Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Tibbi yardıma ehtiyacı olan şəxsləri yerindəcə aparmaq və tibbi yardım göstərmək üçün Ermənistandan Qarabağa həkim briqadası olan helikopterin daxil olması təmin edilib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) sosial şəbəkə hesabında paylaşımında qeyd edib.
"Xüsusilə yanıqların müalicəsi üçün dərmanlar və digər tibbi əşyalar göndərilib. Bundan əlavə, ərzaq yardımı da edilib. Bu gün və sonrakı günlərdə də yardımlar davam etdiriləcək. Hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması məqsədilə BQXK-nın əraziyə müstəsna giriş imkanının təmin edilməsi üzərində iş aparılır", - deyə paylaşıma əlavə edilib.