Bazar günü günü, 08 noyabr 2026
     

Cənubi Azərbaycan ana dilində təhsil tələbilə yenidən ayağa qalxdı...

Image


İranda məktəblərin açılması fonunda Cənubi Azərbaycanda türk dilində təhsil qadağasına etiraz səsləri şəhərləri və sosial şəbəkələri yenidən bürüməyə başlayıb. Mədəni fəallar və “Traktor” komandasının azarkeşləri tərəfindən Urmiyə, Ərdəbil və Muğan kimi şəhərlər və bölgələrdə ənənəvi Azərbaycan türkcəsində kitab paylama kampaniyaları təşkil olunub.

Ərdəbil və Urmiyə şəhərlərində məhəllələr və məktəblərin önündə məktəbli uşaqlara kitablar hədiyyə edilib. Görüntülərdə uşaqlara “Şirin dilim”, “Mən kiməm” və “Evlər” kimi kitablar paylandığı görünür. Bəzi şəhərlərdə isə divarlara Azərbaycan dilində təhsil qadağasına etiraz məzmunlu şüarlar yazılıb.

Təbriz şəhərindən yayılan görüntülərdə divarlarda “Hanı ana dilim?”, “İşıq hələ sönməyib, ana dilim ölməyib”, “Türk dilində mədrəsə”, “Dilim ölsə, mən də ölərəm” və “Türkcəmizi qoruyaq” kimi şüarların yazıldığı görünür. Bir çox sosial media istifadəçisi isə məktəblərin açılmasından bir neçə gün öncədən başlayaraq türk dilində təhsil qadağasına etiraz məzmunlu paylaşımlar dərc edib. Əvvəlki günlərdə də Ərdəbil vilayətində türk dil haqları fəalları və “Traktor” komandasının azarkeşləri keçən aylarda sel fəlakətindən xəsarət almış bölgələrdə uşaqlara türk dilində kitablar və məktəb ləvazimatı hədiyyə etmişdilər. Bundan əvvəl mədəni fəalların Germi şəhərinin kəndlərində uşaqlara ana dilində kitablar, həmçinin çanta, rəsm dəftərləri və digər ləvazimat hədiyyə etdikləri ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Fəallar kəndlərdə, o cümlədən “Ana dili mavi dünyada” adlı türkcə kitablar paylayıblar. Daha əvvəl də Dünya Ana Dili Günü, yeni dərs ilinin başlanması, Azərbaycan Milli Hökumətinin (1945-46) ildönümü münasibətilə Cənubi  Azərbaycanın müxtəlif şəhərləri və Tehranda kitab paylama kampaniyaları təşkil olunub. Qısa ömürlü Azərbaycan Milli Höküməti dövrü istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri Güney Azərbaycanın məktəblərində ana dili tədris edilməyib. İslam Respublikası dövründə rəsmilər dəfələrlə Azərbaycan türkcəsinin məktəblərdə tədris ediləcəyinə dair sözlər və açıqlamalar verib, lakin əməldə bu, heç zaman həyata keçirilməyib.  2008-ci ildən bəri Dünya Ana Dili Günü tədbirlərini təşkil edən və bu tədbirlərə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb, eləcə də həbs və sürgün cəzaları ilə qarşılaşıb. Elə bu günlərdə mədəni fəal və türk dil haqları müdafiəçisi Fərhad Hüseyni Zəncanda nəzarət altına alınıb. Onun  fəaliyyətinə görə İranın İslami İnqilab Qvardiyasının (SEPAH) kəşfiyyat şöbəsində sorğu-sual edildiyi bildirilir. İranın təhlükəsizlik məmurları mədəni fəalı Zəncan şəhərindəki evində həbs ediblər. Hüseyninin illərdir türk dili hüquqları və bəzi digər milli-mədəni məsələlər üzrə fəaliyyət yürütdüyü bildirilir. O, keçən illərdə, o cümlədən Zəncan mədəniyyət ocaqlarında türk dili müəllimi kimi fəaliyyət göstərib və Zəncanın yerli qəzetləri üçün məqalələr yazıb. Təbrizdəki evində nəzarət altına alınan sənətkar və mədəni fəal Peyman İbrami də türk dili ilə bağlı həbsə atılıb. Məhbusun Türkiyədə mühacirətdə yaşayan bacısı Hacər İbrahimi qeyd edir: “Zatən İranda və Güney Azərbaycanda türk oldunmu, suçlusan. Peymanın da uşaqlıqdan bəri ana dili və milli məfkürələr haqqında çalışmaları olub. Yəni elə deyil ki, sənin bir suçun var və tutub salırlar həbsxanaya. Türksənsə, türkəm dedinsə, suçlusan! Mənim atam, rəhmətlik aşıq Qafar İbrahimi saz ustadı idi. Aşıq idi. Peyman da göz açandan saz-sənət içində böyüyüb başa çatıb. 19 ildir Azərbaycan rəqsləri sahəsində öyrətmənlik edir. Azərbaycan və Türkiyədə bir çox festivallara qatılıb. Ana dilini, kültürünü yaymaq üçün əlindən gəldiyi qədər çalışıb. Son vaxtlarda da ki, Urmiyə gölü məsələsi var”. Bu siyahını xeyli uzatmaq olar.

Beləliklə,  Azərbaycan türklərinin öz dilində bir siniflik məktəbi belə yoxdur. Azərbaycan türkləri ana dilini ancaq imkanları daxilində öyrənirlər. Yəni bu dili akademik səviyyədə öyrənmək imkanından məhrumdurlar. Azərbaycan türkcəsində təhsillə bağlı çoxsaylı müraciətlər Tehran hakimiyyəti tərəfindən etinasız qarşılanıb. Maraqlıdır ki, İranda 200 min erməninin 50-dən çox məktəbi olduğu halda, 45 milyon azərbaycanlı hələ də fars dilində təhsil alır. Erməni dilində mətbuat, universitet, məktəb və sairə fəailiyyət göstərir, ancaq azərbaycanlılara bunların hamısı qadağan olunur. Hələ ötən ilin noyabrında  prezident İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, lakin azərbaycandilli məktəblər yoxdur: “Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır- biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”. Dövlət başçısı həmçinin bildirib ki, İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırlar ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır. Azərbaycan türkləri təkcə dillə bağlı ayrıseçkiliyə məruz qalmırlar. Güney Azərbaycanda məktəb binaları problemləri də var. Güney Azərbaycanda dil, milli mədəniyyət, məktəb binaları xeyriyyəçilərin və fədakar insanların sayəsində qorunur, tikilir. Hakimiyyət isə bu istiqamətdə Güney Azərbaycan üçün maliyyə vəsaiti, demək olar ki, ayırmır. Bütün bunlar fonunda İran hakimiyyətlərinin Azərbaycan türkcəsində hələ də təhsili qadağan etməsi güneydə yaşayan soydaşlarımızın ciddi narazılığına gətirib çıxarır.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ