Bazar günü günü, 08 noyabr 2026
     

Sözünə sadiq LİDER - Vüqar Rəhimzadə yazır

Image


Bugünkü uğurlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq... Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm”, həmçinin “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” çağırışlarının reallıqda öz əksini tapdığının təqdimatıdır. Dövlət başçısı bu çağırışı da edir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik.

Azərbaycan Prezidenti 2023-cü ilin hədəflərini açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizin bərpasını və müdafiə gücümüzün artırılmasını prioritet məsələ kimi diqqətə çatdırdı. Təbii ki, bu hədəflərə qədər Azərbaycanın keçdiyi yola qısa nəzər salmaq bir zərurət kimi qarşımızda dayanır. İlham Əliyev Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Liderə bu vədi verdi ki, Sizin şah əsəriniz olan Azərbaycana yeni-yeni qələbələr qazandıracağam.

Son 20 ilə yaxın dövrün qısa təhlili fonunda Azərbaycana hansı sahədən baxsaq  ölkəmizin Ulu Öndər Heydər Əliyevin  yaratdığı möhkəm təməl üzərində davamlı uğurlara imza atdığını görərik. Azərbaycan  inkişafın təkmil modelini dünyaya təqdim etməklə   beynəlxalq aləmdə yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycanı  dahi şəxsiyyətin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldən dövlətimizin başçısı İlham Əliyev Onun ən böyük arzusu olan ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində ciddi səylər göstərdi.   Azərbaycanın 30 il sürən işğaldan sonra ərazi bütövlüyünü bərpa etməsi, soydaşlarımızın torpaq həsrətinə son qoyulması təbii ki, böyük qətiyyətin, səylərin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində  İlham Əliyevə Özü qədər inandığını bildirdi, axıra çatdıra bilmədiyi işlərin, planların Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Ərazi bütövlüyümüzün bərpasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri kimi dəyərləndirilməsi 20 ilə yaxın dövrün  uğurlarının ümumiləşdirilmiş ifadəsidir. Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi  mətbuata ilk müsahibəsində “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cavabı bir çox məqamlara, o cümlədən  Azərbaycanın bugünü və gələcəyi üçün müəyyənləşdirilən hədəflərə işıq saldı.  Dövlətimizin başçısı bildirdi ki,  gərək mən ümidləri doğruldam: “Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.”

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev   bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi. Dövlətimizin başçısı bütün çıxışlarında, keçmiş məcburi köçkünlərlə görüşlərində əminliklə bu çağırışı etdi ki, biz heç vaxt işğalla barışmayacağıq. Torpaqlarımız azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığı ən yüksək tribunalardan bəyan edildi. İlham Əliyevin Prezidentliyinin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlığa həsr edildi. Azərbaycan hər sahədə gücləndi, qüdrətləndi, müstəqililyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza formalaşdı. Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozmaq cəhdləri, mülki əhalini atəşə tutaraq onların ölümünə və yaralanmasına səbəb olmaları xalqımızda münaqişənin sülh danışıqları əsasında həllinə inamı heçə endirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən Azərbaycan Ordusunun 44 gündə yazdığı şanlı tarix Ümummilli Liderin vəsiyyətinin yerinə yetirildiyini təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə müsahibələrinin birində Qarabağın azad edilməsinin atasının vəsiyyəti olması ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, hər zaman çalışmışam  atamın yoluna sadiq olum. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. 44 günün hər gününü Azərbayan tarixinə Zəfər səhifəsi kimi yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoymaqla xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixil üçtərəfli Bəyanatın imzalanması münasibətilə xalqa müraciətində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır… Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”

Müzəffər Ali Baş Komandan xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirir. Ən yüksək tribunalardan bəyan edilir ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı törədilən təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. “Qisas” kimi əməliyyatlar Azərbaycan Ordusunun postmünaqişə dövründə gücünün, qüdrətinin daha da artdığını nümayiş etdirdi.  

 Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktından dərhal sonra Azərbaycanın  lokal antiterror tədbirlərinə başlaması da bir çox məqamları özündə ehtiva edir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərinin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.  Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi  Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.

Azərbaycan qarşıya qoyulan  bütün hədəflərə nail olur. 30 ilə yaxın dövrdə Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bu illər ərzində Ermənistan və onun havadarları qondarma qurumu tərəf kimi danışıqlar prosesinə cəlb etməyə cəhdlər etsələr də Azərbaycanın cavabı bu oldu ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Danışıqlarda münaqişəli tərəflər iştirak edir. 30 ildə Azərbaycan tarixi faktlara, real həqiqətlərə söykənərək qondarma qurumun tanınması istiqamətində göstərilən bütün cəhdlərin qarşısını qətiyyətlə aldı.

Sentyabrın 28-də Azərbaycan növbəti böyük uğura imza atdı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsidir.  Bununla da əzəli Azərbaycan torpağı olan Qarabağın ermənilər yaşayan hissəsindəki qondarma qurum birdəfəlik tarixin zibilliyinə atıldı.

Bu gün işğalçılardan təmizlənmiş ərazilərimiz nəhəng tikinti meydanına çevrilib. Azərbaycan üç ildir ki, azad Qarabağ və azad Şərqi Zəngəzurda Böyük Qayıdış proqramını icra edir. Belə bir əminlik ifadə edilir ki, bütün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevriləcək. Bərpa-quruculuq işləri soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı ilə müşayiət olunur. Böyük Qayıdışın növbəti ünvanı Xankəndidir.

Atılan addımların xronologiyasına diqqət yetirdikdə hər vədin arxasında konkret işin dayandığını görürük. Azərbaycan əbəs yerə təşəbbüsləri, arzuları reallığa çevirən ölkə kimi nüfuz qazanmır. Bugünümüzün əsas hədəfi isə Qərbi Azərbaycana qayıdışdır. Dövlət başçısı İlham Əliyevin hər bir çağırışı qarşıdakı dövrə hesablanmış addımdır. Tarixi ədalət Qərbi Azərbaycana qayıdışımıza əsas verir. Azərbaycan hər bir məsələnin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə səy göstərir. Daim bu çağırış səsləndirilir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik.  O gün uzaqda deyil. O günə uzanan yol isə Zəngəzurdan başlanır. Bu dəhliz isə mütləq açılacaq. Qərbi Azərbaycan yenidən doğmalarına qovuşacaq. Çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Əlbəttə, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.

Qısa təhlil belə bir qənaətə gəlməyə əsas verir ki, düzgün qurulan siyasət ölkəmizi inkişafa, tərəqqiyə, yeni-yeni hədəflərə doğru aparır. Yazının sonunda  dövlət başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun iclaslarının birində ona ünvanlanan “Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni,əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz” sualına cavabını xatırlatmaq istərdim. Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, universitetlərdə, məktəblərdə, startap biznesindədir. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Azərbaycanda həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır. Bəli, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib.

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ