Keçmişlərdə özlərini qondarma DQR-in "prezidentləri" kimi qələmə vermiş Arutunyanın, Saakyanın və Qukasyanın hazırda Ermənistanda olmadıqları barədə İrəvan mediasının xəbərləri məncə məqsədyönlü xarakter daşıyır və əsil hədəf izi azdırmaqla bu 3 adamı Azərbaycanın əlinə keçməkdən qorumaqdır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Onların Azərbaycanın əlinə keçmələrində Rusiyanın da maraqlı olmadığı qənaətindəyəm. Qarabağ probleminin bütün tarixi boyu arxasında Rusiyanın dayandığını hər kəs bilir. Qondarma "DQR"-in bütün " prezidentlərinin" Rusiyanın bölgə siyasəti baxımından açılması münasib bilinməyən sirlərin daşıyıcıları olduğu şübhəsizdir. Bu mənada Rusiyanın öz keçmiş siyasi sirr ortaqlarını Azərbaycana verəcəyi inandırıcı deyil. Vaqif Xaçaturyan və onun kimi kriminallarla bu adamları qarışdırmaq düz olmazdı. Köçəryan, Saakyan, Qukasyan və Arutunyan qondarma qurumun "prezidentləri" olaraq Rusiya üçün ayrıca önəm daşıyırlar.
Bu məntiqlə Qukasyanın, Saakyanın və Arutunyanın hazırda Xankəndidə olduqları barədə məlumatlar həqiqətə oxşamır. Onların da Köçəryan və Sarkisyan kimi İrəvanda, yəni Azərbaycanın əlinin çatmadığı bir yerdə təhlükəsizliklərinin təmin olunduğunu daha çox ehtimal etmək olar.
Böyük ehtimalla bunu da deyim ki, Saakyanın, Qukasyanın və Arutunyanın Xankəndidən çıxıb getmələrində sülhməramlıların "rolu" həlledici olub.
Tahir TAĞIYEV