“Laçın” SBM-dən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir - VİDEO

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir.
Trend-in xəbərinə görə, görüntülərdən aydın olur ki, erməniəsilli şəxslərin keçidi tam təhlükəsiz şəraitdə həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə Qarabağda yaşayan erməni sakinlərə müraciət edərək, öz yaşayış yerlərini tərk etməməyə Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırıb. Lakin bunu qəbul etməyən sakinlər könüllü surətdə, öz şəxsi qərarları ilə Qarabağdan köçürlər.