çərşənbə günü, 21 oktyabr 2026
     

AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

Image


Sədrəddin Soltan: "Belə qətnamələrə nəzər yetirəndə adama elə gəlir ki, hazır mətnlərin sadəcə tarixi dəyişdirilib"

İyulun 17-də Belçika Nümayəndələr Palatası Azərbaycanın suveren ərazisində – Qarabağda keçirdiyi antiterror tədbirlərini təhrif edən və ölkəmizə qarşı əsassız ittihamlarla dolu olan qətnamə qəbul edib.

Sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn reallıqlarına zidd olmaqla yanaşı, açıq şəkildə Ermənistanın və onun dəstəklədiyi separatçı ermənilərin mövqeyini müdafiə edir.

Belçika parlamenti qondarma “artsax” rejiminə qarşı keçirilmiş qanuni antiterror əməliyyatını “hücum” kimi qiymətləndirib və bu addımın beynəlxalq hüquqa zidd olduğunu iddia edib. Halbuki, Azərbaycan həmin ərazidə öz suverenliyini bərpa edib və bu, BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə tam uyğundur.

Sənəddə “Qərbi Azərbaycan” konsepti çərçivəsində səsləndirilən bəyanatlar da qərəzli şəkildə “hədə” kimi təqdim olunub. Halbuki, Azərbaycan yalnız tarixi ədalətin və azərbaycanlıların geri dönüş hüququnun təmin olunmasından danışır. Bu mövqeyi təhrif etmək Azərbaycan əleyhinə kampaniyanın tərkib hissəsidir.

Qətnamədə Azərbaycanın qondarma “Qarabağ rəhbərlərini” guya “qanunsuz” saxladığı və “müəmma doğuran” məhkəmə prosesləri apardığı iddia olunur. Əslində isə Azərbaycan məhkəmələri beynəlxalq hüquqa uyğun şəkildə hərbi cinayətlərdə şübhəli bilinən separatçılara qarşı araşdırma aparır.

Qətnamənin həmmüəllifi, deputat Mişel de Maegd verdiyi açıqlamada guya Azərbaycanın “sülh üçün yeni şərtlər irəli sürdüyünü”, Ermənistanın isə “yalnız suverenliyinə hörmət tələb etdiyini” bildirib. Bu mövqe Ermənistanın son 30 ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımları, işğalları və etnik təmizləmələri bilərəkdən səfnazaər edir.

Azərbaycan cəmiyyəti bu qətnaməni qətiyyətlə pisləyir və Belçika parlamentini Cənubi Qafqazda sülh və sabitliyi pozacaq belə birtərəfli və təxribat xarakterli qərarlardan çəkinməyə çağırır.

Avropa ölkələri həm Azərbaycandan enerji təhlükəsizliyi umur, həm də beynəlxalq hüquqa zidd olaraq separatçı və qondarma "artsax" rejimini müdafiə edir. Bu cür təzadlı xarici siyasət strategiyasının məqsədi nədən ibarətdir?

Baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, Belçika Nümayəndələr Palatası “qaşınmayan yerdən qan çıxarmaq” kimi ənənəvi davranışını davam etdirir: "Belçika Nümayəndələr Palatası sanki Avropa Parlamentinin filialı rolunda çıxış edir. Çünki Avropa İttifaqının parlamenti anti-Azərbaycan çıxışlarına görə bu sahədə öndə gedir. Belçika və Niderland Krallığı da onu yamsılayır.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra, 2020-ci ilin dekabrında Belçikanın Nümayəndələr Palatası öz torpaqlarını işğaldan azad etdiyi üçün Azərbaycana qarşı qətnamə qəbul etmişdi. Deputatlar Belçika hökumətini ermənilərə yardım etməyə çağırmışdı.

Belçikadan olan deputatlar eyni mövqeyi Avropa Parlamentində, Benilüks ölkələri parlamentində də nümayiş etdirirlər. Müqayisə üçün qeyd edək ki, həmin qurumda təmsil olunan Niderland parlamentinin Nümayəndələr Palatası 2024-cü ilin oktyabrında Azərbaycan əleyhinə birtərəfli və qərəzli iki qətnamə çıxarıb, ölkənin xarici işlər naziri həmin sənədləri dəstəkləmişdi. 2020-ci ilin oktyabrından 2024-cü ilədək Azərbaycan əleyhinə 27-dən çox təxribat xarakterli qətnamə qəbul edib.

Belə qətnamələrə nəzər yetirəndə adama elə gəlir ki, hazır mətnlərin sadəcə tarixi dəyişdirilib. Çünki həmin parlamentlərdə təmsil olunan deputatlar üçün Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması maraqlı deyil.

Elə təəssürat yaranır ki, onlara Azərbaycana qarşı çıxış etmək illər öncə bir dəfə tapşırılıb, bunun üçün pulları verilib. Buna görə də həmin qurumlarda təmsil olunanlar hər il eyni mövzunu bir qədər fərqli redaktədə təkrar edirlər".

Onu da qeyd edək ki, Belçika parlamenti, Avroparlament və digər Avropa ölkələri bir tərəfdən Azərbaycan dövlətini əsassız olaraq tənqid edir (beynəlxalq hüquqa görə ərazi bütövlüyünü bərpa etmək hər bir dövlətin haqqıdır), digər tərəfdən isə Avropa İttifaqı Azərbaycandan təvəqqə edir ki, Avropaya illik qaz ixracatını 20 milyard kubmetrə çatdır. Avropanın bu təzadlı mövqeyini deyəsən heç özü də anlamır. Çünki dünyada Azərbaycan qazının müştərisi kifayət qədər çoxdur. Üstəgəl, hazırda qaz ticarətində maye qaz ixracatı daha populyardır ki, buna da heç bir kəmər gərək deyil. Yəni Azərbaycanın qaz ixracatını şaxələndirmək üçün artıq kəmərə ehtiyacı yoxdur. Gələcəkdə Orta Asiya ölkələrinin (Qazaxıstan , Özbəkistan və Türkmənistan) qaz ixracatı da Azərbaycan üzərindən reallaşdırılacaqsa, Bakıda maye qaz qablaşdırılması zavodunun tikilməsi iqtisadi cəhətdən səmərə verə bilər. Məsələn, hazırda Qətərin hasil etdiyi qazın 90 faizi mayeləşdirilmiş formada ixrac edilir. Azərbaycan da bu praktikadan istifadə edərək Avropaya qaz ixracatını azalda bilər. Avropa ölkələri bunu nəzərə almalıdır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ