlar öz tarixlərini yazmağa və çoxcildlik nəşrlər etməyə məcbur oldular? Bunun əsas səbəbi indiki Rusiya hakimiyyətinin yeritdiyi imperialist siyasətdir, SSRİ-ni yenidən bərpa etmək planlarıdır, keçmiş SSRİ respublikalarına ərazi iddiasıdır. Bilirsiz ki, Rusiya şovinistləri Ukrayna müharibəsi başlamazdan əvvəl və sonra  Qazaxıstana ərazi iddiası edərək bildiriblər ki, Qazaxıstan dövlət kimi ancaq Qazax xanlığı  yaranandan sonra mövcud olub. Guya 1456-cı ilə qədər bu xalqın heç bir dövləti olmayıb, kiçik bir ərazidə xanlıq olub və bu xanlığın ərazisini də sonradan Sovet dövründə Rusiya böyük torpaqlar verərək böyüdüb. Əlbəttə, bu belə deyil. Bu, qazax tarixinin Sovetlər tərəfindən saxtalaşdırılmasıdır. Kalinbek Daniyalov adlı bir qazax tarixçisi var, onun əsərlərinə fikir verin: “Hunların tarixi”, “Alaş tarixi”, “Çingiz xanın tarixi”, “Vətən tarixi”, “Qazax dövlətçilyinin tarixi”, “Sibir xalqının tarixi” və sair. Bilirsiz ki, rusların Volqa çayından Şərqə doğru irəliləmələri əsasən XVI əsrdə baş var verib. Kazan xanlığını, sonra Həştərxan xanlığını, sonra da Sibir xanlığını işğal ediblər. Bu xanlıqları işğal etdiklərini ruslar özləri də etiraf edir. Qaldı qazaxlara, ruslar uzun müddət qazaxları monqol tatarlardan, Qızıl Orda dövlətindən tamamilə ayırmışdılar və onların tarixini cılızlaşdırıb 1456-cı ildə yaranmış Qazax xanlığından başlandığını iddia edirdilər. Amma bu gün Qazaxıstanın vətənpərvər tarixçiləri qazax xalqının tarixini yenidən yazmağa başlayıblar. Bunlar Qızıl Orda dövlətini öz dövlətləri hesab edirlər və Çingiz xanın yaratdığı imperiyanın varisi kimi əsasən qazax xalqını  götürürlər. Bu çox maraqlı məsələdir. Çünki bilirsiz ki, xalq öz tarixini yaşatmasa, öz tarixini sübut etməsə işğalçı onun tarixini saxtalaşdıracaq və ərazi iddiaları ilə çıxış edəcək. İndi qazaxların yazdığı yeni tarix kitablarında bu geniş ərazilərin Qazaxıstana aid olduğu irəli sürüləcək. Yəni əks proses gedəcək. İmperialist zəhəri ilə beyinləri dolmuş rus tarxçilərinin Qazaxıstana qarşı ərazi iddiası indi tərsinə çevriləcək. Yəni bir daha sübut olunacaq ki, Volqadan Şərqə doğru olan bütün ərazilər Rusiya tərəfindən işğal olunub” deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlı dedi ki, Qazaxıstanın öz tarixini çoxcildlik şəklində yenidən yazması vaxtilə Rusiya tərəfindən işğal olunan başqa dövlətlər üçün də presedent ola bilər. Cənubi Qafqaz xalqlarının Rusiyanın işğalçılıq tarixindən çox yazdığını deyən M.Zülfüqarlının sözlərinə görə, yenə də Rusiyanın ərazi iddialarından yaxa qurtara bilmirlər. “Qazax tarixçiləri çox böyük vətənpərvərlik addımları atırlar, öz xalqlarının tarixini yenidən işləyirlər. Qazaxıstanda hökm sürmüş aclığın gerçək tarixinin yazılması çox vacib idi. Bu aclıq nəticəsində qazax xalqının böyük bir hissəsi məhv olub. Bu gün qazax tarixçilərin yenidən aclıq hadisəsinə qayıtması və sovet dövründə həyata keçirilən saxtalaşdırmanı faktlarla dağıtması çox mühüm idi. Qazax xalqının gerçək tarixinin yazılması çox vacib idi və bu prosesə başlanıb”-deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ