Yanacaqla dolu daha 2 avtomobil Xankəndiyə yola salındı

Azərbaycan mərkəzi hakimiyyəti Xankəndiyə növbəti dəfə humanitar yardım göndərib.
Yanacaqla dolu 2 avtomobil Xankəndiyə yol düşüb. Avtomobillər Xankəndi istiqamətinə hərəkət edir.
Qeyd edək ki, bu gün günorta saatlarında yanacaqla dolu daha 2 avtomobil Xankəndiyə yol düşüb. 34 ton dizel 30 ton benzin olmaqla 2 yanacaq avtomobili Ağdam-Xankəndi yolu ilə Xankəndi istiqamətinə hərəkət edib.