Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycanda tolerant mühit - Qarabağın erməni əhalisinin rəvan reinteqrasiyasına imkan açır...

Image


Müasir Azərbaycanı xarakterizə edən əsas cəhətlərdən biri yüksək səviyyəli tolerantlıqdır. Bu fonda Azərbaycanın dünya üçün ən yaxşı nümunələrdən biri olması da bəlli həqiqətdir.

Qeyd edilən məqamları əsas götürən ekspertlər bildirir ki, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasında da hər hansı probem olmayacaq. Onların hüquq və təhlükəsizliyinin təmin olunması da ən yüksək səviyyədə həyata keçirələcək.

  • Vətəndaş harmoniyasının təmin edilməsinə yönəlmiş siyasət

Xatırladaq ki, Azərbaycan reinteqrasiya üçün bütün müvafiq şərtləri yaratmağa hazır olduğunu ən yüksək səviyyədə bəyan edib. Qeyd edək ki, tarixmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması və əməkdaşlığının, onların tolerantlığının, sülhsevərliyinin, həmrəyliyinin çoxlu nümunələri var. Ona görə də Azərbaycan ərazisində heç vaxt dini münaqişələr yaranmayıb. İslam, xristian, yəhudi və digər dini icmaları arasındakı əlaqələrdə isti münasibətləri görmək olar. Azərbaycan yer üzündə müsəlmanların, xristianların və digər din təmsilçilərinin birgə yaşamasının, dini-mənəvi harmoniyanın nadir rəmzlərindən biridir. Bu, bütün digər dinlərin nümayəndələri üçün tolerantlığın ən yaxşı nümunəsidir.

Azərbaycan müxtəlif millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkədir. Belə bir keyfiyyətli dövlətə nail olmaq Azərbaycanın humanizm və ümumbəşəri dəyərlərə əsaslanan milli siyasətinin təbii nəticəsidir. Bu siyasətin mahiyyətindən danışarkən qeyd etmək lazımdır ki, müstəqilliyin ilk günlərindən ölkə rəhbərliyi sosial, iqtisadi və siyasi problemlərin həlli ilə yanaşı, etnik-mədəni dəyərlərin və adət-ənənələrin bərpasına da böyük önəm verməyə başlayıb. Belə siyasətin hüquqi əsası Azərbaycan Konstitusiyasında və onun əsasında yaradılmış qanunvericilik bazasında təsbit edilib. Azərbaycanın bu sahədə milli siyasəti, xüsusilə, aşağıdakı prinsiplərə əsaslanır:  Birincisi, cinsi, irqi, milli, dil, din, sosial mənşəyindən asılı olmayaraq, bərabər hüquq və azadlıqların, vətəndaşların qanun qarşısında bərabərliyinin təmin edilməsi, inanclara hörmət.  İkincisi, ictimai həyatın siyasi institutların, ideologiyaların və fikirlərin müxtəlifliyi əsasında inkişafının təmin edilməsi.  Üçüncüsü, müxtəlif xalqların və millətlərin nümayəndələrinin dillərinə, adət və ənənələrinə hörmətin təmin edilməsi, onların inkişafı üçün lazımi şəraitin yaradılması. Azərbaycanın milli siyasətinin əsas prinsipləri həyatda öz real  təcəssümünü tapır. Belə ki, hazırda ölkəmizdə çoxsaylı milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Qeyd edək ki, milli mədəniyyət mərkəzlərinin çoxşaxəli mənəvi-maarifçilik fəaliyyəti Azərbaycanda qarşılıqlı hörmət və millətlərarası tolerantlıq  ruhunun bərqərar olmasına töhfə verən mühüm amildir. Bütün yuxarıda deyilənləri qısaca ümumiləşdirmək üçün qeyd etmək lazımdır ki, Azərbaycanda əldə edilmiş  ictimai-siyasi sabitlik ölkədə millətlərarası sülhün və vətəndaş harmoniyasının təmin edilməsinə yönəlmiş dərin düşünülmüş siyasətin nəticəsidir. Çünki dünya təcrübəsi və müstəqillik illərində toplanmış təcrübənin göstərdiyi kimi, iqtisadi, siyasi, mənəvi sahələrdə genişmiqyaslı islahatların, ictimai münasibətlərin köklü dəyişikliklərin həyata keçirilməsinin ən mühüm şərti ölkədə siyasi sabitlik, vətəndaş sülhü və millətlərarası harmoniyadır. Cəmiyyətdə sülhün və sabitliyin təmin olunmasında dini tolerantlıq da mühüm rol oynayır. Xalqımıza xas olan dini tolerantlıq ənənəsinin dərin tarixi kökləri var. Azərbaycanın din sahəsində siyasəti  də bu ənənələrin möhkəmlənməsinə, məzmunca zənginləşməsinə xidmət edir. Dövlət dini qurumlarla münasibətlərində dünyəvi olmaqla aşağıdakı prinsiplərə əməl edir:  Birincisi, dindarların dini hisslərinə hörmət, dini inancların vətəndaşların və ya onların hüquqi birliklərinin şəxsi yanaşması kimi tanınması.  İkincisi, həm dini etiqad edən, həm də onlara etiqad etməyən vətəndaşların bərabər hüquqlarının və təqiblərin yolverilməzliyinin təmin edilməsi.  Üçüncüsü, mənəvi dirçəliş və ümumbəşəri əxlaqi dəyərlərin təsdiqi məsələsində onların imkanlarından istifadə etmək üçün müxtəlif dini qurumlarla dialoq axtarmağın zəruriliyi. Bütün bunların Qarabağın erməni əhalisi tərəfindən nəzərə alınması onların özlərinin lehinədir.

  • Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilir

Qeyd edək ki, Azərbaycan yeni müstəqillik tarixində dini təhsil məsələsinə də diqqət edib, bu sahədə işlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan dini təhsilin tam sistemini formalaşdırıb.  Əvvəlki dövrlərin ən yaxşı nailiyyətlərini özündə cəmləşdirən Azərbaycan  mədəniyyəti, öz növbəsində, təkcə İslam mədəniyyətinin sonrakı inkişafına deyil, həm də Qərb intibahına, qlobal miqyasda tolerantlıq prinsiplərinin inkişafına ciddi təsir göstərib. Ona görə də xalqlarımızın mədəni nailiyyətləri təkcə müsəlman deyil, həm də dünya mədəniyyətinin tərkib hissəsi hesab olunur. Yekun olaraq deyə bilərik ki, regionumuzun xalqları arasında əsrlər boyu mövcud olan əməkdaşlıq, birlik, millətlərarası harmoniya və dini tolerantlıq müstəqillik illərində özünəməxsus məzmun kəsb edib. Bu, həm də çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ərazisində irqindən, millətindən, dinindən və ana dilindən asılı olmayaraq dövlətimizin hər bir vətəndaşına bərabər münasibəti təsdiqləyir. Azərbaycanın dövlət strukturlarında, rəhbər orqanlarda və digər qurumlarda müxtəlif xalqların nümayəndələri təmsil olunurlar. Bu da Azərbaycanda bütün xalqlara bərabər münasibətin təcəssümüdür. Ölkəmizdə tarixən mövcud olan tolerant və multikultural ənənələr həm də hüquqi və siyasi müstəvidə tam təsdiqini tapıb. Dinlər arasında əminamanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə həm də demokratik dəyərlərin tərəqqisinə yol açıb. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq  yeri olub. İndi də Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilir, ayrı-ayrı dinlərin ardıcıllarının tam bərabərhüquqlu vətəndaş kimi yaşayıb fəaliyyət göstərməsinə şərait yaradılır. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Bunu ermənilər də bilməmiş deyillər. O səbəbdən reinteqrasiyaları üçün problemin olmadığı da onlara yaxşı məlumdur.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ