Bazar günü günü, 08 noyabr 2026
     

Antiterror tədbirlərinin nəticələrinə dünyada maraq artır...

Image


Sentyabrın 19-da başlayan və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirlərinin yenə qısa zaman kəsiyində uğurla başa çatması bütün dünyanın diqqət mərkəzindədir. Ölkə lokal xarakterli antiterror tədbirlərin keçirilməsində məqsəd olaraq qarşıya qoyduğu bütün hədəflərinə çatdı. 44 günlük müharibədə Azərbaycan ordusunun ortaya qoyduğu döyüş nümunəsi dünyada diqqətlə öyrənildiyi kimi, eyni yanaşma antiterror tədbirləri ilə bağlı da sərgilənir.

Ümumiyyətlə, ordumuzun antiterror tədbirlərinin müddəti dünya üçün rekord hesab olunur. Rusiyalı hərbi politoloq, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko da diqqəti ona yönəldir ki, Azərbaycanın antiterror tədbirləri 24 saatdan az vaxt ərzində tam mənada bütün məqsədlərinə çataraq uğur qazandı: “Antiterror tədbirlərində Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlığını və qarşıya qoyulmuş vəzifələri tam həll etmək bacarığını nümayiş etdirdi. Söhbət siyasi aspektdən gedirsə, o zaman istər erməni lobbiçilərinin, istərsə də Azərbaycan əleyhdarlarının Bakıya irimiqyaslı hərbi-siyasi təzyiq göstərməsinin qarşısını almaqda yenə də zaman faktoru əsas rol oynadı, çünki antiterror əməliyyatının ilk günündə bütün əsas məsələlər həll edildi. Nəticədə, hərbi uğurlar Bakıya qarşı genişmiqyaslı təzyiq kampaniyası üçün bütün mümkün siyasi hazırlıqları dəyərdən saldı və bu kimi cəhdlər mənasını itirdi. Bu hallar Bakının son dərəcə uğurlu əməliyyatından xəbər verir”. Korotçenko qeyd edib ki, antiterror tədbirlərinin uğurunda bir neçə amil rol oynadı: “Birincisi, Azərbaycan Silahlı Qüvvələri separatçıların nəzarət etdiyi ərazidə baş verənlərdən çox yaxşı xəbərdar idi, ikincisi, hərbi hədəflərin və obyektlərin cərrahi yolla məhv edilməsi üçün dəqiq silahlardan maksimum istifadə edildi, üçüncüsü, təlim keçmiş xüsusi təyinatlılar irəliləyərək, əməliyyata lazımi dəstəyi təmin edə bildilər, dördüncüsü, bütün hadisələr ildırım sürəti ilə inkişaf etdiyi üçün Qərbin güc mərkəzlərindən separatçılara siyasi dəstək mümkün olmadı.

Bu, əməliyyatın vaxtı və yerinin vəziyyətin aydın təhlili əsasında seçildiyini deməyə əsas verir. Hesab edirəm ki, yaxın günlərdə erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisini tam tərk edəcəklər. Buna paralel olaraq separatçıların qanunsuz silahlı birləşmələri artıq tərksilah edilir və bu proses davam edir”. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov da bildirib ki, yaxın günlərdə Azərbaycanın bayraqları Qarabağın bütün şəhərlərində dalğalanacaq: “Erməni hərbi birləşmələri silahlarını təslim edərək Azərbaycan ordusu və Rusiya sülhməramlılarının yaratdığı humanitar dəhlizlər vasitəsilə Qarabağı tərk edirlər. İldırım sürətli lokal antiterror tədbirləri Azərbaycan Prezidenti İlham Əliyev üçün tam uğurla başa çatdı. Azərbaycan sivil və inkişaf etmiş dövlətdir. Qarabağın erməni milliyyətindən olan sakinləri Azərbaycan cəmiyyətinə sakitcə inteqrasiya ola biləcəklər. Təkcə hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə, o cümlədən birinci Qarabağ müharibəsində iştirak edənlərdən başqa... Hesab edirəm ki, onların hamısı çoxdan Qarabağdan qaçıb”.

Başqa bir rus ekspert  Aleksey Tokarev Azərbaycanın Qarabağda necə “sürətli və effektiv antiterror tədbirləri keçirdiyi” barədə sualı cavablandırarkən bildirib  ki, indi Qarabağ Ermənistan üçün “ideya” olmaqdan çıxıb: “Artıq Qarabağın müdafiəsinin zəruri olması mövqeyi erməni ideologiyasının təməl daşı deyil. Bu, bir amildir. İkinci amil Azərbaycanın uzun illər ərzində güclənməsidir. Azərbaycan bütün bu konstruksiyada ən anlaşılan faktordur. Balakəndən Astaraya qədər hər hansı azərbaycanlının evinə zəng edin və Qarabağın kimə məxsus olduğunu və onunla bağlı nə etmək lazım gəldiyini soruşun. Sizə birmənalı cavab verəcəklər. Ermənistanda isə bununla bağlı vəziyyət dəyişib”. Aleksey Tokarev vurğulayıb ki, Azərbaycan son illər ərzində güclənib: “Ölkə bütün güc mərkəzləri, o cümlədən Türkiyə və Rusiyanın timsalında iki ən mühüm regional aktorlarla münasibətləri bərabər səviyyədə qurmaqla, effektiv xarici siyasət yürüdüb. Bəli, İranla müəyyən problemlər mövcuddur, lakin Azərbaycan regionda əsas aktorlarla razılığa gəlib və bütün bu illər ərzində ordunu gücləndirib. ÜDM-də orduya faizlə ayırmalara baxaraq, Azərbaycanın hərəkətlərini proqnozlaşdırmaq asan idi. Bu, adi hallarda 1-2 faizlik xərclərin yerinə, 10-11 faiz artıq vəsait olub”. Qərb ölkələrinin antiterror tədbirlərinə reaksiyasını təhlil edən Aleksey Tokarev bildirib ki, onun fikrincə, həmin dövlətlərin mövqeyi yetərincə təmkinli olub: “Ciddi söyləsək, Ermənistan bütün dünyada iki ölkəyə - Rusiya və elə Ermənistanın özünə lazımdır. Xarici siyasəti kimin müəyyən edəcəyindən asılı olmayaraq, vaz keçilməsi mümkün olmayan milli maraqlar var. ABŞ və Fransa üçün isə erməni məsələləri  az əhəmiyyət kəsb edir. Kim Kardaşyanın və Emmanuel Makronun sosial şəbəkələrdəki postları heç nəyi dəyişmir, sadəcə havadan asılı qalır. Qərb ölkələrindən ötrü postsovet məkanında hər hansı hadisə ya ticarətdir, ya da Rusiyaya münasibətdə nəzarət altında olan gərginlikdir. Rusiyanın sərhədlərində nə qədər çox münaqişə olarsa, Moskvanın diqqəti daha çox yayınır və xarici siyasətdə onlara daha az problem yaradır”. Ekspert əlavə edib ki, əgər Rusiya Ermənistana böyük maraq göstərirsə, onda bu ölkə Qərb dövlətləri üçün Rusiyaya problem yaratmaq aləti kimi istifadə edilir: “Qərb siyasətçiləri tərəfindən müharibə zamanı çoxlu bəyanatlar verilib, amma bu münaqişə onlar üçün Rusiyanın imkanlarını məhdudlaşdırmaqdan başqa bir şey deyil. Bu, xüsusən indi, Ukraynada tammiqyaslı hərbi əməliyyatlar şəraitində baş verir”. Ukraynalı hərbi-siyasi ekspert Taras Berezovets “Report”a açıqlamasında bu xüsusda  qeyd edib: “Xatırladım ki, Ermənistan Qarabağı təxminən 30 il ərzində işğal altında saxlayıb. Azərbaycan müttəfiqlərinin dəstəyi ilə öz Silahlı Qüvvələrində islahatlar apardıqdan, yeni silahlar aldıqdan sonra ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə bağlı hərbi əməliyyat keçirə bilib. Əlbəttə ki, Ukrayna Azərbaycan xalqının bu qələbəsini alqışlayır. Belə ki, Ukrayna bunu Krımın Rusiya işğalından azad edilməsinin xəbərçisi hesab edir. Azərbaycan və onun rəhbərliyi adıçəkilən əməliyyatın keçirilməsi üçün uyğun zaman seçib. Belə ki, Rusiya vacib müttəfiqi olan Ermənistanı dəstəkləməkdən imtina edib. Yeri gəlmişkən, Ermənistanı çox çətin günlər gözləyir. Aydındır ki, Qarabağ tez bir zamanda bərpa olunacaq, modernləşdiriləcək və hazırda işğal altında olan Ukrayna ərazilərinin gələcəkdə yenidən qurulması üçün nümunə olacaq”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ