Cümə günü, 18 iyul 2025
     

Ərdəbilin mollası Ameli hələ də vəzifədən qovulmayıb...

Image

Azərbaycan İranla münasibətlərinin normal məcrada inkişafında maraqlı olsa da, qarşı tərəf analoji istək nümayiş etdirmir. Bunu iran hakimiyyətinə bağlı media vasitələrinin antiazərbaycan mövqeyindən də sezmək mümkündür. Elə bu fonda İranın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyi bildirir ki, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib: "Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub". Bundan əvvəl, bəzi yerli media orqanlarının məlumatına görə, Azərbaycanda təhsil alan bir neçə iranlı tələbə əxlaqa zidd davranışlarla bağlı ölkədən deport olunub. Onların burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları  bəlli olub. Bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub.  Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deport edilib. Qeyd edək ki, yanvarın 1-də də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, dekabrın 29-da Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin iştirak etdiyi tədbirdə Azərbaycana və onun dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib: "Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib". İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçili bu ölkənin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmasına münasibət bildirib. Onun sözlərinə görə, İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amelinin Azərbaycana qarşı dedikləri İran hökumətinin mövqeyini əks etdirmir: "İranın əsas siyasəti qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə dostluq əlaqələrini genişləndirməkdir". Amma qeyd edilməlidir ki, Seyid Həsən Ameli İranın ali dini lideri Ayətullah Xameneyi tərəfindən Ərdəbilə nümayəndə təyin edilib. Deməli, onun dedikləri həm də İranın rəsmi mövqeyidir. Xatırladaq ki, bu günlərdə prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bu məsələyə toxunub: "O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?". Dövlət başçısı deyib ki, baş verənlərlə bağlı İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil: "Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar. Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir". Bu arada onu da qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından iki il ötür. Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.  Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycan ilə İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycanın İrandakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb. Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin iki il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. Lakin hökm hələ də icra edilməyib.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 14:20
Azərbaycan MDB İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina etdi

18.07.2025 / 14:06
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

18.07.2025 / 13:50
Masallıda 12 minlik qızıl oğurlayan şəxs yaxalandı

18.07.2025 / 13:38
"Türkiyə-Azərbaycan münasibətləri özünün ən yaxşı dövrünü yaşayır" - Səfir Birol Akgün

18.07.2025 / 13:25
“Formula-1” tribunalarında tamaşaçı sayı 2 min nəfər artırılıb

18.07.2025 / 13:14
Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FOTO

18.07.2025 / 12:47
Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

18.07.2025 / 12:38
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı oldu - FOTO

18.07.2025 / 12:30
Rusiyanın 20-dən çox bankı SWIFT sistemindən atılır...

18.07.2025 / 12:26
Prezident Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

18.07.2025 / 12:22
"Süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə öz töhfəsini verəcək" - Prezident

18.07.2025 / 12:19
Prezident İlham Əliyev ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

18.07.2025 / 12:00
Qubada "Kamaz" və "Jiquli" toqquşub

18.07.2025 / 11:35
Polis təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə xəbərdarlıq etdi!

18.07.2025 / 11:25
Zelenski Rüstəm Umerovu Təhlükəsizlik Şurasının katibi təyin etdi

18.07.2025 / 11:22
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb

18.07.2025 / 11:17
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur

18.07.2025 / 11:12
Banklar, 105 gəmi, "Şimal Axını" - Avropa İttifaqından Rusiyaya qarşı ən sərt sanksiya!

18.07.2025 / 11:06
Naxçıvanın Baş naziri müşavirə keçirib

18.07.2025 / 11:02
ABŞ Senatından USAID-ə 9 milyard dollarlıq zərbə!

18.07.2025 / 10:30
“Hulusi Akar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirdi” – EMİN HƏSƏNLİ

18.07.2025 / 10:18
"Şelburn" - "Qarabağ" matçını bu hakimlər idarə edəcək

18.07.2025 / 10:11
"Tehran erməni dostlarına güvənir" - Mehdi Sobhani

18.07.2025 / 10:06
"Qərb Gürcüstanı qarışdırmağa hazırlaşır" - spikerdən AÇIQLAMA

18.07.2025 / 10:00
Türkiyədə antiterror əməliyyatı - 153 İŞİD-çi saxlanılıb

18.07.2025 / 09:30
Trampdan ŞOK ADDIM - Bu məşhur nəşri məhkəməyə verir!

18.07.2025 / 09:22
Daha bir reper saxlanıldı - bu dəfə söyüşə görə...

18.07.2025 / 09:20
Tələbə təqaüdlərindən adambaşına 3 manat tutqu narazılıq yaradıb...

18.07.2025 / 09:17
11 ölkədən Suriyaya dəstək BƏYANATI

18.07.2025 / 09:09
"Sabah" Avropa Liqası ilə vidalaşdı - hədəf Konfrans Liqasıdır

18.07.2025 / 09:05
Bakının bu əraziləri qazsız qalacaq - XƏBƏRDARLIQ

18.07.2025 / 09:00
Fransada sosial gərginlik - Həmkarlar İttifaqları tətil elan etdi!

18.07.2025 / 08:33
Azərbaycanlıların Rusiyadan vətənə pul göndərişinə məhdudiyyət qoyulacaq...

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910