çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanın sülh gündəminə beynəlxalq dəstək artır - Zəngəzur açılır, Qarabağ erməniləri yola gə(tiri)lir...

Image


Azərbaycanın regionda sülh təşəbbüsləri artıq bütün dünyada dəstəklənir və bu şəraitdə Ermənistanın bununla razılaşmaqdan başqa çıxış yolu yoxdur. Artıq bu reallıq Ermənistanın özündə də qəbul edilir.

Birləşmiş Ermənistan Partiyasının sədri Yervand Tarverdyan vurğulayır ki, İrəvan sülh məsələsində Bakının mövqeyini qəbul etməyə məcburdur, çünki Azərbaycanın yanaşması beynəlxalq miqaysada dəstəklənir: “Kişinyovda keçirilən beştərəfli görüşdə regional sülhün təkcə Ermənistanın, Azərbaycanın və Türkiyənin, eləcə də Rusiyanın deyil, həm də Amerika Birləşmiş Ştatlarının və Avropanın maraqlarına uyğun olduğu görünür. Hindistan, İran və Çin də prosesləri izləyir. Ermənistan-Azərbaycan münasibətlərinin həlli bütün dünyanın diqqət mərkəzindədir. Sülh prosesinin indiki mərhələdə başlamasına üstünlük verərdim, lakin yekun sənəd daha sonra imzalanacaq, çünki sülh kağız üzərində deyil, münasibətlərin nizamlanması yolu ilə əldə edilir”. Yervand Tarverdyanın sözlərinə görə, Ermənistan bu şəraitdə sülh müqaviləsi imzalamağa tələsməlidir, çünki Azərbaycan hər dəfə danışıqlarda yeni elementlər irəli sürərək münasibətlərin normallaşmasını öz şərtləri əsasında diqtə edir. Tarverdyanın fikrincə, Ermənistan hakimiyyəti bu gün Hindistan və Çinlə münasibətləri dərinləşdirməyə çalışmalıdır: “Burada başqa oyunçular var - Səudiyyə Ərəbistanı, BƏƏ, onların böyük maliyyə resursları var. Zəngəzur Hind-Avropa sivilizasiyasının kəsişməsində yerləşir. Ola bilsin ki, biz daha çox düşünüb, siyasi yanaşmalardan sivilizasiyaya doğru keçməliyik. Bunun üçün sülh lazımdır”. Amma o bildirir ki, sülh üçün Qarabağdan əl çəkməklə yanaşı, Ermənistan Zəngəzur dəhlizini də açmalıdır. Bu fikir erməni politoloq Arman Abovyan tərəfindən də qəbul edilir: “Azərbaycan və Türkiyə qısa müddətdə Qarabağda Bakının tam nəzarətini bərpa etmək və Zəngəzur dəhlizini açmaq istiqamətində çalışır”. Onun sözlərinə görə, Bakı və Ankara bu iki məqsədə nail olmaq üçün tarixi imkanların yetişdiyini anlayırlar: “Bu prosesdə ABŞ və Avropa da tələsir. Onlar bölgədə kommunikasiyanın açılmasında iştirak etmək, eləcə də Rusiyanın bölgədə təsirini azaltmaq üçün yaranmış vəziyyəti fürsət olaraq görürlər. Proseslər Ermənistan ərazisinin yarılmasına, yəni Zəngəzur dəhlizinin açılmasına və Qarabağda Bakının nəzarətinə doğru gedir”. “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan isə qeyd edir ki, ABŞ da Ermənistana Azərbaycanın istədiyi formada təzyiqləri artırıb: “Reallıq budur ki, Ermənistanda hüquqi-siyasi “bespredel” var. ABŞ bunu çox gözəl bilir. Amma Nikol Paşinyan xaricdəki kuratorlarının diqtəsi ilə Qarabağı Azərbaycana verməklə türkyönümlü xətti irəli aparır”. Onun sözlərinə görə, Paşinyan Rusiyanı bölgədən çıxarmaq siyasəti yürüdür: “Buna görə də Amerika tərəfindən ölkəmiz parlaq nöqtə hesab olunur. Bu, məlum Amerika prinsipinin təzahürüdür. Onlar Nikola istədiklərini etdirir, qalanları heç veclərinə də deyil. Bu hekayədəki sinizm ondan ibarətdir ki, “parlaq nöqtə” qurbanlıq quzu olmaq üçün təyin edilib. Buna görə ABŞ-ı günahlandırmaq lazım deyil. Hər kəsin öz marağı var. O başqa məsələdir ki, Nikol Ermənistan və Qarabağın hesabına öz maraqlarına xidmət edir”. O bildirir ki, bu şəraitdə ABŞ Zəngəzur dəhlizinə də artan maraq nümayiş etdirir.

Hərbi-siyasi məsələlər üzrə erməni ekspert Hraçya Arzumanyan da etiraf edir ki, Ermənistan müqavimətsiz Zəngəzur dəhlizini açsa, daha az zərər görəcək: “Hakimiyyət vəziyyəti düzgün qiymətləndirmir, müharibə bitməyib. Blokada hərbi əməliyyatın bir formasıdır, müharibə bitməyib. Rusiya-Türkiyə alyansı hesab edir ki, Qarabağ məsələsi bağlıdır, Zəngəzur məsələsi qalır. Qarabağda olan ermənilərin isə bu halda  davranışı anti-ermənidir, onlar başqasının oyununa giriblər. Qarabağ “hakimiyyəti” və erməniləri parçalanıb, daxili oyunlara və Rusiyanın diqtəsinə son qoyun. İrəvan bu təcrid vəziyyətini aradan qaldırmalıdır”. Əslində, Qarabağ erməniləri üçün hansısa ümidlərin olduğunu düşünmək də elə Ermənistanın özündə absurd hal hesab edilir. Xüsusən də o fonda ki, prezident İlham Əliyevin təslim olmaq və amnistiyadan yararlanmaq imkanı ilə bağlı son çağırışından imtina edən separatçıların antiterror əməliyyatı ilə zərərsizləşdirilməsi ehtimalı artır. Bunu separatçılar da başa düşür. Ermənistanın “İravunk” qəzeti yazır ki, əslində, Xankəndidə erməni əhalisi arasında hər şeyin sona çatdığı əhval-ruhiyyəsi var. bu durumda da üç ssenari üzərində müzakirə aparılır: Azərbaycanın  tələbini qəbul etmək və anlaşmaq. Bütün təklifləri rədd etmək və müharibəyə hazırlaşmaq. Qarabağı tamamilə tərk etmək. “İravunk” yazır ki, az da olsa, ikinci variant haqqında müzakirələr gedir: “Lakin bu çox ümidsiz görünür. Ermənistanda Paşinyanın bəyanatına qarşı çoxminlik etiraz mitinqi keçirildimi? Mövcud vəziyyət 1988-ci ildəki kimidir? Qarabağda nə qədər mərmi, silah-sursat, hərbi texnika, döyüşə biləcək canlı qüvvə var? Bu suallar reallığın danışılanlarla tərs-mütənasib olduğunu deməyə əsas verir. Misal üçün, hərbi müstəvidə mübarizə başlandı, neçə gün duruş gətirə biləcəklər?! Bir-iki günlük döyüşdən sonra silah-sursat da bitəcək”. Nəşr separatçılara vəziyyətdən çıxmaq üçün təklif verir: “Bu, başqa ölkənin nəzarətinə keçməkdir, təbii ki, həmin ölkə Ermənistan deyil. Bu, İran və Rusiya ola bilər. İranın bu yükün altına girəcəyi ehtimalı azdır, o baxımdan, Rusiya bəlkə nələrsə edə bilər”. Amma təbii ki, bu “çıxış yolları” ermənilərin təxəyüllünün məhsuludur və hər kəs anlayır ki, mövcud şərtlərdə separatçıları nə “döyüşmək”, nə də başqa bir ölkə xilas edə biləcək. Əsas çıxış yolu Azərbaycanın şərtlərinin qəbul olunmasıdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ