Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) beş vitse-prezidenti vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad olunub.