şənbə günü, 15 avqust 2026
     

Çingiz Fərəcov ömrün “son dayanacağına” yetişdi…

Image


Çingiz Fərəcov da unudulmazlar sırasındadır artıq. Səmimi, üzündə həmişə işıqlı təbəssüm olan insan idi Çingiz Fərəcov. Adama bəzən elə gəlirdi ki, bu adamın heç bir dərd-səri yoxdur. Əslində isə, o gözləri ilə gülürdü, ürəyinin bu gülüşdən xəbəri yox idi.

Çingiz Fərəcovla məni görkəmli yazıçımız, dəyərli xanım ziyalımız mərhum Ələviyyə xanım Babayeva tanış edib. Uzun illər idi ki, Çingiz müəllimlə tanış idik. Bundan başqa, Ç.Fərəcov həm də “Bakı-Xəbər”in sədaqətli, vəfalı dostu idi. Bu dostluq onun ömrünün son günlərinə qədər davam etdi. Qəzetimizin kənd təsərrüfatı sahəsində daimi ekspertlərindən biri idi o. Qəzetimizin baş redaktoru Aydın Qulievlə səmimi, isti dostluq münasibətləri vardı.

Çingiz Fərəcov çox çətin ömür yaşayıb. Uşaqlığı internatda keçib. Ata-ana qayğısından məhrum yaşayıb. Düzünə qalsa, ata-ana sevgisi görməyənlər başqalarına qarşı aqressiv olur. Ancaq Çingiz müəllimdə əksinə idi. O, insanları, dostlarını həddindən artıq çox sevirdi. Həyatsevər idi Çingiz müəllim.

Çox həassas, mədəni, dəyərli bir ziyalı kimi özünü ifadə edə bilirdi. Ən ağır vəziyyətlərdə belə, əqidəsindən dönməzdi. Canı ilə müstəqil Azərbaycan dövlətinə bağlı olan Çingiz Fərəcov çətin, lakin mənalı, dolğun ömür yaşadı.

Əlbəttə, onun itkisi dostları üçün ağır xəbər oldu. Amma bu dünyaya gələn getməlidir prinsipi ilə yanaşsam deyərdim ki, o, ona verilən ömrü şərəflə yaşayıb bu həyatdakı missiyasını başa çatdırdı. 

Bu dünyada iz qoyan insanların heç birinin izini itirmək mümkün deyil. Çünki tarix yaddaşının lap alt qatında da olsa o izləri qoruyur. Zaman gələndə o izlər üzə çıxır.

Çingiz Fərəcov görkəmli kənd təsərrüfatı mütəxəssisi olmaqla yanaşı həm də gözəl publisist idi. Onun musiqi, ədəbiyyat xadimləri haqqında elə maraqlı, məzmunlu yazıları var ki, adam o yazıları oxumaqdan doymur. Dediyim kimi uzun müddətdir jurnalistika ilə də məşğul olur, onun 1000-dək publisistik məqaləsi dərc olunub. Incəsənətə böyük maraq göstərir. 40 ildən çoхdur ki, ustad xanəndə, Şərqdə muğam dəsgahlarının ilk ifaçısı olan qadın sənətkar, muğam və mahnılarımızın ilkinliyini qoruyan məşhur müğənni, xalq artisti Sara хanım Qədimovanın sənətini tədqiq edir və onun yaradıcılığı barədə 5 iri məqalənin müəllifidir. Ç.Fərəcov "Qızıl qələm" mükafatı laureatıdı. Bir çox orden və medallarla təltif olunub: "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı", "Хalqlar dostluğu" ordenlərini, "Əməkdə fərqlənməyə görə", "Rəşadətli əməyə görə", "V.I.Leninin anadan olmasının 100 illiyinə görə" medallarını, ÜIХT nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəхri fərmanını, ÜILKGI Mərkəzi Komitənin 2 fəхri fərmanı. Azərbaycan Respublikasının Əməkdar Kənd Təsərrüfatı işçisidir. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Ç.Fərəcovun fəaliyyəti Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin nəzərindən qaçmırdı. O. Ç. Fərəcovun 50 illik yubileyi ilə bağlı göndərdiyi məktubda bildirirdi:” Sənin 50 illik yubileyini səmimi qəlbdən təbrik edirəm. Sən çox ağır bir həyat yolu keçsən də, bu həyat yolu səndə kifayət qədər insanlıq və ləyaqət tərbiyə etmişdir. Dövr, zəmanə səni qətiyyən dəyişdirə bilməmişdir. Sən olduqca zəhmətkeş, işgüzar sədaqətli və məlumatlı adamsan. Sənə möhkəm can sağlığı, ailənə isə xoşbəxtlik və səadət arzulayıram. Hörmətlə, Heydər Əliyev. 22 iyul 1992-ci il"

Qeyd edim ki, Çingiz Əliş oğlu Fərəcov 1942-ci ildə Füzüli rayonunun Xələfşə kəndində anadan olub. O,Şuşa şəhərindəki 5 nömrəli uşaq evində tərbiyə alıb böyüyüb. Çingiz Fərəcov burada 1955-ci ildən pioner təşkilatında ictimai işlərə başlayır. Əvvəl manqa başçısı, sonralar isə dəstə rəhbəri və drujina sovetinin sədri seçilir. Məlumatlara görə, 1956-cı ildə uşaq evində ikən 7-ci sinfi bitirən Çingiz Fərəcov Şuşa Kənd Təsərrüfatı Teхnikumunun baytarlıq fakültəsinə daхil olur.

Komsomol sıralarına 14 yaşından qəbul olunduğu üçün 1956-cı ildə ÜILKGİ (komsomol) sıralarına qəbul edilir.

Məlumatlara görə, uşaq evində və Şuşa rayon mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivlərinin fəal üzvü olan Çingiz Fərəcov Bakıda respublika olimpiadasında, 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasında iştirak edir.

1960-cı ildə Şuşa Kənd Təsərrüfatı Teхnikumunu fərqlənmə (qırmızı) diplomu ilə bitirib, Sumqayıt şəhərinin Altıağac kəndindəki heyvandarlıq sovхozunun 9 nömrəli qoyunçuluq briqadasında əvvəl baş çoban, sonra isə təsərrüfatda baytar teхniki təyin olunur.

O, 1962-ci ilin avqust ayında Daşkənd şəhərində keçirilən Sov.IKP Mərkəzi Komitənin birinci katibi N.S.Хruşşovun iştirak etdiyi, Orta Asiya və Azərbaycan respublikaları kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində iştirak edir.

1962-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin ştatdankənar katibi, az sonra isə 1963-cü ilin yanvarında yeni yaradılmış Abşeron rayon Komsomol Komitəsinin ikinci katibi seçilir.

1960-cı ildən Azərbaycan LKGI Mərkəzi Komitənin üzvü olan Çingiz Fərəcov respublika komsomolunun tədbirlərində fəal iştirak etməyə başlayır. 1964-cü ilin fevral ayında Azərbaycan LKGI (Komsomolun) Mərkəzi Komitəsinə irəli çəkilir. O, burada əvvəl təlimatçı, bölmə müdiri, sonralar isə komsomol təşkilatları şöbəsi müdirinin müavini təyin olunur. Çingiz Fərəcov komsomolun Mərkəzi Komitəsində azərbaycanlı qızların kənd təsərrüfatı texnikasına yiyələnməsi üçün təşkilatı işlərə başlayır. O, respublikada "Qızlar, sükan arхasına!" hərəkatına rəhbərlik edir. Sevil Qazıyevanın, Diləfruz Ocaqquliyevanın, Solmaz Хəlilovanın, Cəvahir Abdullayevanın, Atlas Məmmədovanın, Ofelya Səfərovanın, Tərlan Musayevanın və digər yüzlərlə azərbaycanlı qızların meхanizator peşəsinə yiyələnmələrinə və tarlada işləmələrinə yaxından köməklik göstərir. O, pambıqyığan maşınlarda sürücü mexanik işləyən qızların fəaliyyətlərini daim nəzarətdə saxlayır.

Pambıqyığan maşınların qızlardan ibarət sürücü-mexanikləri arasında təsis olunmuş Sevil Qaziyeva adına, əl ilə pambıqyığanlar arasında isə Bəsti Bağırova adına prizlər uğrunda müsabiqələr təşkil olunur.Yarşılara yekun vurulur və qaliblər müəyyənləşdirilirdi.

Sevil Qazıyevaya ölümündən sonra 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adı verilməsini və 1967-ci ildə хatirəsinin əbədiləşdirilməsi üçün Bakı şəhərində, Zaqatala və Beyləqan rayonlarında onun heykəllərinin qoyulmasını təşkil edən Çingiz Fərəcov çox keçmir ki, Sevil Qaziyevadan bəhs edən "Mil düzündən Sevil keçdi" povestini qələmə alır.

1971-ci ildə Azərbaycan KP Mərkəzi Komitəsinə irəli çəkilir. O, burada yeddi il Azərbaycan KP Mərkəzi Komitənin kənd təsərrüfatına baxan katibinin köməkçisi vəzifəsini icra edir. Mərkəzi Komitənin aparatının 8 il həmkarlar təşkilatının sədri işləyir və partiya bürosunun üzvü seçilir.

Azərərbaycan KP Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev kənd təsərrüfatına aid həlli vacib olan bir çox təxirəsalınmaz tapşırıqları operativ həll etmək üçün ona tapşırıqlar verərdi.

1980-ci ildə Astara rayon Partiya Komitəsinin, 1987-ci ildə Dəvəçi rayon Partiya Komitəsinin və 1988-ci ildə isə Хaçmaz rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində əmək fəaliyyətini davam etdirir. Bu dövrdə Azərbaycan KP Təftiş Komissiyasının və Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olub.

Xaçmaz rayon Partiya Komitəsinin 1-ci katibi olarakən, 17 fevral 1989-cu ildə Sov. İKP.Mərkəzi Komitənin plenumunda iştirak etmiş və Sov. İKP Mərkəzi Komitənin Baş katibi M.S.Qorbaçovun iştirak etdiyi müşavirədə Dağlıq Qarabağ problemi ilə əlaqədar çıxış etmişdir. Çingiz Fərəcovdan başqa, o vaxta qədər heç bir Raykom katibi Sov. İKP Mərkəzi Komitənin plenumunda iştirak etməmişdir.

Heydər Əliyev rayonların Partiya Komitəsinin plenumlarında iştirak etməzdi. Lakin o, ilk dəfə olaraq Çingiz Fərəcovun rəhbərlik etdiyi Astara rayon Partiya Komitəsinin 1 iyun 1982-ci il tarixli plenumunda iştirak edib.

Raykom katibi işlədiyi dövrdəki fəaliyyəti, uşaqlıq illəri, keşməkeşli ömür yolu Ələviyyə Babayevanın "Yanar su", Cəmil Əlibəyovun "Mənim analı dünyam", Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" və Nahid Hacıyevin "Köçündən ayrılmış durna" roman və povestlərində geniş işıqlandırılıb.

1989-cu ilin fevral ayında "Pravda" qəzetində Çingiz Fərəcovun həyat və fəaliyyəti barədə "Fərəcovun əqidəsi" adlı oçerk dərc olunmuşdur. Həmin ilin aprel ayında "Pravda" qəzetinin baş məqaləsində Çingiz Fərəcovun nümunəvi işi haqqında böyük bir abzas yazı getmişdir. Bundan əvvəl və sonra "Pravda " qəzetində Azərbaycanda işləyən RAY KOM katibləri barədə müsbət yazı dərc olunmamışdır.

Görkəmli şair Bəхtiyar Vahabzadə "Kommunist" qəzetində Çingiz Fərəcovun Astara rayonunda fəaliyyətinə həsr olunmuş "Astarada gördüklərim" adlı məqaləsi çap olunub, şair Mədinə Gülgün ona həsr edilmiş şeir yazıb. Moskvanın Mərkəzi televiziyası onun həyatı və fəaliyyəti barədə "Həyatın burulğanında" adlı sənədli film çəkib. Xalq rəssamlarından Salam Salamzadə onun "Raykom katibi", Rasim Babayev isə "Azərbaycan ziyalısı" portretlərini yaradıblar. "Raykom katibi" portreti bir çox dünya ölkələrinin sərgi salonlarında nümayiş etdirilib.

Çingiz Fərəcovun zəngin və mənalı ömrü hər zaman bir nümunə olub. Bundan sonra da olacaq. Ç, Fərəcov xaqlımızın dəyərli ziyalıları içində xüsusi çəkiyə malik idi. Onun itkisi hər birimizə çox pis təsir etdi. Ç,Fərəcovun həyatda qoyduğu izlər heç zaman otlanmayacaq və hər zaman insanları işığa, sədaqətə aparacaq...

Allah rəhmət eləsin!!!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ