Cümə axşamı günü, 10 sentyabr 2026
     

İllərlə Bakıda tələbələrin pulunu sömürdülər, indi isə diplomları tanınmır - bu xarici universitetləri kim himayə edib?..

Image


Kamran Əsədov: “Təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün...”

Ölkəmizdə ayrı-ayrı xarici ölkələrin dövlət və özəl ali məktəblərinin filialları fəaliyyət göstərir. Məlum olduğu kimi, o ali məktəblərə qəbul attestatla olduğundan onlara kütləvi axın var. Bu gün nə qədər gəncimiz o ali məktəblərin Azərbaycan filialında oxuyub, indi də oxuyur, amma bu gün məlum olur ki, onların diplomları ölkəmizdə tanınmır. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən mətbuata verilən məlumata görə, dövlət təhsil müəssisələri istisna olmaqla Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər bütün təhsil müəssisələri qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır. Agentlikdən bildirilib ki, təhsil müəssisəsinin lisenziyalaşdırılması onun müvafiq təhsil səviyyələri üzrə dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına və normativlərinə cavab verməsini təsdiq edir.

Buna baxmayaraq, bir sıra dövlətlərin ali təhsil müəssisələrinin filialları ölkə ərazisində müvafiq lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərdiyi üçün onların fəaliyyəti müvafiq məhkəmə qərarları ilə dayandırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yalnız aşağıda adları qeyd edilən xarici ali təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılmış və onlar tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır:

1) Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2) Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3) M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (27.02.2009-cu ildən) etibarən);

4) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (15.05.2015-ci ildən) etibarən).

Beləliklə, yuxarıda göstərilmiş siyahıda qeyd olunmayan xarici təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş filialları müvafiq lisenziya əldə etmədikləri üçün həmin müəssisələr tərəfindən verilən təhsil sənədləri ölkə ərazisində tanınmır.

İndiyə qədər o ali məktəblərin ölkəmizdə qanunsuz fəaliyyətinə niyə icazə verilib? İllərlə Bakıda tələbələrin pulunu sömürdülər, indi isə diplomları tanınmır. Maraqlıdır, bu xarici universitetləri kim himayə edib?..

O ali məktəblərin qanunsuz fəaliyyətinə göz yumanlar gənclərimizin əməyinin boşa çıxmasına, ailələrin pulunun göyə sovrulmasına səbəb olublar. Anlamaq olmur ki, xarici ali məktəblər bizim ölkəmizdə lisenziyasız necə fəaliyyət göstərə biliblər?

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli baki-xeber.com-a şərhində “Cəmiyyətin hər təbəqəsi ali təhsil müəssisələri, onların reytinqləri, akkreditə olunub-olunmadıqları haqqında kifayət qədər məlumatlı deyil, bu da normaldır. Azərbaycan gənci təhsil almaq üçün özünü fəda edir. Orta məktəbi bitirən məzunların 90 faizdən çoxu növbəti təhsil pillələri üçün müraciət edir. Bu, cəmiyyətin yaxşı tərəfidir. Lakin hazırda təhsilin biznesə çevrildiyindən cəmiyyətin əksər hissəsi xəbərsizdir. Təsəvvür edin 4 il ali təhsil alıb, küllü miqdarda təhsil haqqı ödəyib və indi məlum olur ki, əbəs yerə! Pulu da hədər gedib, illəri də. Ortada da diplom yoxdur. Bu zaman ciddi bir sual ortaya çıxır ki, bəs bu dələduzluq deyil? Bəs həmin ali təhsil müəssisələrinin  Azərbaycanda lisenziyasız fəaliyyət göstərməsinə niyə imkan verirdilər? Vətəndaşın bir divarı uçub onu təmir edəndə hər tərəfdən icra nümayəndələri, bələdiyyə və s. mötəbər qurumlar dərhal toplaşır ki, nə məsələdir, nə tikintidir. Bəs bu lisenziyasız ali təhsil obyektlərinin fəaliyyətinə niyə şərait yaradılıb?

Əgər açıqlanan siyahıya fikir verdinizsə, diplomları tanınan 4 xarici təhsil müəssisəsinin filiallarının ikisinin verdiyi diplom da müəyyən müddətə tanınır. Məsələn, Moskva Dövlət Açıq Universitetinin Bakı filialı 1996-cı ildən fəaliyyət göstərsə də, yalnız 2007-2010-cu illər arası təsdiqlənmiş diplomlar tanınır. Sual olunur niyə? Əgər bütün bu universitetlərin təhsili və diplomu Azərbaycan təhsil sistemini və əmək bazarını qane etmirdisə, niyə ailələr bu qədər vəsait xərcləməli idi? Niyə gənclərin ömrünün 4 ili və bəlkə daha çoxu hədər getməli idi? Bu barədə cəmiyyəti maarifləndirmək kimin boynuna düşürdü? Bu bir növ dovşana qaç, tazıya tut deməkdir. Lisenziyasız universitetlər illərlə fəaliyyət göstərib, vəsaitlər ödənilib, bəs vergini hara ödəyib? Bu çox ciddi məsələdir. Cəmiyyət qarşısında açıqlanma verilməlidir. Mənimsənilən təhsil haqlarının, itirilən illərin günahkarları kütləvi şəkildə məhkəməyə verilməlidir, kompensasiya tələb edilməlidir. Həmin xarici universitetləri kim himayə edib, kim təsis edib, onlar vergini kimə ödəyibsə cəzalandırılmalıdır. Hansı məntiqlə və hansı qaydada bunun üstünü ört-basdır edib keçmək olar? Bu və digər səbəblərdən artıq Azərbaycan gəncinin xarici təhsil müəssisələrinə axını ildən-ilə artır. Bəs bu axını yalnız biz görürük? Niyə Elm və Təhsil Nazirliyi tərəfindən təhsil yönümlü islahatlar aparılmır? Təsəvvür etmək çox çətindir ki, 10 ildən, 20 ildən sonra Azərbaycan ziyalıları kim olacaq?” - deyə bildirdi.

Tanınmış təhsil eksperti Kamran Əsədov da baki-xeber.com-a açlamasında qeyd etdi ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsil almağa üz tuturlar. “Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından stifadə edərək onları bu formada təhsil almağa yönəldirlər. Bəli, həmin universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Həmin şirkətlər valideyn və abituriyentə Təhsil nazirliyi tərəfindən həmin universitetin tanındığını göstərir. Hətta bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Amma onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil. Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsil alma hələ diplomun tanınması demək deyil. Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün simestr ərzində olmalıdırlar. Əgər onların simestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, onların da diplomlarının tanınmasından imtina olunur.

Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Hansı ki, tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan və keçərsiz olan diplom əldə edirlər. Və nəticə etibari ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinə əsasən diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər:

1. Əgər tələbə ali təhsil müəsisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin olmaq üçün Təhsil Nazirliyi tələbənin xarici pasportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib yoxsa keçirməyibmi?! Buna görə də tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar.

2. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin burada hər hansı bir dil sertifikatınız olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik edəcəkdir.

3. Ən əsas göstəricilərdən biri isə odur ki, əgər sizin əyani və ya qiyabi təhsil aldığınız ixtisas Azərbaycanda yalnız əyani formada tədris olunursa bu halda diplom tanınmır. Buna görə də tələbə xarici təhsil üçün seçdiyi ixtisasın Azərbaycanda hansı formalarda tədris olunduğuna diqqət etməlidir.

Diplomların tanınması prosesində nələrə diqqət etməli?

1. Diplomunuzun tanınma müddəti minimum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir. Bu prosedur uzun müddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

2. Əgər siz xaricdə qiyabi təhsil almısınızsa xüsusilə də Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin.

3. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədlərinizin Ali təhsil müəssisəsinə göndərildi..” , “Ali təhsil müəssisəsindən sənədlərinizə cavab gəldi..” və s. bu kimi mesajlar alacaqsınız.

4. Təhsil aldığınız ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir. Sizin diplomunuzun tanınması proseduruna təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə Agentlik araşdırma edib ona uyğun olaraq mübət və ya mənfi cavab verir. Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin Agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa Agentlik sizin diplomunuzu tanımayacaqdır.

Xarici diplomların Azərbaycanda tanınmasını həyata keçirən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) öz rəsmi saytında bildirir ki, tanınan universitetlərin siyahısı nə Təhsil Nazirliyi, nə də ki TKTA tərəfindən müəyyənləşdirilməmişdir. Yəni, tələbə xarici diplomların tanınması məsələsini düşünərkən universitet və ölkə seçimində sərbəstdir. Universitet və ölkə seçimi sərbəst olsa da, diqqət olunası məqam təhsil alacağınız universitetin öz ölkəsində tanınması ilə bağlıdır. Hər iki qurumun tövsiyə etdiyi ENIC-NARIC bazasından akkreditə olunan, yəni öz ölkəsi tərəfindən rəsmən tanınan universitetlərin siyahısını əldə edə bilərsiniz. Universitetin akkreditə olunması diplomun tanınması demək deyil. Keçək, ikinci əsas hesab olunan şərtə.

İxtisasların ekvivalentliyi deyəndə onun Azərbaycanda keçirilən ixtisaslarla bərabər, yəni eyni olması kimi başa düşülməlidir. Yəni, tələbə, hansısa bir xarici və öz ölkəsi tərəfindən tanınan universitetdə (hətta reytinqli olsa belə) istənilən ixtisasda təhsil ala bilməz. Tələbə magistratura planlaşdırırsa, o zaman bakalavr ixtisasına uyğun olaraq qanunla müəyyənləşmiş magistatura ixtisaslarından birini seçmək hüququna malikdir. Eyni zamanda, bakalavr ixtisasının qanunla müəyyənləşmiş qaydada düzgün seçilməsi önəmlidir. Çünki tələbə xarici universitetdə bakalavr ya magistratura təhsili alıb, Azərbaycana qayıtdıqdan ona diplom tanınması barədə veriləcək şəhadətnamədə qeyd olunur ki, xaricdə aldığı təhsil Azərbaycanda tədris olunan hansı ixtisasa bərabərdir, vəssalam.

Bizim Təhsil Nazirliyimiz və ya TKTA universitet siyahısını verməsə də, istinad edə biləcəyimiz müəyyən mənbələr var ki, burada universitetlərin təhsil keyfiyyəti barədə də məlumat əldə edə bilirik. Qeyri-rəsmi olsa da, təhsil qurumlarımız universitetin bir sıra reytinq saytlarında yer almasının tərəfdarıdır. Bu mənbələr Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking) və digərləridir. Dolayısı ilə, tələbə universiteti seçərkən çalışmalıdır ki, həmin universitet heç olmazsa, bu saytlarda olan siyahıda yer alsın. Siyahıda olmazsa, bu o demək deyil ki, diplom tanınmaz. Sadəcə, işi asanlaşdırmaq üçün reytinqə fikir verməkdə fayda var.

TKTA diplomların tanınması üçün xarici pasporta vurulan ölkədən giriş-çıxış möhürlərini tələb edir. Daha sonra isə bu möhürlərin təsdiqlənməsi üçün Dövlət Sərhəd Xidmətinin müvafiq qurumuna müraciət olunur. Bunun məqsədi odur ki, TKTA tələbənin təhsil aldığı ölkədə yaşamasına və kifayət qədər vaxt keçirməsinə əmin olmaq istəyir. Çalışmaq lazımdır ki, üzrlü səbəblər istisna olmaqla, tələbə daha çox zamanını təhsil aldığı ölkədə keçirsin”-deyə bildirdi.

K.Əsədovun sözlərinə görə, digər və ən önəmli məsələ diplom və əlavəsinin leqallaşması ilə bağlıdır. Çox vaxt eşidilən apostil möhürü də leqallaşmanın bir növü sayılır. Məsələ budur ki, apostil möhürü yalnız Haaqa Apostil Konvensiyasını imzalayan ölkələr arasında keçərlidir. Əgər təhsil aldığınız ölkə bu siyahıda deyilsə, bu zaman diplom və əlavə həmin ölkənin qanunvericiliyinə uyğun olaraq leqallaşmalıdır. Leqallaşma mütləqdir, yəni bu möhür olmadığı halda, diplom tanına bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) QAYDALARI”-nın 3.7-ci bəndinə əsasən diplomlarının tanınmasında mənfi rəy bir neçə hallarda verilə bilər. Əgər tələbə qiyabi və əyani-qiyabi təhsil alırsa, amma həmin ixtisas Azərbaycanda yalnız əyani əsaslarla təşkil olunursa, bu zaman diplom tanınmır. Yəni tələbə ixtisas seçimi edərkən onun tədris formasına da fikir verməlidir:

“Yekun olaraq, əgər xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik (bərabərlik) təşkil etmirsə, təhsil qiyabi (Ukrayna xaric) və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar Azərbaycanda da tanınmayacaqdır”-deyə ekspert əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

SON XƏBƏRLƏR

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

09.09.2026 / 16:57
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlandı

09.09.2026 / 16:53
Özəl sektorun iqlim fəaliyyətində rolu Bakıda müzakirə olundu

09.09.2026 / 16:44
İqtisadiyyatımızda az da olsa artım var, sənaye ümumiyyətlə artmır... Niyə?

09.09.2026 / 16:27
Neft sürətlə bahalaşır, ancaq iqtisadiyyatımızda artım yenə yavaşlayıb...

09.09.2026 / 16:13
Trampla Putinin də danışığı Ukrayna üzrə konkret nəticə vermədi...

09.09.2026 / 16:00
Özbəkistana qayıdan əmək miqrantları ilə bağlı təcrübə Azərbaycanda da təkrarlana bilər...

09.09.2026 / 15:57
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirildi - YENİLƏNDİ

09.09.2026 / 15:56
Ali dini liderin qohumu Pezeşkianın istefasını tələb etdi - parçalanma?..

09.09.2026 / 15:46
Azərbaycan polisi AMERİPOL-un platformasında müşahidəçi statusu qazandı

09.09.2026 / 15:24
Prezident və Birinci xanım Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar

09.09.2026 / 14:50
Rusiya Azərbaycan üzərindən Ermənistana arpa və buğda göndərəcək

09.09.2026 / 14:07
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTO

09.09.2026 / 14:07
Tramp Almaniyada ifrat sağçıların qələbəsini "böyük uğur" adlandırdı...

09.09.2026 / 13:49
"Azərbaycan iştirakı olmadan TRIPP-in icrası mümkünsüzdür" - Ceyhun Bayramov

09.09.2026 / 13:47
İrandan ABŞ-da ağır zərbə - ölən və yaralanan əsgərlərin sayı artır...

09.09.2026 / 13:40
Azərbaycan və Ermənistan razılığa gəlib - sərhədlərin delimitasiyası şimaldan başlayacaq...

09.09.2026 / 13:33
Rusiya Ukrayna-Moldova sərhədində nəzarət-buraxılış məntəqəsini bombaladı, ölənlər var…

09.09.2026 / 13:20
Ceyhun Bayramov yaxın zamanda Mirzoyanla görüşəcək...

09.09.2026 / 13:12
Ceyhun Bayramovdan Ermənistanda Konstitusiya referendumu ilə bağlı açıqlama - gözləyirik...

09.09.2026 / 13:08
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyarda yaxınlaşır

09.09.2026 / 12:56
Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir

09.09.2026 / 12:31
“Şahdəniz” Böyük Britaniyanın İrana qarşı yeni sanksiyalarından istisna edildi

09.09.2026 / 12:10
"Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur" - Prezident

09.09.2026 / 12:06
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

09.09.2026 / 12:05
"Azərbaycan Xəzər dənizinin geri çəkilməsini aydın şəkildə müşahidə edir" - Ceyhun Bayramov

09.09.2026 / 11:58
Ukraynaya Rusiyanın ən böyük limanındakı yanacaq neft terminalına zərbə endirdi...

09.09.2026 / 11:19
İran ABŞ-ın ən müasir ağıllı və pilotsuz sualtı qayığını ələ keçirdi…

09.09.2026 / 11:05
İşə düzəltmək adı altında dələduzluq edən şəxs yaxalandı...

09.09.2026 / 10:50
Sahibə Qafarova Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb

09.09.2026 / 10:41
Rüşvətlə saxta əlillik sənədləri düzəldən özəl klinika rəhbəri və sahə həkimi həbs edildi

09.09.2026 / 10:17
Rubiodan İrana xəbərdarlıq - ABŞ-a hər hücumda neft tankerlərinizi itirəcəksiniz

09.09.2026 / 10:01
Azərbaycan neftinin qiyməti 108 dolları ötdü

09.09.2026 / 09:47
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib - FOTO

09.09.2026 / 09:40
Zərdabda minik avtomobili traktorla toqquşdu, 5 nəfər öldü - DYP hərəkət iştirakçılarına müraciət etdi...

09.09.2026 / 09:36
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimlərinin Xankəndiyə səfəri başlayıb

09.09.2026 / 09:12
Hörmüz boğazında gərginlik artdı - Onlarla gəmi hücuma məruz qaldı, iki ABŞ gəmisi vuruldu…

09.09.2026 / 08:50
ABŞ beş İran neft tankerini vurdu…

08.09.2026 / 22:58
Kremldən Kiyevə xəbərdarlıq - sülh prosesi uzandıqca tələblər də sərtləşdiriləcək…

08.09.2026 / 22:40
Putin və Tramp bir saat telefon danışığı aparıblar - Kreml təfərrüatları açıqladı...

08.09.2026 / 22:27
London və Təl-Əviv arasında gərginlik artır - İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı…

08.09.2026 / 22:04
ABŞ İran iqtisadiyyatını çökdürür – Tehran son 40 ilin ən ağır iqtisadi böhranı ilə üzləşir...

08.09.2026 / 21:15
Ermənistanın 2029-a kimi vizasız gediş-gəliş planına AB- dən rədd gəldi...

08.09.2026 / 20:56
Zəngəzur dəhlizinə qarşı Moskva və Tehrandan yeni təklif gəldi... ABŞ-ın reaksiyası...

08.09.2026 / 20:28
Mərkəzi Bank istəsə, kommersiya bankları soyğunçu kredit faizlərini aşağı salar...

08.09.2026 / 20:11
Avropa ilə Amerikanın Qrenlandiya və Arktikada “savaşı” başlanır

08.09.2026 / 19:50
Bişkekdən sonra Putinin İlham Əliyevə telefon açmasının şifrəsi var...

08.09.2026 / 19:23
Sosial şəbəkələrdə şəhidlər mövzusu xüsusi xarici mərkəzlər tərəfindən qızışdırılır...

08.09.2026 / 19:22
BMT-dən qorxunc xəbərdarlıq: süni intellekt bəşəriyyəti çıxılmaz məhvə aparır...

08.09.2026 / 19:07
44 günlük müharibədə 78 dinc erməninin ölməsi yeni oyun “faktıdır”...

08.09.2026 / 18:52
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olundu

08.09.2026 / 18:40
“Qərb sülhə mane olsa, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq” - Lavrov

08.09.2026 / 18:26
İrəvan Rusiyadan Avrasiya İqtisadi Birliyinə şikayət etdi - idxal məhdudiyyətləri qanunsuzdur…

08.09.2026 / 18:10
Azərbaycan daha bir beynəlxalq ölkələr qrupunun rəhbərliyinə seçildi...

08.09.2026 / 17:56
Ali Məhkəmədən vətəndaşdan xəbərsiz rəsmiləşdirilən onlayn kreditlərlə bağlı açıqlama...

08.09.2026 / 17:42
Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə etdi

08.09.2026 / 17:30
MMC rəhbərinin cinayət əməlləri üzə çıxdı - insanları belə aldadırmış...

08.09.2026 / 17:23
Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşdü

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ