Şəhidlərimiz ən ali qürur mənbəyidir. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 Sentyabr - Anım Günü ilə bağlı "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edib.
"27 Sentyabr mübarək və şərəfli bir yürüşdür. Qarabağın işğalının 30 illik kədərini zəfər sevincinə çevirən 44 günlük Vətən müharibəsinin başladığı gündür. Qələbələriniz şanlı və xeyirli olsun. Şəhidlərimiz ən ali qürur mənbəyidir. Şəhidlər ölməz! Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı", - deyə paylaşımda bildirilib.