Müzəffər Azərbaycan ordusunu həm tarixi uğurlarına, həm də mülki insanlara humanitar münasibətinə görə ürəkdən təbrik edirəm.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxış edərkən deyib.
"Azərbaycanlı qardaşlarımız türk millətinin ədalətini, mərhəmətini bütün dünyaya bir daha nümayiş etdirdilər",- deyə R.T.Ərdoğan əlavə edib.