çərşənbə günü, 07 oktyabr 2026
     

Şimali Azərbaycan ədəbiyyatında məşhur “cənub mövzusu”...

Image


Azərbaycan ədəbiyyatında elə yazıçı, elə şair tapılmaz ki, onun yaradıcılığında Cənub mövzusuna yer ayrılmasın. Bir zamanlar bütöv Azərbaycanı Cənuba və Şimala bölənlər bir şeyi unutdular ki, torpağımızı parçalayıb saxta, qondarma sərhədlər yaratsalar da, heç zaman bu xalqın birliyini, bütünlüyünü əllərindən ala bilməyiblər.

Azərbaycan adlı qocaman, əzəmətli ağacın qol-budağını baltalasalar da, onun kökünü kəsə bilməyib düşmənlərimiz. Böyük bir xalq ayrılığa məhkum olunsa da, heç zaman bir-birindən ayrı düşməyib, gözdən iraq olsalar da, könüldən iraq olmayıblar.

Şimali Azərbaycan şair və yazıçıları Cənub dərdini ədəbiyyatımızda canlandırıblar, həsrət dolu bayatılarımız şairlərə ilham qaynağı olub ki, daha böyük əsərlər yazıb-yaratsınlar, soydaşlarımızın harayını dünyaya çatdırsınlar. Şəhərlərin gözü və gözəli Təbriz şairlərimizin şeirlərinin ilham mənbəyi olub, bu gün də olmaqdadır.    

Güney mövzusuna müraciət edən şairlərdən, əlbəttə, xalq şairi, alovlu vətənpərvər Səməd Vurğunun adını xüsusi çəkməliyik. Şairin “Körpünün həsrəti”, “Yandırılan kitablar” və başqa şeirləri Cənubla bağlıdır. S.Vurğunun Cənub həsrətilə yazdığı “Körpünün həsrəti” şeirini maraqlı tarixçəsi var. Yazılanlara görə, 1948-ci ilin oktyabrın 28-də şair həyat yoldaşı ilə bərabər İrəvana gedirmiş. Arazın üstündən salınmış “Xüdafərin” körpüsünün yanında qatarın dayanmasından istifadə edən şair, körpünü seyr edir və həmin şeir belə meydana gəlir.
Araz qırağında dayandı qatar,
Elə bil qəlbim də dayandı bir dəm...
Sıxlaşdı göydəki seyrək buludlar,
Deyəsən, başıma dolandı aləm.

Səməd Vurğun həmin vaxt o tayda gördüklərini 1950-ci ildə Bakıda rus dilində nəşr olunmuş “Cənubi Azərbaycan şairləri” kitabına yazdığı müqəddimədə ifadə edib: “Arazın o tayındakı dağların, çılpaq qayaların ətəklərində bomboş bir kənd vardır. Mən heç olmazsa, bircə nəfər adam görmək, at kişnəməsi, it hürüşü eşitmək ümidi ilə uzun müddət bu kəndə baxdım. Lakin heyhat!.. qarşındakı bu kənddə heç bir həyat əlaməti yox idi”.
Laylası məhzun,
Nəğməsi məhzun.
Həsrəti ömründən uzun.
Karvandan üzülmüş ağ dəvəsi.
Gözlərində böyük ümidin uzaq töhfəsi
Neçə evinin küçə divarı kor,
Dodaqları quru,
Bulaqları gur.

Bu isə xalq şairi Rəsul Rzanın “Təbrizim mənim” şeirindən misralardır.

Etiraf edək ki, poeziyamızda Cənub mövzusuna müraciət edən şairlərin önündə xalq şairi Süleyman Rüstəm gedir. Şairin bu mövzuda saysız şeirləri var.

Sənin çiçəyinə, gülünə qurban,
Mənə qardaş deyən dilinə qurban.
Vətəninə qurban, elinə qurban,
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim

Bu misralar sözün həqiqi mənasında Təbrizə həsr edilən ən gözəl şeirin parçasıdır.

Könlümdə müqəddəs bir həsrətim var,
Ləkə götürməyən həqiqətim var.
Görün, nə maraqlı bir qismətim var,
O taylı, bu taylı Süleymanam mən.

Bu da o taylı, bu taylı Azərbaycanı vəsf edən, öz yaradıcılığında Cənub mövzusuna xüsusi yer verən Süleyman Rüstəmin misralarıdır.

O tay-bu tay, Cənub-Şimal, Güney-Quzey mövzuları ədəbiyyatımızın ana xətti olub həmişə.

Araz, hər yaz şimalında, cənubunda çəmən birdir, Bu torpaqda, o torpaqda qərənfil, yasəmən birdir, Suya xəncər, bıçaq vursan da, ayrılmaz həqiqətdir. Uzaqdır ayrılıq bizdən, ürək birdir, bədən birdir. Araz tən ortasından qəlbinin axdıqca, ey Rüstəm, Haray sal, qoy bütün aləm eşitsin ki, Vətən birdir!

Ustad şair açıq göstərib ki, Cənub Şimaldan zorla qoparılsa da, amma ruhən, mənən ayrılmayıb, torpağı da, suyu da birdir. 

Yalnız poeziya deyil, nəsr sahəsində də ədəbiyyat xadimlərimiz maraqlı əsərlər yaradıb.

Böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” romanı Azərbaycan tarixi roman janrının ən unikal nümunələrindən biridir. Özü də tarixi roman janrının ilk örnədir.

M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən "Dumanlı Təbriz" romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir.

Məlumdur ki, Cənubi Azərbaycan mövzusunda yazılan əsərlərdə soydaşlarımızın milli azadlıq hərəkatı geniş təsvir edilib.

1945-ci ilin 12 dekabrında (21 Azər) Cənubi Azərbaycanda milli hökumətin qurulması nə qədər qürurverici idisə, onun fars şovinstləri tərəfindən beşiyində boğulması o qədər dəhşətli və faciəvi idi. Ekspertlər qeyd edir ki, ədəbiyyatımızda Cənubi Azərbaycanda milli hökumətin süqutunu əks etdirən çoxlu sayda əsərlər yarandı. Ədəbiyyatşünaslar bildirir ki, Cənubi, istərsə də Şimali Azərbaycanda 1946-cı ildən sonra yaranan əsərlərdə mövcud quruluşu, şah rejiminin xalqa tutduğu amansız divanı, irtica əleyhinə yönəldilmiş azadlıq mübarizəsini əks etdirən demokratik ruh xüsusi yer aldı. Bu baxımdan, Mirzə İbrahimovun 1946-1947-ci illər arasında yazdığı "Cənub hekayələri" silsiləsinə daxil olan "Azad", "12 dekabr", "Tonqal başında", "İztirabın sonu" əsərlərində 1942-1946-cı illərdə gedən ümumxalq hərəkatının geniş miqyas alması, irticaçı qüvvələrə qarşı mübarizə və azadlıq ideyaları mühüm yer tutur. Ənvər Məmmədxanlının "Karvan dayandı", "Baş xiyabanda", "Qızıl  qönçələr" və başqa əsərlərində də Cənub mövzusuna müraciət olunub. Onu da bildirək ki, bu yazıçıların çoxu Cənubi Azərbaycanda birbaşa bu hadisələrin iştirakçısı olublar və gördüklərini qələmə alıblar. Bu hadisələrdən hekayə, povest və romanlar yaranıb.  Heç şübhəsiz ki, bu nümunələr arasında xalq yazıçısı İlyas Əfəndiyevin “Xəncər” hekayəsinin xüsusi yeri var. İ.Əfəndiyevin "Xəncər" hekayəsi də Cənubi Azərbaycanda azadlıq hərəkatına, milli hökumət quruculuğuna həsr edilmiş ən maraqlı əsərlərdən biridir. Hekayənin əsas mövzusunu vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizədə hər cür mərhumiyyətlərlə üzləşən, hətta öz həyatlarını belə qurban verməkdən çəkinməyən yenilməz insanların misilsiz fədakarlıqları təşkil edir. Tədqiatçılar yazır ki, xalıq yazıçısı "Unuda bilmirəm", "Hökmdar və qızı" pyeslərində Cənub mövzusuna toxunub. Sonralar bu mövzunu dərinləşdirərək Cənubi Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olan Şeyx Məhəmməd Xiyabaniyə həsr etdiyi “Şeyx Məhəmməd Xiyabani" pyesini yazıb. Bu pyes o tayda gedən ictimai-siyasi hadisələrə fəal münasibətindən xəbər verir.

Şimali Azərbaycan ədəbiyyatında onlarla şair yazıçı bu mövzuya müracət edib.

Beləliklə, S.Vurğun, S.Rüstəm, R.Rza, onlardan sonra B.Vahabzadə, N.Xəzri, Ə.Kürçaylı, Q.Qasımzadə, N.Həsənzadə, A.Zeynallı, C.Novruz, M.Araz, X.Rza və başqa şairlərin yaradıcılığında Cənub mövzusunda maraqlı şeir örnəkləri yaradıblar. Biz bu dəfə yığcam şəkildə Güney Azərbaycan mövzusunda yazan Şimali Azərbaycan yazarlarından və onların əsərlərindən danışdıq. Təbii ki, mövzunu geniş təqdim etmədik. Əlbəttə, növbəti saylarımızda mövzunu davam etdirəcəyik. Bundan başqa biz gələn yazılarımızda əslən Cənubi Azərbaycandan olan, lakin Şimali Azərbaycanda yaşayan Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir,  Mədinə Gülgün, Hökumə Billuri kimi şairlərimizin yaradıcıllığından da danışacağıq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:48
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ