"Qarabağda istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər" - Peskov

Kreml hələlik ABŞ-nin Qarabağ üzrə beynəlxalq müşahidə missiyası yaratmaq ideyasında heç bir konkretlik görmür. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Qarabağda hər hansı missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər", - o deyib.
Bundan başqa, Peskov həm Bakı, həm də İrəvanla, o cümlədən, Qarabağın erməni sakinləri ilə təmasları davam etdirdiyini əlavə edib.
Qeyd edək ki, ABŞ-nin Qarabağda beynəlxalq müşahidə missiyası yaratmaq ideyası barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.