Azərbaycan Qarabağın erməni sakinləri üçün yenə yanacaq göndərdi - FOTO

Azərbaycan mərkəzi hakimiyyəti Xankəndiyə növbəti dəfə humanitar yardım göndərib.
Yanacaqla dolu 2 avtomobil Xankəndiyə yol düşüb. 34 ton dizel 30 ton benzin olmaqla 2 yanacaq avtomobili Ağdam-Xankəndi yolu ilə Xankəndi istiqamətinə hərəkət edir.
Yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.