Bazar ertəsi günü, 09 noyabr 2026
     

Müxtəlif mövzulu üç romanın vahid qayəsi

Image


Müasir Azərbaycan nəsrinin son illərin uğuru sayılan üç nümunəsi ədəbi tənqidin diqqət mərkəzində olub. Şərif Ağayarın "Arzulardan sonrakı şəhər", "Mehriban Vəzirin "Gövhər ağa Cavanşir" və Kəramət Böyükçölün "Çöl" romanları. Bu əsərlər Azərbaycan reallığının müxtəlif zaman və məkanlarını əks etdirsə də, onların əsas hədəfi insanımızın mənəvi dünyası və yaşadığı gərgin psixoloji dramlardır.

Ş.Ağayarın "Arzulardan sonrakı şəhər" romanı bir sıra xüsusiyyətlərinə görə müasir dünya oxucusu üçün maraq doğura bilər. Bunlardan ən başlıcası SSRİ-nin dağılması zamanı Qafqazda baş verən milli münaqişələr fonunda multikultural dəyərlərin əsas götürülməsi, müharibə romantikasının alt-üst edilməsi və həm ailədaxili, həm də sosial basqılar altında əzilən stereotip müsəlman qadına yeni baxışdır.

Ötən əsrin 90-cı illərində Qafqazda baş qaldırmış milli münaqişələr zəminində alovlanan müharibənin həm də cəlbedici romantikası vardı. Adamlar könüllü dəstələr halında Azərbaycan və Ermənistan arasında silahlı münaqişəyə səbəb olan Qarabağ bölgəsinə yollanır, çox zaman şəhid və ya əlil olurdular.

Romanın qəhrəmanı yeniyetmə Həsəni müharibədən çox sevgi, dostluq, müxtəlif ölkələrə səyahət və xoş xəyallar qurmaq daha çox cəlb edir. Roman Qafqazda SSRİ-nin dağılması prosesini detallı izləmək üçün xeyli material verir. Nəhəng bir imperiya dağılır, dost və qardaş hesab olunan müttəfiq respublikalar arasında ərazi iddiaları başlayır. Xüsusən Qafqaz, o cümlədən Azərbaycan və Ermənistan uzun illər davam edən və bu gün də tam həllini tapmayan qanlı münaqişələrə cəlb olunur.

Roman milli ayrı-seçkilik etmədən müharibədə insan amilinə fokuslanır, onun faciəsinə işıq tutur. 

Həsənin nənəsi təhsil görməyən müsəlman qadındır. O, dini ayinləri yerinə yetirməsə də, xeyli dindardır. Şiə məzhəbinə məxsus olan bütün müsəlmanlar kimi İmam Əlini çox sevir, həmişə nəvəsinə onun ibrətamiz əhvalatlarından danışır. Tez-tez şəhərdəki Məhərrəmlik mərasimlərinə gedir.

O, həm də milli adət-ənənələrin əsiridir. Qızını – Həsənin anasını zorla qaçırdırlar, sonra isə feodal dövrünə xas tayfa düşmənçiliyi səbəbi ilə boşayırlar. Qadın xərçəng xəstəliyi taparaq ölür və Həsən nənəsinin ümidinə qalır.

Nənə onu və ailəsini bədbəxtliyə sürükləyən dini-mental dəyərlərdən heç cür qopa bilmir. Hətta geyim-kecimində belə bütün "qayda"lara əməl etməyi özünə borc bilir. Onun kimi düşünməyən qadınlara isə pis baxır, onların arxasınca deyinir.

Lakin Nənə qarşısına çıxan çətin sınaqlar zamanı milli və dini dəyərləri çox asanlıqla ayaq altına alır. Misal üçün, qaçqın kimi yığışdıqları evlə bağlı mübahisə düşəndə İmam Əliyə yalandan and içir. Bazarda ərzağı ucuz qiymətə almaq üçün satıcılara başına gələn fəlakətlərdən danışır və çoxunu da uydurur.

Əsər göstərir ki, zahiri rituallar həyat gerçəkləri qarşısında acizdir. İnsanın yaşamaq və xoşbəxt olmaq instinkti hər cür uydurulmuş müqəddəslikdən ucadadır.

Bütün bu hadisələrin Qədim Misir dövründə baş verən əhvalatla paralel verilməsi romanın məna qatını daha da dərinləşdirir. 

Qədim dövrdəki hekayə ilə müasir dövrdəki hekayənin bir-birini tamamlaması dünyanı təkcə məkan yox, həm də zaman baxımından vahid bir orqanizm kimi qavramağa imkan verir. Ona görə romanı üçüncü variantda oxumaq ən doğru oxumaqdır.

Yazıçı Mehriban Vəzirin 2017-18-ci illərdə yazdığı "Gövhər ağa Cavanşir" romanı ölkəmiz üçün bu gün də ictimai-siyasi aktuallığını saxlayan Qarabağ mövzusu ilə üzvi surətdə bağlıdır. Roman Qarabağ xanlığının tarixinin tədqiqi və təbliği baxımından, eləcə də bu haqda yayılmış düşmən yalanlarına qarşı qoyulası məntiqi sübutlar və həyati faktlarla zəngindir. Əsərin bədii estetik dəyəri orada cərəyan edən son dərəcə dramatik hadisələrin usta yazıçı və psixoloq qələmi ilə işlənməsindədir.   

19-cü əsrin birinci yarısında çar Rusiyası tərəfindən addım-addım işğal olunan Azərbaycanın milli faciəsi Gövhər ağanın şəxsi taleyindən qırmızı xətlə keçir. İşğalçılar atası İbrahimxəlil xan Cavanşir başda olmaqla onun bütün ailəsini gülləbaran edərək qətlə yetirir. Qohum-əqrəbanın siyasi təhrikilə Gövhər ağanın iki dəfə qurduğu ailə həyatı uğursuz alınır. Bu haqda romanda baş qəhrəmanın daxili monoloqu vasitəsilə belə deyilir: "Sənə zəngin həyat və sərvət yazılıb, səadət yazılmayıb". İşğalçı hakimiyyət Azərbaycanın şimalında öz mövqelərini möhkəmləndirmək üçün Gövhər ağadan siyasi məqsədlərlə istifadə etməyə çalışır. Onu bu işğala qarşı barışmaz mövqedən çıxış edən və müqavimət hərəkatında qüvvələrin səfərbərliyinin artırılması üçün əlindən gələn hər şeyi edən bacısı, İran şahının xanımı Ağabəyim ağaya qarşı qoymağa çalışır. Lakin Gövhər ağa bundan yayınaraq bütün imkanlarını və sərvətini xeyriyyəçiliyə, maarif və mədəniyyətin tərəqqisinə, müsəlmanlar arasında düşmənlər tərəfindən daim qızışdırılan dini qütbləşmənin qarşısının alınmasına yönəldir.

Mehriban Vəzirin tarixi mövzuya yanaşma həssaslığı, ciddi axtarış və tədqiqatları, metaforik düşüncə tərzi və sözdən istifadə bacarığı romanda ən adi situasiyaların belə yüksək bədii zövq və keyfiyyətlə yaradılmasına xidmət edir. Romanda təkcə Qarabağın deyil, faktiki olaraq bütün Azərbaycan xanlıqlarının müqəddəratının həll edildiyi qanlı-qadalı illər əks olunub.     

Əsər qələmə alınarkən Qarabağ, onun incisi və cövhəri Şuşa hələ düşmən əlində idi. Bundan doğan ağrı əsrlərin qatından müəllif təhkiyəsinə, obrazların dilinə sızaraq bütün roman boyu bizi ibrət götürməyə, səhvlərdən nəticə çıxarmağa, milli heysiyyət və milli ləyaqət uğrunda fədakarlığa, güclü olmağa səsləyir. Bu gün Şuşa müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın etmiş qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti sayəsində azaddır. Düşməndən təmizlənmiş azad Şuşanın zəfər azanına minarə verən Gövhər ağa məscidləri düşmənlərin təqdim etmək istədikləri kimi İran-fars mədəniyyətinin yox, doğma Azərbaycan, türk-islam mədəniyyətinin layiqli nümunəsi və canlı əfsanələrindəndir. Əsrlər keçəcək, Gövhər ağa Cavanşir, onun şanlı ailəsi və Qarabağ xanlığının heç də sadə olmayan taleyi haqda yeni-yeni sənət əsərləri yaranacaq. Heç şübhəsiz, onların arasında Mehriban Vəzirin "Gövhər ağa Cavanşir" romanı da öz layiqli yerini tutaraq soydaşlarımızın mənəvi yüksəlişinə xidmət edəcək.

Gənc yazıçı Kəramət Böyükçölün bir neçə dəfə nəşr edilmiş "Çöl" romanında tərəkəmə həyatı təsvir olunur. Mövzu, ona uyğun seçilmiş səmimi intonasiya və sadə dil üslubu əsərin ilk cümləsindəncə özünü göstərir: "Bizə "tərəkəmə" deyirlər. Yayda yaylağa, payızda Mil-Muğan düzündə yerləşən "Şirinqum" qışlağına köçürük". Təsvir edilən toplumda yazıb-oxumağı bacaran, demək olar ki, yoxdur. İnsanlar saf və dürüstdür. Mal-qoyun onların nitqində, məişətində bəzən ölçü vahidi kimi də çıxış edir. Onlar çölün, orada bitən və oradan barınan hər şeyin dostu, doğması və ömürdaşıdırlar. Bəslədikləri heyvanlar – qoyun, inək, at, it, toyuq-cücə, hətta çölün qurd-quşu da onların həyatının ayrılmaz, tərkib hissəsidir.

Çöl insanı sivilizasiyaya doğru təbiətdən, dildən və ruhdan keçib gəlir. Onun zəhməti, reallıq duyumu, fantaziyası və instinktləri, eləcə də ləhcə və məişət ornamentləri min illərin süzgəcindən keçərək cilalanıb.

Azərbaycan nəsrində tərəkəmə həyatını əks etdirən əsərlər elə də çox deyil, amma nə yazılıbsa, tərəkəməliyin mahiyyəti Kəramət Böyükçölün əsərində olduğu kimi dolğun, canlı və parlaq işıqlandırılmayıb.

Janrın tələb etdiyi təfərrüat genişliyi romanın başlıca məziyyətlərindəndir. Burada tərəkəməliyin çölçülük stixiyası, zahiri elementləri, maldarlıq, qoyunçuluqla bağlı incə detalları sıralanır. Özü də bunlar təhkiyəçinin tərəkəmə həyatı haqqında bilgilərinin çılpaq nümayişinə, məlumatfüruşluğa çevrilmir, müəyyən hadisənin və ya obrazın təsviri ilə sıx şəkildə əlaqələnir.

"Çöl" metaforalar, xarakterlər və hadisələr romanıdır. Onların bir çoxu öz səciyyəsində keçmişlə bağlıdırsa, bir çoxu da təhkiyəçinin bilavasitə müşahidə etdiyi, gördüyü və izlədikləridir.  Romanda bütün hadisələrin bir məhvərdə birləşməsi, yəni cərəyan edən kolliziyaların vahid süjet xəttində cəm olması, birinin digərini üzvi şəkildə şərtləndirməsi gənc müəllifin mühüm yaradıcılıq keyfiyyəti kimi qiymətləndirilməlidir.

Çölün ümman genişliyi onda yaşayan insanın – roman qəhrəmanlarının təfəkküründə də öz əksini tapır. Əşyalarla, sözə qədərki səslə ifadə olunan bəzi məna anlayışları mətnə təkrarsız naxışlar vurur. Əsər müəyyən bir dövrü ifadə etmir, insanı müxtəlif zaman, məkan və oxşar situasiyalarda göstərməklə xarakter paralelləri yaradır. Bu xarakterləri izləmək oxucuya əyləncə ovqatı deyil, ətrafda baş verənlərə şərik məsuliyyət hissi aşılayır.

Romanda təsvir olunan tərəkəmə camaatının sanki çöldə Allaha ehtiyacı olmayıb, ona görə onların dindarlığı bir o qədər nəzərə çarpmır. Amma oturaq insan cəmiyyətə, onun qanun və qadağalarına qovuşduğu üçün Allahsız yaşaya bilmir. Romanın "Toy, molla və ərəb dilində döyüş" adlanan fəsli məhz bu məsələlərə həsr olunub. Müasir tərəkəmə çöllə şəhər arasında sıxıldığı kimi burada da fundamental dini ehkamlarla xurafat arasında  sıxılır.

Əvvəli tərəkəmə həyatının gözəlliyi və romantikası ilə başlayan səhifələr sona doğru sanki bu romantikanın və gözəlliyin inkarına çevrilən təsvirlərlə, hadisələrlə əvəz olunur. Bu baxımdan romanda 90-cı illərdə rəvan tərəkəmə həyatına ildırım kimi şaxımış Qarabağ müharibəsinin müxtəlif səhnələri reallığın bir hissəsi kimi əlamətdar görünür. Qan-qada, yaşanan məğlubiyyətlər hazırlıqsız yaxalanmış bir toplumun hərbi həyatındakı ciddi problemləri faş edərək çöl əhlini də möhkəm sarsıdır

"Çöl" romanının sonuna doğru müəllif sarkazmı bəzən absurda qədər yüksələrək yeni təhkiyə və yeni obrazlar yaradır. Biz burada məşhur dastan qəhrəmanımız Koroğlunu, onun dəlilərinin bir qismini, hətta restoran adı olaraq Çənlibelin özünü də görürük. Koroğlu Qıratın belində Toqat səfərinə yox, Boinqdə Amerika səfərinə çıxır. Məqsəd xanlardan, sultanlardan qisas almaq yox, Amerika ilə siyasi əlaqələr qurmaqdır. Bu fəsil tərəkəmənin müasir dünyada gedən hadisələrə baxışı kimi də yozula bilər.

İndi tərəkəmələrin çoxu çölü tərk edərək Bakıya köçüb. Onları işğal olunan torpaqlardan didərgin düşmüş adamlara qatıb "qaçqın" da adlandırırlar. Bu, onları qüssələndirir. İndi tərəkəmənin böyük çölünü böyük Xəzər dənizi əvəz edir. Tərəkəmə Xəzərə baxıb çölü xatırlayır. Hərdən ona elə gəlir ki, çöl susuzluqdan əziyyət çəkdiyi kimi Xəzər də suyun çoxluğundan əziyyət çəkir.

Əsərlərin mövzu müxtəlifliyinə baxmayaraq, onlarda Azərbaycan insanın mənəvi dramı və psixoloji təbədüllatları öz əksini tapıb. Azərbaycanın 19 və 20-ci əsrdə itirdiyi milli azadlığının əsrlər sonra necə faciələrə gətirib çıxardığı, hadisələrin  ölkə ilə bərabər hər bir fərdin taleyinə təsir etdiyi bədii təsvir vasitələrilə göstərilir. 

Səfər Alışarlı

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Müasir Azərbaycan ədəbiyyatının önəmli nəsr nümunələrinin ölkədə və xaricdə tanıdılması" layihəsi çərçivəsində "Vətəndaş Tribunası" İctimai Birliyinin layihə heyəti tərəfindən hazırlanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ