Bazar günü günü, 08 noyabr 2026
     

Qardaş Türkiyənin ictimai xadimləri Azərbaycanda şəhid ailələri ilə görüşdülər...

Image


Kocaeli Milli Kuruluşlar Birliyi başkanı Yücel Alpay Demir və Araştırmacı yazar, Selçuklu Düşüncə Klubunun başkanı Dr. Süleyman Pekin 27 sentyabr Anım Günündə iştirak etmək üçün Bakıda olarkən bir sıra görüşlər keçirib, şəhid ailələri ilə görüşüb, Azərbaycanın Zəfər sədalı günlərini xalqımızla birgə yaşayıblar.  

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlünün təşəbbüsü ilə  Yücel Alpay Demir və Dr. Süleyman Pekindən qəzetimiz üçün müsahibə götürdük və onların səfər təəssüratlarını sizinlə bölüşmək istədik.

  • Yücel Alpay Demir: “Bakıya gəldikdən sonra əvvəlcə şəhid ailələrini ziyarət etdik, onlara türk millətinin səmimiyyətini, duasını çatdırdıq, şəhidlərimizin məzarlarını ziyarət etdik, onların ruhuna fatihə oxuduq”

Söhbətə Yücel Alpay Demirlə körpü saldıq. “Azərbaycan bizim ikinci vətənimizdir. Biz bu proqramı fevral ayına planlaşdırmışdıq. Qarabağ zəfərinin növbəti ildönümünü qardaşlarımızla birgə qeyd etmək üçün xüsusi olaraq gəldik. 27 sentyabr Anım Gününü Bakıda keçirmək üçün ailələrimizlə birgə gəldik. Bizim Türkiyədə iki günümüz varsa onun biri Türkiyə, o biri isə Azərbaycan üçündür. Mən Kocelidə yaşayıram, Milli Kuruluşlar Birliyi başkanıyam, birliyimizin içində 40 toplum quruluşu var. Fikir klubları var, ora əsasən Turançılığı, Atatürkü, Ənvər Paşanı, Nuru Paşanı, Azərbaycanı önəmsəyən insanlar toplanıb. Onlar arasında yazarlar, elm adamları, sivil toplum başkanları var. Onlar da Azərbaycan və Türkiyəni bir ananın iki oğlu kimi, bir bədənin iki qolu olaraq görürlər. Bizim evimizdə də, iş yerlərimiz də Azərbaycan və Türkiyə bayraqları qoşadır”-deyə bildirən Yücel Alpay Demir bəydən soruşduq ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi faktına necə yanaşır. Müsahibimiz bildirdi ki, o bu xəbəri eşidəndən özünü xoşbəxt hiss edir. Yücel Alper Demir bəy bildirdi ki, o torpaqlar işğal altında olduğu dövrlərdə hər yerdə o torpqların Azərbaycana aid olduğunu deyib. Azərbaycana çox haqsızlıq olduğunu deyən həmsöhbətimiz “Xocalıda qardaşlarımız soyqırıma məruz qalanda, hər canımız şəhid olanda ağrısını Türkiyədə yaşayan insanlarıq. Biz uşaqlarımıza Mübariz İbrahimovun qəhrəmanlığını anladaraq onların da qəhrəman olması üçün o ruhu yaşadan adamlarıq.  Allah bizim liderlərmizdən - Əliyev və Ərdoğandan razı olsun. Liderlərimiz dünyaya meydan oxudular və dünya da Qarabağın, Şuşanın Azərbaycan-türk torpağı olduğunu qəbul etmək zorunda qaldı. Biz bunu uzun illər bütün dünyaya çatdırdıq, xaricdə toplantılara qatıldıq, çıxış etdik, bütün sosial şəbəkələrdə qeyd etdik ki, o torpaqlar Azərbaycan torpaqlarıdır. Dedik ki, bizi dinləyin, dinləməsəniz bunu ordumuz yumruqla anladacaq. Ən son Azərbaycan ordusu dəmir yumruğunu vurdu və bütün dünya duydu. O torpaqlar üçün can-qan vermişik. Nə bu gün, nə də sabah - qiyamətə qədər heç kimsə Qarabağı işğal edə bilməz. Azərbaycan böyük, qədim,  köklü və güclü bir dövlətdir. Yanında da Türkiyə dövləti və milləti vardır. Türkiydə analar övladlarına vətəni svməyi öyrədərkən vətənin bir parçası kimi Azərbaycanı da öyrədir. Mən bütöv Azərbaycan tərəfdarıyam, Təbriz də Azərbaycandır”-deyə qeyd edən müsahibimiz bildirdi ki, bu gün Azərbaycan dövləti separatçıların başını əzib və onları zərərsizləşdirib, sadə ermənilər üçün reinteqrasiya proqramı hazırlayıb. “Erməni məkrli toplumdur. Çünki biz erməniləri təkcə Azərbaycanda tanımadıq, Osmanlı imperatorluğunda ermənilər uzun illər yaşadılar. Bu toplumun ideoloqları kompleksli, yarımçıq insanlardır. Onlar türk millətinin güclü olduğunu bilirlər. Biz onlara keçmişdə Azərbaycan torpaqlarında yaşamaq fürsəti verdik, amma rahat durmadılar, çünki zatları, mayaları pozuqdur. Bizim canımızı çox yaxdılar. 30 il bundan əvvəl üzücü bir şəkildə Qarabağdan ayrılan anaların oğulları vətən torpaqlarını geri aldılar, işğaldan azad etdi. Liderimiz İlham Əliyevin müsahibələrini köksümüz qabara-qabara izləyirik...Ermənilər özləri Qarabağdan könüllü gediblər, onlara qarşı heç bir xoşagəlməz hal baş verməyib, burdan normal şəkildə çıxıb gediblər. Bundan sonra onların nə deməsi, hansı yalanı uydurması bizim üşün maraqlı deyil. Əgər kimdəsə suç aramaq istəyirlərsə, onu öz ideoloqlarında, onları bu vəziyyətə salanlarda arasınlar, onlar qarışdırdılar ortalığı, onlar rahat durmadılar. Yoxsa bu dünya hamımıza yetər...

Bakıya gəldikdən sonra əvvəlcə şəhid ailələrini ziyarət etdik, onlara türk millətinin səmimiyyətini, duasını çatdırdıq, şəhidlərimizin məzarlarını ziyarət etdik, onların ruhuna fatihə oxuduq. Biz Türkiyədən analarımızın dualarını əmanət alıb gəldik. Sonra müxtəlif təşkilatlarda görüşlər keçirdik, millət vəkilləri ilə görüşdük. Biz duyğuları danışmaqla mükəlləfik. Adam sevildiyini bilir, amma  duymaq istər. Məktəbləri ziyarət etdik, şagirdlərimizin sorduqları sorulara cavab verdik, Azərbaycan eşqini dilə gətirdik, Türkiyənin onların da vətəni olduğunu dedik. Varlığımız türk varlığına ərmağandır. Nə mutlu türkəm deyənə”-deyə bildirən Y.A.Demir vurğuladı ki, qarşımızdakı yüz il türk əsiri olacaq və türk xalqı dünyada daha da böyük şöhrət qazanacaq.           

  • Süleyman Pekin: “...27 sentyabr həm də Qarabağ zəfərinə aparan gündür”

Söhbətimizi araşdırmacı yazar, Selçuklu Düşüncə Klubunun  başkanı Dr. Süleyman Pekinlə davam etdiririk. Fikrinə Yavuz Bülənd  Bakilərin “Azərbaycan ürəyimdə bir şah damardır” misraları ilə başlayan S.Pekin “Bakı-Xəbər”ə “bunun yanında Qarabağ uzun illər içimizdə qanayan bir yara idi. Biz doxsanıncı illərdə dövlət məktəblərində müəllimlik edərkən əlimizdən bir şey gəlmədi, təkcə ürəymiz yandı. Amma gec də olsa bu yaranın qapanmasına şahid olduq. Biz bura zəfər qutlamasına gəlmişik. 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr həm də Qarabağ zəfərinə aparan gündür. Zəfər gününün başlanğıcıdır. Biz bu tədbirlərdə iştirak etdik. Ürəyimiz sevindi. Azərbaycan və Türkliyə liderləri ilə yanaşı xalqımız da bir-birini çox dərindən anlayır. 24 saatlıq lokal antiterror tədbirləri də bu zəfərin nöqtəsi oldu. Biz uğrunda çoxlu şəhidlər verdiyimiz Qarabağın azadlığını hər zaman arzu edirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə güc–qüvvət versin”-deyə bildirən S.Pekin qeyd etdi ki, Azərbaycanla bağlı daha çox elmi əsərlərdə, tarixi araşdırmalarda Azərbaycandan da bəhs edib, həm Güney, həm də Quzey Azərbaycanda da yazıb, şeirlərindən Azərbaycan, Qarabağ mövzusu keçib. Ortaq türk dili məsələsində də aktiv olacağımızı deyən S.Pekin qeyd etdi ki, artıq ortaq türk tarixi dərsliyi meydana çıxıb və tədris olunur. “Biz yeri gəldikcə ortaq ruhumuzu, ortaq qəlbimizi   yazı ilə, şeirlə duyurmağa çalışırıq. Ortaq türk tarixinin öyrədilməsi  çox önəmli bir məsələdir. Türk Dövlətləri Təşkilatının dəstəyilə 2022-ci ilində həm Azərbaycan, həm Qazaxıstanla birlikdə ortaq türk tarixi kitabı yazıldı. Ortaq türk tarixsi dərsi tədris edilir. Yalnız Türkiyə tarixi nöqtəsindən tarixə baxmamaq lazımdır, həm Qafqaz türklərinin, həm də Türküstan türklərinin nəzəri ilə baxmaq lazımdır ki, ortaqlıq hissi daha da genişlənsin. Ortaq türk tarixi kitabının çıxması çox sevindirici oldu. 2023-cü il tədris ilində liseylərdə seçmə dərs kimi tədris olunur”-deyə qeyd edən S.Pekin bildirdi ki, bu kitabda Türkiyənin də, Azərbaycanın da tarixi var.

Qəlbi Azərbaycan sevgisi ilə döyünən iki türkiyəli aydının düşünələri bizim üçün də çox maraqlı oldu. Söhbətimiz zamanı bir millət iki dövlət anlayışının nə qədər etibarlı və əbədi olduğunu bir daha anladıq. Doğrudan da sevincimizi də, kədərimizi də qoşa yaşayırıq.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ