Bazar günü günü, 08 noyabr 2026
     

“Qarabağ klanı” Ermənistanda fiaskoya uğradı - Paşinyan dayanır...

Image


Baş nazir Nikol Paşinyanı oktyabrın 5-də istefaya göndərmək niyyətində olan Ermənistan müxaliqfəti yenə fiasko ilə üzləşib. Cəmiyyətdə istədiyi dəstəyi ala bilməyən müxaliflərin öz aralarında da fikir ayrılğı dərinləşir.

Baş verənlər barədə “Qraparak” qəzeti də yazır ki, son günlər Ermənistanın müxalifət düşərgəsində ciddi fikir ayrılıqları yaranıb və müxalifətçilər bir-birini ittiham etməyə başlayıblar: “Müxalifətin yaratdığı Milli Komitədə ciddi fikir ayrılıqları yaranıb, onlar bir-birini ittiham edir, ritorikalarını bəyənmirlər. Vazgen Manukyan bitib-tükənməyən yürüşlərlə müxalifətin fəaliyyətini dəyərdən salmaqdansa, konkret addımlar atmağı təklif edib. Amma digərləri məsuliyyəti öz üzərinə götürməkdən qorxaraq qeyd ediblər ki, Paşinyan kürsü uğrunda qan tökməyə hazırdır, lakin bu qan onların üzərində qalacaq. Milli Komitə Avetik Çalabyandan da Paşinyanı tənqid etmədiyinə görə narazıdır və Tevanyanın çıxışında qüsurlar aşkarlayıb”.

Qeyd olunur ki, komitə yaradılsa da, müxalifət bəyanatlarda belə razılaşa bilmir və bu, hakimiyyətin əleyhdarlarının mitinqlərinin təxirə salınmasına səbəb olur: “Milli Komitənin son mitinqin təxirə salınması ilə bağlı qərarı həm müxalifət dairələrində, həm də mübarizə aparan insanlarda böyük narazılıq dalğası yaradıb. İrəvanda, Respublika meydanında keçirilməsi nəzərdə tutulan mitinqə iki-üç saat qalmış komitə mitinqin təxirə salındığını açıqlayıb, açıqlamada niyə təxirə saldıqları ilə bağlı çox zəif arqumentlər təqdim olunub. İnsanlar giley-güzar edirdilər ki, mitinqin ləğv edilməsinin səbəbləri əsassızdır. Belə bir fikir olub ki, belə də olmalı idi, çünki komitənin deməyə sözü yoxdur, çıxışlar, hərəkətlər dejavü yaradır. Son günlər Milli Komitədə ciddi fikir ayrılıqları yaranıb, bir-birini günahlandırıblar”. Erməni ekspert Nazaret Berberyan isə iddia edib ki, baş verən son hadisələr Rusiyanın ssenarisinin iflasa uğradığını göstərir:  “Rusiyadan hər şey gözlənilirdi, amma adının baş verən son hadisələrlə əlaqələndirilməsi gözlənilmirdi. İndi rusların böyük dövlət düşüncəsinin sonunu görəcəyik. Rusiyanı hər tərəfdən udacaqlar”. Müxalifətin keçirdiyi mitinqlərə toxunan Berberyan mitinq günlərinin çoxdan keçdiyini deyib:
“Bu mitinqlər Robert Köçəryanın son gülləsidir. Küçəni nə qədər pulla saxlaya bilərsən?”. Ermənistanın “Joğovurd” nəşri isə yazır ki, baş verənlər Paşinyan iqtidarının əlini gücləndirir: “Son günlərdə Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri ölkədəki vəziyyət, müxalifətin təşkil etdiyi mitinqlər və küçələrin bağlanması ilə bağlı daxili müzakirələr aparıblar. Hüquq-mühafizə orqanlarının hesabatları əsasında vəziyyəti qiymətləndirən partiya üzvləri sakitləşiblər və panika arxada qalıb. Ermənistan polisindən partiyaya məlumat verilib ki, hərəkat sönür. Güc strukturlarının təqdim etdiyi statistik rəqəmlərə görə, hərəkat liderlərin açıq-aşkar addım atmaması səbəbindən “ölür” və bu da xalqın narazılığına səbəb olur. Bu səbəbdəndir ki, son günlər bir neçə günlük sükutdan sonra bəzi hakim partiya üzvləri “Facebook” statusları və bəyanatları səviyyəsində görünməyə başlayıblar”.

Mövcud vəziyyətdə Nikol Paşinyan ona qarşı olan təzyiqləri azaltmaq üçün addımlar atır. Paşinyan, həmçinin, ona qarşı sui-qəsdin hazırlandığı, digər tərəfdən hərbi çevriliş təşkil edildiyinə dair iddialara görə üzərinə təzyiqləri azaltmaq üçün sıx səylər göstərir. O, baş verənlərə görə Rusiyanı ittiham edən bəyanatlar verir. Bu halda Qarabağdan gələn ermənilərlə Ermənistan sakinləri arasında artan qalmaqal da hakimiyyətin lehinə işləyir. Məsələ ilə bağlı “armenianreport” portalında şərhçi Tevos Arşakyan yazır: “Qarabağdan qayıdan ermənilər Ermənistan sakinlərini xəyanətdə ittiham edir, küçənin ortasında onları təhqir edir, eləcə də qarşılıqlı təhqirlər irəli sürülür.  Bu günlərdə mən öz gözlərimlə şahid oldum. Ağdərədən gəlmiş bir qadın İrəvanda qulaqcıqla mahnı dinləyən gənc qızı aqressiv şəkildə söydü, bildirdi ki, “sən burda kef edirsən, biz isə əziyyət çəkirik”. Qız isə ona cavab olaraq orta barmağını göstərdi. Qarabağdan gələn bəzi kişilər isə özlərini daha həyasız aparır, onlar Paşinyan və Ermənistan ordusu haqqında təhqirlər səsləndirir, bəziləri açıq-aşkar söyüş söyür. Artıq yemək, ev davaları başlayıb, bildirirlər ki, “Ermənistan onları tək qoyduğu üçün gəliblər və onları yedizdirməyə, evlə təmin etməyə borcluyuq”. “Qarabağ erməniləri” ilə Ermənistan erməniləri arasında parçalanma, qarşıdurma açıq-aşkar hiss olunur”. Sərhçi  Qarabağdan Ermənistana qayıdan ermənilərə “bir az yavaşlayın” deyə müraciət edib: “Nə mənim, nə də Ermənistanın digər vətəndaşlarının sizə heç bir borcu yoxdur. Döyüşə, işləyə bilən minlərlə kişi qaçıb Ermənistana gəldi. Qorxaq kimi qaçdılar. Bizi nədə ittiham edirsiniz? Sizin üçün döyüşdük və öldük. Yerablura (müharibədə məhv edilən erməni hərbçilərin basdırıldığı yer-red.) gedin və öz gözlərinizlə görün. Bizim Ermənistanı itirməyə haqqımız yoxdur, biz öz suverenliyimizi Qarabağa görə itirə bilmərik”. Arşakyan qarşıdurmanın sosial şəbəkələrdə daha kəskin xarakter aldığını vurğulayıb. Bütün bunlar fonunda müxalifət, əsasən də “Qarabağ klanı” erməni cəmiyyəti tərəfindən daha çox rədd edilir. Belə vəziyyətdə Paşinyan kürsüsünü daha da möhkəmləndirə bilir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ