Bazar günü günü, 08 noyabr 2026
     

Priqojinlə Kadırov üz-üzə gəldi, Putin "müharibənin" qarşısını aldı...

Image


Rusiya-Ukrayna müharibəsi başlayandan bəri şimal qonşumuzun özəl hərbi birləşmələrdən geniş istifadə etməsi müşahidə edilir. Amma diqqət çəkən daha bir məqam bu hərbi birləşmələr arasında artan ziddiyyət və qarşıdurmalardır. Çeçenlərlə “Vaqner” özəl hərbi şirkəti arasında münaqişə bunun təsdiqidir.

Məlumata görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun ətrafı  “Vaqner”in rəhbəri Yevgeni Priqojini tənqid edib. Kadırovun qohumu, Dövlət Dumasının deputatı Adam Delimxanov, Çeçenistan parlamentinin sədri Maqomed Daudov və “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov burada xüsusilə fərqlənib. Delimxanov “Vaqner”in sahibini sursat çatışmazlığı ilə bağlı problemləri şişirtməkdə günahlandırıb, onun Baxmut yaxınlığındakı itkilərə görə şəxsən məsuliyyət daşıdığını bildirib. Bu reaksiyaya səbəb Priqojinin çeçen bölmələrinin yerdəyişməsi ilə bağlı şərhi olub. Delimxanov “Vaqner”in sahibinin Kadırovçuların nə etdiyini başa düşməməsindən qəzəblənib. O, Priqojini "bütün dünyaya problemləri qabardan bloqqer" adlandırıb: "Hamımız bilirik ki, 7-8 ayda Baxmut istiqamətində nə qədər adam yerləşdirildi, siz rəhbər idiniz. Bu 7-8 ay ərzində Müdafiə Nazirliyi sizə dəstək oldu, burada kimin olduğunu hamımız bilirik. Sizə daha çox sursat verildi. Buna baxmayaraq, o qədər qurbanlar var ki, danışmağı dayandırın”. Bundan əvvəl isə Yevgeni Priqojin “Axmat” xüsusi təyinatlılarının əslində Donetski nə dərəcədə azad etməyə qadir olması sualına cavab verib: "Axmat”çıların  harada olacağı ilə bağlı şərh verə bilmərəm, mən bu detallara dalmıram, bütün bölmələr onları gizli saxlayır. Bu, müharibə zamanı normal vəziyyətdir. Müəyyən yaşayış məntəqələrinin azad edilməsinə gəlincə, təbii ki, hesab edirəm, onların buna gücü çatır. Onların bütün Donetski azad etmək vəzifəsi yoxdur. Kadırov isə, mənim başa düşdüyüm qədər, bu barədə danışmadı. Onlar fəaliyyət göstərəcəkləri müəyyən sahələrlə məşğul olacaqlar. Mən burada heç bir zarafat görmürəm”. Bu açıqlama çeçenlərin xoşuna gəlməyib.  Biznesmenin şərhindən sonra Çeçenistan rəhbərinin köməkçisi, “Axmat” xüsusi təyinatlılarının komandanı Apti Alaudinov da çıxış edib. O, həmçinin bildirib ki, Priqojin “Axmat” xüsusi təyinatlılarında olmayan bütün vasitələrə malikdir.

Belə ki, “Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov qrupun yeni yerə köçürülməsi barədə əmri şərh edib: “Qüvvə və vasitələrimizin bir hissəsi həmin ərazidə qalıb. Bir alay mənim komandanlığıma həvalə olunub, daha iki alay hazırlanır. Biz aktiv hücum əməliyyatlarına hazırlaşmağa başlayırıq”. Alaudinov “Vaqner”in rəhbəri Yevgeni Priqojinin “Axmat” xüsusi təyinatlılarının işinə münasibətini də şərh edib: “Mən Yevgeni Priqojinin “Axmat” xüsusi təyinatlıları və onun işi ilə bağlı suala cavab verdiyi çıxışını dinlədim. Ramzan Axmatoviç Kadırovun Yevgeni Priqojinlə münasibəti olmasaydı, bu o qədər də vacib olmazdı. Xüsusi hərbi əməliyyatın bütün dövrü ərzində Ramzan Axmatoviç şəxsən mənə dedi ki, “Vaqner”i dəstəkləmək lazımdır və Yevgeni Priqojin onun qardaşıdır. Mən öz növbəmdə hər bir ictimai çıxışımda qeyd etdim ki, “Vaqner” işləyir, bu əsl döyüş bölməsidir. Həmişə olmasa da, hamının xoşuna gəlməsə də, mən buna ciddi əməl edirdim. Amma bunu Yevgeni Priqojinə aid etmək olmaz. Bu münasibətin qarşılıqlı olduğuna fikir vermədim. Bu vəziyyətdə də belədir”. Alaudinovun vurğuladığı kimi, onun tabeliyində olan birləşmələrin Priqojin kimi tankları, təyyarələri, vertolyotları, əlli minlik ordusu yox idi: “Amma “Axmat” xüsusi təyinatlılarının komandiri kimi deyə bilərəm ki, mənim rəhbərlik etdiyim “Axmat” xüsusi təyinatlıları RUSİYA Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusu ilə birlikdə Luqansk Xalq Respublikasında 36 yaşayış məntəqəsini azad ediblər. Onlardan dördü Luqanskin ən böyük şəhərləridir. "Axmat" xüsusi təyinatlıları istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Əgər biz Donetsk istiqamətinə köçürülsək, mən zəmanət verirəm ki, “Axmat “xüsusi təyinatlıları Donetsk Xalq Respublikasının azad edilməsi üçün hər şeyi edəcəklər”. Alaudinov əlavə edib ki, “Vaqner”dən çoxlu döyüşçü  “Axmat” xüsusi təyinatlılarına qoşulub, burada heç bir sirr yoxdur: “Eyni zamanda qeyd etməyi vacib hesab edirəm ki, əgər bir-birimizə münasibət qardaşlıq idisə, deməli, biz buna sona qədər əməl etməliyik. Buna görə də, “Axmat” xüsusi təyinatlılarını rahat buraxın. Bunu qiymətləndirməyə çalışmaq lazım deyil. Biz həm xalqın ümidi, həm də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Ramzan Axmatoviçin əmri kimi ona tapşırılacaq hər şeyi edə bilən, öz-özünə təminatlı bir bölməyik”. 

Çeçenistan parlamentinin sədri Maqomed Daudov is belə şeylərin Yevgeni Priqojin üçün pis nəticələrə gətirib çıxara biləcəyini qeyd edib. "Vaqner"in komandiri Dmitri Utkin bunun ardınca açıqlama verib. O bildirib ki, muzdlular “kişi ilə kişi kimi danışmağa” hazırdırlar, çünki onlar Kadırovun ətrafı ilə “Çeçenistanda 1-ci və 2-ci müharibələrdən bəri” tanışdırlar. Hadisələrin bu səpkidə inkişafı Rusiya rəhbərliyində narahatlığa yol açıb. Rusiya prezidentinin çağırdığı Təhlükəsizlik Şurasının iclasında “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə Çeçenistan rəhbəri Ramzan Kadırovun ətrafı arasında münaqişə müzakirə olunub. Bundan sonra Priqojinə sakitləşdirici açıqlamalar verib. O, Kadırovun ona zəng etdiyini və özlərinin bu əhvalata son qoymağa razılaşdıqlarını qeyd edib. O, Putinin müdaxiləsinin təfərrüatlarını açıqlamayıb, sadəcə qeyd edib ki, Delimxanov və Daudovun sözlərinə münasibət bildirməyib: “Çünki mənim istənilən cavabım etnik ədavətin qızışdırılması kimi şərh oluna bilər”. “Vaqner” rəhbərinin sözlərinə görə, Kadırovçularla münaqişəni “nə etdiyini başa düşməyən, “təhlükəli oyunları” ilə “Rusiya dövlətini məhv edən” Kreml daxilindəki qruplardan biri qızışdırıb. Priqojin deyir ki, Kadırovçular və “Vaqner”çilər arasında “razborka” genişmiqyaslı qan tökülməsinə səbəb ola bilər. O bildirib ki, Kadırovun cinayətlə bağlı hüquq-mühafizə orqanlarına hərbi rəhbərliyə şikayət göndərdiyini deyəndən dərhal sonra ətrafı ona və “Vaqner”ə qarşı çıxıb. O, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu “Rusiya torpaqlarımızı” təslim olmaqda ittiham edərək tənqid etməyə davam edəcəyinə söz verib. Priqojin “bu personajlar cəzalandırılana qədər” onlarla məşğul olacağını bildirib. Kreml vəziyyəti şərh etməyib. Amma iyunun 2-də Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib, rəsmi açıqlamadan heç bir şey orada “Vaqner”lə Qroznı arasında münaqişənin müzakirə edildiyini göstərmir. Kremlin saytındakı açılış nitqinin stenoqramına görə, Putin “millətlərarası münasibətlər məsələlərini” müzakirə etməyi təklif edib. Onun fikrincə, bu hallardan “Rusiya Federasiyası daxilində vəziyyətin sabitliyini pozmaq” üçün istifadə oluna bilər.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ