şənbə günü, 07 noyabr 2026
     

Yeni təhsil proqramlarını universitetlər özləri hazırlasın - Nazirliyin müdaxiləsini ziyanlı sayanlar var...

Image


Kamran Əsədov: “Ali məktəblərin özləri tərəfindən yeni proqramların hazırlanması təhsil prosesinin çevikliyini və əmək bazarına daha yaxşı inteqrasiya olunmasını təmin edə bilər”

Ali təhsilin məzmunu yenilənir. Belə ki, ali təhsil müəssisələri və şirkətlər birgə əmək bazarının tələblərinə uyğun təhsil proqramları hazırlayacaqlar.

Yeni təhsil proqramlarının tərtib edilməsi ilə məzunların bilik və bacarıqlarının müasir əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi gözlənilir. Məlumata görə, ali məktəblər üçün yeni proqram hazırlanır.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası da keçirilib. Elm və təhsil nazirinin müavini, Komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda nazirliyin rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarının nümayəndələri iştirak edib.

Belə fikirlər var ki, bu proqramı Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yox, ali məktəblər özləri hazırlamalıdır. Bu fikirdə olanlara görə, universitetlərin bu proqramı hazırlaması daha effektiv olar, çünki onlar tədris prosesini həyata keçirirlər, çatışmazlığı daha yaxşı bilirlər.

“Dövlət Agentliyi yeni proqramların hazırlanmasına birbaşa rəhbərlik edəcəksə, bu zaman proqramlar standartlaşdırıla və bəzi hallarda real bazar ehtiyaclarına tam uyğunlaşdırıla bilməyə bilər”

Məsələ ilə bağlı baki-xeber.com-a danışan təhsil eksperti Kamran Əsədov bidlirdi ki, ali təhsilin məzmununun yenilənməsi və ali məktəblərlə şirkətlərin əmək bazarının tələblərinə uyğun təhsil proqramları hazırlaması vacib və strateji bir addımdır. “Qloballaşan dünya və sürətlə dəyişən iqtisadi-sosial şərait fonunda ali təhsil müəssisələrinin bazarın real tələblərinə uyğun məzmun formalaşdırması məzunların məşğulluğunu artırmaq və onların bilik və bacarıqlarını praktiki yönəltmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Müasir əmək bazarı artıq ənənəvi akademik biliklərdən daha çox, konkret bacarıqlar və problem həll etmə qabiliyyəti tələb edir. Azərbaycan ali təhsil sistemində isə uzun illərdir mövcud olan əsas problemlərdən biri məhz nəzəri biliklərin üstünlük təşkil etməsi və praktiki bacarıqlara yetərincə diqqət ayrılmamasıdır. Bu səbəbdən də məzunların əksəriyyəti universiteti bitirdikdən sonra əmək bazarına uyğunlaşmaqda çətinlik çəkir.

Ali məktəblərin özləri tərəfindən yeni proqramların hazırlanması təhsil prosesinin çevikliyini və əmək bazarına daha yaxşı inteqrasiya olunmasını təmin edə bilər. Universitetlər müəyyən ixtisaslar üzrə məzunlarının karyera inkişafını izləyərək və şirkətlərlə sıx əməkdaşlıq edərək daha dəqiq və məqsədyönlü tədris proqramları hazırlaya bilərlər. Lakin burada əsas sual ali məktəblərin bu prosesə nə qədər hazır olmasıdır”.

K.Əsədovun fikrincə, əgər ali məktəblər təhsil proqramlarını özləri hazırlayacaqsa, onlar bu işi sırf akademik baxışla deyil, real bazar ehtiyacları əsasında tərtib etməlidirlər. O hesab edir ki, bunun üçün universitetlər əmək bazarının analizi ilə məşğul olmalı, işəgötürənlərin tələblərini öyrənməli və təhsil proqramlarını müasir trendlərə uyğunlaşdırmalıdırlar.

K.Əsədovun sözlərinə görə, xarici ölkələrin təcrübəsi göstərir ki, universitetlər və biznes sektoru arasında əlaqənin güclü olduğu ölkələrdə məzunların məşğulluq səviyyəsi daha yüksək olur: “Məsələn, Almaniya və Finlandiyada universitetlərdə tətbiq olunan dual təhsil modeli tələbələrin həm nəzəri, həm də praktiki biliklərə sahib olmasına şərait yaradır. Bu modelə əsasən, tələbələr universitetdə oxuduqları müddətdə əmək bazarı ilə sıx əlaqədə olur, istehsalat təcrübəsi keçir və məzun olduqdan sonra birbaşa ixtisaslarına uyğun işlərə yerləşə bilirlər. Azərbaycanda isə bu praktika hələ ki, çox zəif inkişaf edib.

Əgər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yeni proqramların hazırlanmasına birbaşa rəhbərlik edəcəksə, bu zaman proqramlar standartlaşdırıla və bəzi hallarda real bazar ehtiyaclarına tam uyğunlaşdırıla bilməyə bilər. Çünki dövlət qurumları müəyyən çərçivələr daxilində işləyir və onlar proqramları bütün ali məktəblərə tətbiq etmək üçün ümumi model hazırlamağa meyllidirlər. Halbuki hər universitetin öz spesifik sahələri və əmək bazarına uyğun fərqli ehtiyacları var.

Ən effektiv yol universitetlərin və iş dünyasının birgə işləməsi və dövlətin bu prosesin tənzimləyicisi rolunda çıxış etməsidir. Dövlət ali təhsil müəssisələri üçün ümumi çərçivə və keyfiyyət standartlarını müəyyən etməli, lakin proqramların hazırlanmasını universitetlərin və şirkətlərin özlərinə buraxmalıdır. Belə olan halda, hər universitet öz ixtisaslarına uyğun spesifik proqramlar hazırlaya, bazar tələblərinə uyğun kurslar və tədris metodlarını tətbiq edə bilər.

Məsələn, informasiya texnologiyaları sahəsində təhsil verən universitetlər IT şirkətləri ilə, mühəndislik üzrə təhsil verən universitetlər istehsalat müəssisələri ilə, biznes və iqtisadiyyat sahəsində təhsil verənlər isə iri holdinqlərlə əməkdaşlıq etməlidir. Bu, ali təhsilin bazar tələblərinə uyğunlaşdırılmasını sürətləndirəcək və məzunların məşğulluğunu artıracaq.

Əgər yeni təhsil proqramları bu prinsiplər əsasında hazırlanarsa, bu, Azərbaycan ali təhsil sisteminin keyfiyyətinə ciddi töhfə verəcək. Əks halda, proqramların hazırlanması prosesində real işəgötürənlər və bazar ehtiyacları nəzərə alınmazsa, bu dəyişikliklər yalnız kağız üzərində qalacaq və ciddi nəticə verməyəcək. Ali təhsil yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, məzunların əmək bazarına çevik şəkildə uyğunlaşmasını təmin etməlidir. Bu məqsədə nail olmaq üçün isə universitetlərə daha çox müstəqillik və şirkətlərlə daha sıx əməkdaşlıq imkanları verilməlidir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ