şənbə günü, 14 noyabr 2026
     

Şəhid qəhrəmanlarımız haqqında əsərlərin dərsliklərə salınması...

Image


1992-ci ildən fəaliyyətə başlayan Respublika Xatirə Kitabı Redaksiyası tariximizin qiymətli, dəyərli səhifələrini özündə əks etdirir. Bəs görəsən, ötüb arxada qalan bu illər ərzində redaksiya heyəti hansı işlər görüb? Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, "Yada düşdü" jurnalının baş redaktoru və təsisçisi, şair Nəzakət Məmmədli ilə söhbətimizi bu suallar ətrafında qurduq. Baş redaktor illərin tarixini geriyə vərəqləyərək dedi:

– İyirmi ildən çoxdur Respublika Xatirə Kitabı Redaksiyasında çalışıram. 1997-ci ildə Xatirə kitabının 1-ci cildi kiril əlifbası ilə işıq üzü gördü. 2001-ci ilə qədər bu dəyərli kitabın 3 cildini buraxdıq. Hazırda Xatirə Kitabının 16 cildi nəşr olunur. Kiril əlifbası ilə nəşr olunan kitabları da latın əlifbası ilə yenidən çap etdik. Ümumiyyətlə, 20 cildliyin nəşri nəzərdə tutulub.

– Xatirə Kitabında hansı dövrləri, hansı illəri əks etdirmisiniz?

– Respublika Xatirə Kitabında 1941-1945-ci illərdən başlayaraq bütün müharibələr, münaqişələr, müstəqillik dövrləri, zorla cəlb edildiyimiz Qarabağ müharibəsi, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğul və qızlarımızın adları, döyüş yolları əbədiləşdirib. Düzdür, keçmiş İttifaq dövründə İkinci Dünya müharibəsində həlak olan, itkin düşən döyüşçülər haqqında ensiklopediya çapa hazırlanırdı. Təəssüflər ki, respublikamız üçün nəzərdə tutulmuş 20 cilddən cəmi 3 cildi çap olundu. Biz işə başlayanda fəaliyyətimizi yalnız bunlarla məhdudlaşdırmadıq. Qərara gəldik ki, növbəti cildlərdə Qarabağda şəhid olmuş, itkin düşmüş vətəndaşlarımızdan da bəhs edək. Sonra bu siyahıya Əfqanıstan müharibəsində və Çernobıl faciəsində həlak olanlar da daxil edildi.

– Redaksiyanızda Qarabağ müharibəsində itkin düşən, ermənilər tərəfindən əsir aparılan vətəndaşlarımızın taleyi ilə bağlı hansı işlər görülür?

– Əlbəttə, bu istiqamətdə də işlər aparılır. Biz vətəndaşlarımızın taleyinə biganə qala bilmərik. İki ildən artıqdır Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Komissiyası ilə birlikdə əsir və itkin düşmüş vətəndaşlarımız haqqında kitab hazırlayırıq. Əməkdaşlarımızın bu kitabı yazarkən keçirdikləri sarsıntıları, ağrı-acıları sözlə ifadə etmək çox çətindir. Əsirlər erməni qəsbkarlarının başlarına açdıqları oyunlardan, verdikləri işgəncə və əzablardan ürək ağrısı ilə, dilləri yana-yana danışırdılar. Daşnak qəddarlığının sonu yoxdur, bu quldurların qanlı əməlləri insanlıq adına yaraşmayan qara bir ləkədir. Onları dinlədikcə təəssüf hissləri keçirirsən ki, erməni işğalçılarının əzab və işgəncələrinə, cinsi istismarına məruz qalanlar bizim vətəndaşlarımızdır. Biz ermənilərdən hərtərəfli əzab çəkmişik. Həm torpaqlarımız işğal olunub, həm kənd və qəsəbələrimiz, şəhərlərimiz dağıdılıb, həm  də vətəndaşlarımız həlak olub, əsir düşüb. Ürək ağrıdan bir fakt da odur ki, daşnakların zülm və istismarına məruz qalan vətəndaşlarımıza yalandan artıq Azərbaycan adlı bir ölkənin olmadığını deyirlər. Məqsədləri də budur ki, qoy əsirlikdə olanlar geri qayıtmağa yerlərinin olmadığını düşünsünlər. Deməli, ermənilər əsirlərə həm mənəvi, həm də fiziki əzab verirlər. Onlar üçün artıq həyatın bitdiyini təbliğ edirlər. Təbiidir ki, bütün bunlar bizim üçün çox ağrılı və əzablıdır. Nə qədər əzablı olsa da bir an olsun işlərimizdən qalmırıq. Çünki bu faciə bizim tariximizin qanlı səhifəsidir. Bütün bunları biz mütləq qələmə almalıyıq. Bütün baş verənləri yazıb gün işığına çıxarmaq, dünya dövlətlərərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq günümüzün ən aktual və zəruri işlərindən biridir. Ermənilərin zülm və işgəncələrini mütləq yazıb tarixləşdirməliyik. Tarixləşdirməliyik ki, qoy bütün bunları gələcək nəsillər oxuya-oxuya doztumuzu, düşmənimizi yaxşı tanısınlar. Erməni işğalçılarına qarşı nifrətlə böyüsünlər. Çünki yeri gələndə nifrət ən kəsərli silahdır. Belə bir silaha sahib olsaq, yəqin ki, qələbəni asanlıqla qazanarıq. Artıq əsir və itkinlərin ağrılı həyat yollarından bəhs edən kitabın birinci cildi işıq üzü görüb. İkinci cildi isə bu ilin oktyabr ayında çapa veriləcək. Dörd cilddə nəşri nəzərdə tutulan bu kitablar, əslində erməni faşizminin üzünə oxunan ittiham aktıdır.

– Göründüyü kimi, qarşınızda heç də asan məsələlər dayanmayıb. Respublika Xatirə Kitabını qısaca olaraq necə qiymətləndirərdiniz?      

– Mənə elə gəlir ki, Respublika Xatirə Kitabı vətənpərvərlik mövzusunda yazılmış ən dəyərli ensiklopedik abidədir. Yaddaşımızın ağrı-acısı və sızıltısıdır. Müharibələri törədən, insanlara ölüm gətirənlər üçün ibrət dərsi verən bir kitabdır.

– İşləriniz gərgin olduğu qədər də zəruridir...

– Mən deyərdim ki, həm də məsuliyyətlidir. Biz hər bir şəhidin tərcümeyi-halını, döyüş yolunu yazarkən bir neçə mənbəyə müraciət edirik ki, səhvə yol verməyək. Çünki Respublika Xatirə Kitabı istinad edilən ən etibarlı mənbədir. Ona görə də işimizə böyük məsuliyyət və diqqətlə yanaşırıq. Xatirə kitabları vaxta, zaman baxmır. O həmişə, hər vaxt aktualdır və yəqin ki, aktual olaraq da qalacaq.

– Azərbaycanın Milli Qəhrəmanları haqqında hazırladığınız kitab çox dəyərlidir. Hiss olunur ki, bu istiqamətdə də böyük işlər görmüsünüz.

– Qəhrəmanlar haqqında yazılanlar bizim hər kəsin stolüstü kitabı olmalıdır. Çünki böyüməkdə olan nəsillər qəhrəmanlığı, igidliyi onlardan öyrənirlər. 2009-cu ildə Azərbaycanın Milli Qərəmanları haqqında kitabı nəşr etdik. Mən bu kitabı qəhrəmanlıq toplusu da adlandırardım. Bu insanlar torpaq və Vətən uğrunda şəhid olublar. Onlar haqqında yazmaq, yad etmək bizim ən müqəddəs borclarımzdan biridir. Bu müqəddəs borcun öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar.

– Qarşıda yeni layihələriniz varmı?

– Respublika Xatirə Kitabı Redaksiyasının ən maraqlı, geniş auditoriya qazanmış layihələrindən biri də "Şəhidlər ölməz-Vətən bölünməz"dir. Biz layihəni "Bakı-Xəbər" qəzeti ilə birgə həyata keçiririk. Layihə çərçivəsində Qarabağ müharibəsində şəhid olmuş igid zabit və əsgərlərimizin cəsurluğu tərənnüm olunur. Tanınmış yazıçı və publisistlərin yazdığı məqalə və oçerklər Xatirə kitablarına salınmazdan əvvəl "Bakı-Xəbər" qəzetində dərc olunur. Biz bu yolla şəhid qəhrəmanlarımızı bir az da geniş tərənnüm etməyə, gənclərimizə vətənpərvərlik hisləri aşılamağa çalışırıq. Və düşünürəm ki, məqsədimizə, məramımıza çatırıq. Gənc nəslin daha da vətənpərvər böyüməsi üçün şəhid qəhrəmanlarımızın döyüş və ömür yolundan bəhs edən əsərlərin dərsliklərə salınması yaxşı olardı. Tarix boyu həmişə belə olub: gənc nəsillər qəhrəmanlardan örnək götürüblər. Biz sınaqdan çıxmış bu yolu uğurla davam etdirməliyik.

– Gələn il qələbənin 75-ci ilidir. Yəqin ki, Qələbə gününə sizin də töhfələriniz olacaq.

– Qələbənin 75 illiyi ilə bağlı kitab çapa hazırlanır. Kitabda biz babalarımızın qəhrəmanlığı ilə bərabər Bakı neftinin qələbənin qazanılmasındakı əvəzsiz rolundan da geniş bəhs edəcəyik.

– Nəzakət xanım, siz şairsiniz, əsərlərinizin ruhundan, məzmunundan hiss olunur ki, yaradıcılığınızın ana xəttini vətənə sevgi, igidlik və qəhrəmanlıq təşkil edir.

– Söz böyük qüvvədir. Vətənpərvərlik hisslərinin aşılanmasında poeziyanın rolu əvəzsizdir.  Yaradıcı adamlar gözəl bilirlər ki, şeir elə belə, heç nədən yaranmır. Qarşılaşdığın hansısa bir hadisə sənə təsir edir, duyğularını tərpədir. Böyük Vətən müharibəsi illərində yazılan şeirlərin həm ön, həm də arxa cəbhədəki əsgərlərdə böyük ruh yüksəkliyi yaratdığını hamımız gözəl bilirik. Bugünkü şair və yazıçılar da bu mövzuda gözəl nümunələr yaradırlar. Düşünürəm ki, döyüşən poeziyaya bütün zamanlarda ehtiyac var. Müharibə şəraitində yaşadığımız günlərdə biz bu mövzuya böyük diqqət yetirməliyik. Yaradıcı bir insan kimi şeir və poemalarımda sabahımızın əsgərlərinə, yurdumuzun keşikçilərinə igidlik, qəhrəmanlıq və cəsurluq aşılamağa çalışıram. Bu gün yalnız silahla deyil, qələmlə də döyüşməliyik. Yurdumuza keşik çəkən əsgərlərimizə arxa və dayaq durmalıyıq.

– Bu gün vətənin keşiyində dayanan zabit və əsgərlərimizə ürək sözlərinizə də eşitmək xoş olardı.

– Sözün həqiqi mənasında mən gündən-günə güclənən, qürdətlənən ordumuzla fəxr edirəm, qürur duyuram. Silahlı Qüvələrimizin zabit və əsgərlərinə yalnız qələbə arzulayıram. İnanıram ki, Azərbaycan əsgəri işğal altında olan torpaqlarımızı azad edərək tarix yazaraq. Bizlər isə bunun canlı şahidi olacağıq.

Söhbəti yazdi:
Vahid MƏHƏRRƏMOV 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ