Bazar ertəsi günü, 09 noyabr 2026
     

İran-İsrail müharibəsi dənizlərdə başlayır, neft qiyməti buna görə artır...

Image


İran və İsrail arasında növbəti gəmi insidenti bu ölkələri yenidən müharibə həddinə gətirib çıxarmaqla yanaşı, dünya enerji bazarlarına da ciddi təsir etməkdədir. Artıq insident səbəbindən dünyada neftin qiymətində yenidən artım müşahidə olunur.

Xatırladaq ki, İsrailin “Zodiac Maritime” şirkətinin istismarında olan “MT Mercer Street” tankerinə hücum Oman sahillərində həyata keçirilib. Bu zaman iki heyət üzvü - Rumıniya və Böyük Britaniya vətəndaşları həlak olub. Dron zərbəsi nəticəsində tankerin göyərtəsində yanğın başlayıb. İsrail şirkəti bildirir ki, hücum zamanı gəmi Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə üzürdü və yolda hücuma məruz qalıb. Bununla bağlı verilən həyəcan siqnalına ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı gəmiləri reaksiya verib və heyət üzvlərinə kömək ediblər. Amerika ordusunun informasiyasına görə, hücumun pilotsuz uçan aparatların köməyi ilə həyata keçirildiyinə dair dəqiq məlumatlar var. “Reuters” agentliyi isə Qərb ölkələrinin xüsusi xidmət orqanlarının bu hücumu İranın həyata keçirdiyinə dair məlumatlara malik olduğunu bildirir. İran tərəfi hələlik məsələyə reaksiya verməyib. Lakin İranın dövlət “Əl-Alam” telekanalı “informasiyalı regional mənbələrə” istinadən bildirir ki, bu, İsrailin Suriya aeroportlarından birinə bu yaxınlarda həyata keçirdiyi hücuma cavabdır. İranla İsrail arasında tanker müharibəsinin getdiyi bu insidentdən əvvəl də məlum idi. Belə ki, İsrail xüsusi xidmət orqanları 2019-cu ildən başlayaraq İranın neft tankerlərinə qarşı əməliyyatlar keçirirdi. Bu əməliyyatlar İranın ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınaraq öz neftini ixrac etməsini əngəlləməyə yönəlib. “Mossad”ın həyata keçirdiyi əməliyyatlar nəticəsində İran neftini daşıyan bir çox tankerlər sıradan çıxarılıb, yaxud təyinat nöqtəsinə çata bilməyib. Nəticədə İrana milyardlarla dollar ziyan dəyib. Daha sonra İsrail tankerləri və quru yük gəmiləri də beynəlxalq sularda hücuma məruz qalmağa başlayıb. Bu hücumların İranın cavab addımları olduğu təxmin edilir.

“The New York Times” qəzeti də bu fonda bir müddət əvvəl belə bir məlumat yaymışdı ki, son illər İsrail və İran donanmaları arasında dəniz mübarizəsi aktivləşib və hər iki ölkə bir-birinin gəmilərinə bir sıra hücumlar təşkil edib: “İsrail və İran uzun illərdir ki, Orta Şərqdə, əsasən də quruda və havada gizli müharibə aparırdı. Hazırda isə Aralıq dənizi və Qırmızı dənizdəki gəmilər də hücuma məruz qalır. İsrail 2019-cu ildən bəri Aralıq dənizinin şərqində və Qırmızı dənizdə İran nefti və silahı daşıyan gəmilərə hücum edir. İran, göründüyü kimi, diqqəti cəlb etmədən gizli hücumlarla cavab verir. Mənbələr bildirir ki, 2019-cu ildən bəri İsrail diversantları İran yüklərini daşıyan azı 10 gəmiyə hücumlar təşkil edib. İran tərəfi isə hücumların 20 gəmiyə qarşı edildiyini düşünür. Söhbət əsasən Suriyaya yanacaq və ya silah daşıyan gəmilərdən gedir. İranın cavabının miqyası bəlli deyil. Hücumların çoxu gizli və məsuliyyəti barədə ictimaiyyətə elan edilmədən həyata keçirilir”. Nəşr qeyd edir ki, “hər iki tərəf əsasən dəniz minalarından istifadə edir.

 Mövcud vəziyyətdə İsrailin baş naziri Naftali Bennet hucumun İran tərəfindən həyata keçirildiyini bir daha bəyan edərək, bu ölkəyə qarşı cavab addımlarında təkbaşına hərəkət edə biləcəklərini də vurğulayıb: “Bu məsələdə bütün dünyanı bir araya gətirmək üçün çalışırıq, amma təkbaşına da hərəkət edə bilərik”. İsrailin xarici işlər naziri Yair Lapid beynəlxalq ictimaiyyəti Tehrana qarşı qətiyyətli addımlar atmağa çağırıb: “İran təkcə İsrailin problemi deyil. O, terrorçuluq, dağıntılar və qeyri-stabillik ixrac edən ölkədir və hamımıza ziyan gətirir”. Artıq ABŞ İsraili bu məsələdə dəstəklədiyini bəyan edib. ABŞ dövlət katibi Entoni Blinken bu xüsusda bildirib ki, ölkəsi mövcud informasiyaya əsaslanaraq, "Mercer Street" tankerinə edilən hücumun arxasında İranın dayandığını bəyan edir: "Mövcud məlumatları araşdırdıqdan sonra əminik ki, İran partlayıcı qurğularla təchiz olunmuş pilotsuz uçuş aparatlarından istifadə edərək, iki günahsız insanın ölümü ilə nəticələnən hücumu həyata keçirib". Amerika diplomatiyasının rəhbəri vurğulayıb ki, İrana yaxın gələcəkdə adekvat cavab veriləcək. Hesab edilir ki, Suriya ərazisində İran obyektlərinə hücumlar artacaq. Qeyd edək ki, İsrail dəfələrlə Suriyada İranın hərbi bazasının olması ilə bağlı narahatlığını bildirsə də, İran bunu təkzib edib və terrorçularla mübarizə üçün Suriyaya hərbi məsləhətçilər göndərdiyini bildirib. Reallıqda isə İran Suriyada özü üçün geniş hərbi infrastruktur yaratmaq və İsrailə qarşı yeni cəbhə açmaqda qərarlıdır. İsrail də eynilə bu şəkildə İrana mane olmağa və onun Suriyada "Hizbullah"a oxşar təşkilat yaratmasına əngəl olmağa çalışır. Neft tankerinə hücum bu məsələdə İsrailə yeni səbəblər verir. Eyni zamanda, İran tankerlərini də çətin vəziyyət gözləyir. Bu halda İranın adekvat cavabları İsrail-İran savaşını qaçılmaz edə bilər. Baş verənlər isə, yuxarıda qeyd olunduğu kimi, dünya enerji bazarlarına təsir edərək neft qiymətlərinin yüksəlməsinə rəvac verib.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ