Bazar günü günü, 08 noyabr 2026
     

İki nəticə, bir dərs, İlham Əliyevin 27 sentyabrdan sonra başladığı iki proses... - Aydın QULİYEV yazır...

Image


2-ci Qarabağ müharibəsi, Laçın yolu uğrunda diplomatik mübarizə və Antiterror tədbirlərinin 2 böyük nəticəsindən danışmaq lazımdır...

1. Dünya erməniçiliyinin total məğlubiyyəti və əslində darmadağın edilməsi. Dünya erməniçiliyi deyəndə Ermənistan yarımdövlətçiliyi, erməni lobbisi və erməni diasporu nəzərdə tutulur. Total məğlubiyyət o deməkdir ki, "Böyük Ermənistan" ideologiyasının tarixi tutarsızlığı sübut edildi, genosid və ərazi iddialarının arxasında real tarixi faktların yox, eqoist millətçilikdən doğan mifik tezislərin və erməni çığırğanlığının dayandığı ifşa olundu, erməni diasporunun "fövqəltəbiiliyi" və guya bütün dünyanın Ermənistanın dalında vahid lobbi strukturunda birləşdiyi barədə miflər yox oldu, Ermənistan-lobbi-diaspor əlaqələrinin möhkəm həndəsi üçbucaq fiquruna çevrilmədiyi ortaya qoyuldu, sadə erməni xalqı ilə millətçi erməni liderləri arasında strateji uçurumun mövcudluğu üzə çıxdı...

2. Region və qeyri-region dövlətlərinin strateji müttəfiqlər seçimində Ermənistana etibar etmələrinin perspektivi fikrimcə birdəfəlik qapandı. Hətta bir vaxtlar aralarından "su keçməyən" İranla Ermənistanın arasına soyuqluq düşüb. Ermənistanı regionda özünün yeganə strateji müttəfiqi adlandıran Rusiya bu "etimadının" "acı ləzzətini" yaşamaqdadır. BMT Baş Məclisinin 75-ci sessiyasında Paşinyanın dünya politologiya elmi ilə heç bir izahını verə bilmədiyimiz bu əcaib fikirlərini bir daha xatırlamaq lazımdır: "Rusiya strateji müttəfiqimiz, ABŞ strateji tərəfdaşımız, İran strateji qonşumuzdur”. Bərbəzəkli və uydurma politoloji terminlərin arxasında sadəcə "erməni xəyanətkarlığının ört-basdır edilməsi" niyyəti dayanırmış. Ermənistanın zaman-zaman bu "stratejilərin üçünə" də kələk gəldiyini indi hamı görür. Bunlardan sonra hansı dövlət o həddə qədər ağılsızlaşa bilər ki, Ermənistana "strateji müttəfiq", ya "strateji tərəfdaş", ya da "strateji qonşu" desin. Görünən budur ki, əslində Ermənistan hamıya "strateji düşmən" kimi baxırmış və hər dövlətə bunu göstərməyin "öz zamanı var imiş"...

44 günlük Vətən müharibəsinin, Laçın yolu uğrunda diplomatik mücadilənin və Antiterror tədbirlərinin nəticəsində dünya erməniçiliyinin darmadağın edilməsinin böyük bir DƏRSİNDƏN də danışmaq lazımdır... Bu dərs Ermənistana və ümumən yeni müstəmləkəçilikdən müstəqil dövlətçiliyə keçid uğrunda mübarizə aparan bütün xalqlara aiddir.

Azərbaycan sübut etdi ki, Ermənistanın müstəqillik bəyan etdiyi 32 illik dövrdə apardığı müstəqillik siyasəti fiksiyadan başqa şey deyilmiş. Ermənistan həqiqətən müstəqil dövlət olmaq istəyən Azərbaycana qarşı "maşa" kimi istifadə olundu. Ermənistan rəhbərləri gələcəyi düşünmədən Azərbaycanla süni "Dağlıq Qarabağ münaqişəsini" başlatdılar. Onu bu aqressiv kursa yönəldənlərə Azərbaycanın dünya ilə müstəqil inteqrasiyasını məhdudlaşdırmaq və zəif yarımüstəqil dövlət həddində saxlamaq lazım idi. Ermənistanı isə həvəsləndirdilər ki, sizə də "yuxularda gördüyünüz cənnət Qarabağ və üstündə də 7 rayondan ibarət təhlükəsizlik kəməri lazımdır". 30 il ərzində başqalarının ssenariləri ilə oynayaraq "Böyük Ermənistana" doğru hərəkət etdiyini düşünən Ermənistan liderləri əslində aqressiv erməniçiliyin əbədi məhvinə doğru addım-addım irəlilədiklərini görə bilmədilər. Ermənistana bu acı dərsi Azərbaycan - dövlətimiz, ordumuz və Prezidentimiz verdi. Həm də tək Ermənistana yox. Bundan sonra müstəqilliyə can atan hər bir xalq gələcək inkişaf modelini düşünərkən Ermənistanın acı təcrübəsindən örnək götürməlidir ki, heç kimin əlində qonşulara qarşı iyrənc alət olmaq olmaz, olarsansa, bunun üçün çox ağır bədəl ödəməli olassan.

Vətən müharibəsinin, Laçın yolu uğrunda diplomatik mücadilənin və Antiterror tədbirlərinin hər üçünün nəticələrini dünyaya qəbul etdirmək təbii ki, asan başa gəlmədi. Hər üç halda Azərbaycanın məruz qaldığı basqıların miqyasını siyasətə yaxın adamlar yaxşı bilir, Prezidentimizin hər üç mərhələdəki çıxışlarını təkrar izləmək ölkəmizə dəhşətli təzyiq faktları barədə saysız qiymətli məlumatlar almağa yetər. Bu faktlara sonradan kompleks şəkildə baxmaq Azərbaycanın bu basqılardan uğurla çıxmasının analoqsuz bir möcüzə olduğunu bir daha sübut edir. Lakin fakt budur ki, Prezident İlham Əliyev hər üç mərhələnin nəticələrini dünyaya Azərbaycanın haqqından, hüquqlarından və ədalətdən doğan reallıqlar olduğunu qəbul etdirdi.

Regionda ermənilərin əli ilə 30 il sürdürülmüz işğal faktı ləğv edildi. Ölkəmizə giriş üçün yeganə "açıq qapı" sayılan Laçın yolunun bağlanması ilə ərazi bütövlüyü bərpa edildi. Antiterror nəticəsində isə separatizmin son yuvasının məhv edilməsi ilə suverenlik tam bərqərar edildi.

Bir vaxtlar həlledilməz sayılan keçmiş "Dağlıq Qarabağ münaqişəsinin" yerində nə qalıb?

Burada hələ də mövcud olaraq qalan kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi, sülh sazişinin imzalanması, minalardan qurtuluş, itkinlərimizin taleyinin araşdırılması və sair kimi zamana bağlı və mütləq həll olunacaq təfərrüatlardan danışmaq istəmirəm. Bunlar onsuz da gec, tez baş verəcək.

Prezident İlham Əliyevin Vətən müharibəsindən az sonra dediyi və bu gün sürətlə reallaşmaqda olan 2 paralel prosesdən danışmaqla 27 sentyabr 2020-ci ildən başlamış böyük Zəfərin milli, siyasi mahiyyətinə qısa baxışı yekunlaşdırmaq istəyirəm.

Ermənistanın var güclə müqavimət göstərməsinə baxmayaraq nəticələr bizim Prezidentimizin dediyi kimi oldu. Ermənistan rəhbərliyi Azərbaycanla normallaşmanı ölkələr arasında sülh sazişinin imzalanması və Dağlıq Qarabağın statusu üzrə 2 paralel danışıqlar formasında aparılmasını təkid edirdi. İlham Əliyev öz mövqeyində qətiyyətlə dayandı və "heç bir status və status üzrə beynəlxalq format danışıqları olmayacaq, ermənilərin hüquq və təhlükəsizliyi Azərbaycanın öz vətəndaşları ilə daxili dialoq məsələsidir" dedi və sonadək üstündə dayandı.

Hazırda ermənilərlə daxili dialoq prosesinin şahidiyik. Yevlaxda və Xocalıda Antiterrordan sonrakı iki dialoqu gördük. 3-cü dialoqun Xankəndidə olmaqla "separatizmin tabutuna son mıx" olacağını gözləyirik.

Oktyabrın 5-də isə Qranadada Azərbaycan - Ermənistan sülh danışıqlarının fasilədən sonrakı bərpasını görəcəyik...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ