Bazar günü günü, 08 noyabr 2026
     

Rusiya - Qərb nüvə silahı ritorikası qızışdı...

Image


Şimal qonşumuzla Qərb arasında son günlərdə nüvə silahı ilə bağlı yenidən kəskin ziddiyyətlər müşahidə olunur. Məsələ burasındadır ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirməyə hazırlaşır. Rusiya prezidenti Vladimir Putin  “Rossiya-24” kanalında gedən müsahibəsində faktı təsdiq edib. Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, ondan bu silahların Belarusda yerləşdirməyi xahiş edir.

Rusiya liderinin sözlərinə görə, Lukaşenko Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi məsələsini çoxdan qaldırıb: “ABŞ bunu çoxdan bir sıra ölkələrdə yerləşdirib, ona görə də Belarusun tələbində qeyri-adi heç nə yoxdur. Biz silahları Belarusa təhvil vermirik, ABŞ-ın Avropada etdiyi kimi, onları yerləşdiririk”. Putin qeyd edib ki, Belarusda taktiki nüvə silahlarının saxlanması üçün anqarın tikintisi iyulun 1-dək başa çatdırılmalıdır. O, taktiki nüvə silahından istifadə edə bilən “İsgəndər” raket sisteminin artıq Belarusa verildiyini diqqətə çatdırıb. Aleksandr  Lukaşenko daha əvvəl bəyan edib ki, Belarus Hərbi Hava Qüvvələrinin bir sıra təyyarələri yenidən təchiz olunub və onlar nüvə raketləri daşıya bilir. Putin isə belə təyyarələrin sayının on olduğunu xatırladıb. Rusiya prezidentinin dediyindən belə çıxıb ki, Belarusda nüvə silahı yerləşdirmək qərarı Böyük Britaniyanın Ukraynanı uran mərmiləri ilə təmin etmək niyyətini bəyan etməsindən sonra verilib. Amma Rusiya özü belə mərmiləri nüvə silahı hesab etmir. Putin özü bildirib ki, Rusiyada “yüz minlərlə belə mərmi var. Bununla belə, Moskva Britaniyanın niyyətinə son dərəcə kəskin reaksiya verib, Londonu nüvə eskalasiyasında ittiham edib və cavab tədbirləri vəd edib. Qərb bütün bunlara sərt reaksiya verib. ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel  bildirib ki, Vaşinqton vəziyyətə nəzarəti davam etdirəcək. Bununla belə, o vurğulayıb ki, ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür və Vaşinqton öz nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə salmağı lazım bilmir.  Oxşar bəyanatla Pentaqon və ABŞ Milli Təhlükəsizlik Şurası da çıxış edib. Amerika Müharibənin Öyrənilməsi İnstitutu Putinin müsahibəsini “növbəti informasiya əməliyyatı​” adlandırıb. İnstitutun ekspertləri hesab edirlər ki, Putin Ukraynanın Qərb müttəfiqlərini qorxutmaq üçün Rusiya hərbi-sənaye kompleksinin imkanlarını şişirdir. Amma Avropa İttifaqı fərqli düşünür. Qurumun xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel qeyd edib ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə, Avropa İttifaqı yeni sanksiyalar tətbiq etməyə hazırdır: "Belarus hələ də bunu dayandıra bilər, bu onların seçimidir. Avropa İttifaqı növbəti sanksiyalarla cavab verməyə hazırdır". Borrel, həmçinin, Belarusun Rusiya nüvə silahlarının yerləşdirilməsini eskalasiya və Avropa təhlükəsizliyinə təhdid adlandırıb. NATO-nun sözçüsü Oana Lunqesku də qurumun mövqeyinin bu məsələdə tənqidi xarakter daşıdığını vurğulayıb: “Rusiyanı təhlükəli və məsuliyyətsiz nüvə ritorikasına görə tənqid edirik”. O bildirib ki, Alyans vəziyyəti diqqətlə izləyir: “NATO müttəfiqləri öz beynəlxalq öhdəliklərinə tam hörmətlə yanaşırlar. Rusiya isə bu yaxınlarda Yeni START Müqaviləsində iştirakını dayandırdırdıqdan sonra silahlara nəzarət üzrə öhdəliklərini daim pozur”. Almaniya Xarici İşlər Nazirliyinin Putinin Belarusda taktiki nüvə silahları yerləşdirilməsi barədə qərarına dair şərhində isə deyilir: “Rusiya Prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı nüvə ritorikasının daha da gücləndirməsinin təzahürüdür”. Bildirilib ki, Rusiya bu addımına heç bir halda haqq qazandıra bilməz. Bir çox Avropa ölkələri də Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatını pisləyib.

Taktiki nüvə silahları daha güclü olan uzaqmənzilli raketlərə quraşdırılmış nüvə başlıqları ilə müqayisədə qısa mənzilli və aşağı məhsuldarlığa malikdir. ABŞ-ın 200-ə yaxın taktiki nüvə silahı var. 4 metrlik B61 nüvə bombalarının məhsuldarlığı 0.3 ilə 170 kiloton arasındadır. Onların təxminən yarısı İtaliya, Almaniya, Türkiyə, Belçika və Hollandiyadakı hava bazalarında yerləşdirilib. Rusiyanın 2000-ə yaxın işlək taktiki döyüş başlığı olduğu məlumdur. SSRİ-nin dağılmasından sonra heç vaxt nüvə silahlarını öz sərhədlərindən kənarda yerləşdirməyən Moskva bu silahlara nəzarəti davam etdirəcəyini bildirir. Bununla belə, Putin Belarusa neçə taktiki nüvə silahı göndərəcəyini və ya nə vaxt göndərəcəyini açıqlamayıb. Baş verənlərdən narahat olan Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili olaraq növbədənkənar iclasının keçirilməsini tələb edib. Ukrayna Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bu xüsusda bildirilib: “Ukrayna Britaniya, Çin, ABŞ və Fransadan Kremlin nüvə təhlükəsinə qarşı təsirli addımlar gözləyir. Bu məqsədlə biz BMT Təhlükəsizlik Şurasının təcili olaraq növbədənkənar iclasının çağırılmasını tələb edirik”. Amma bunlara rəğmən, Rusiya tezliklə nüvə silahlarının idarə edilməsi ilə bağlı belaruslu şəxsi heyətə təlimlər keçməyə başlayacaq. Beləliklə, Moskva 1990-ci ilin ortalarından bəri ilk dəfə olaraq ölkə xaricində nüvə silahları yerləşdirəcək. Belarus Ukrayna ilə uzun quru sərhədinə malikdir və NATO üzvləri olan Polşa, Litva, eləcə də Latviya ilə qonşudur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ